Qadın xarab olmuş balıq yedikdən sonra əllərini və ayaqlarını itirib
Amerikalı qadın tərkibində təhlükəli bakteriyalar olan balığı yedikdən sonra əzalarını itirib.
40 yaşlı Laura Baraxas ağır vəziyyətdə ABŞ-nin Kaliforniya ştatının xəstəxanasına yerləşdirilib. Tilapiya balığını yedikdən sonra qadında sepsis inkişaf edib.
"Həkimlər onu medikamentoz komaya salıblar. Onun əl və ayaq barmaqları və dodaqları qaralıb, onda böyrək çatışmazlığı inkişaf edib", - deyə amerikalı qadının yaxın rəfiqəsi bildirib.
Həkimlər xəstənin əzalarını amputasiya etməli olublar. Ekspertlər qadının şam yeməyində yediyi balıqda "ət yeyən" vibrionlar kimi tanınan təhlükəli "Vibrio Vulnificus" bakteriyasının olduğunu aşkar ediblər.
Bu mikroorqanizmlər mədə-bağırsaq traktının pozğunluqlarına səbəb ola bilər və əgər balıq lazımi dərəcədə istilik emalından keçməmişsə, vibrionlar bədəndə sürətlə çoxalmağa başlayacaq və sepsisin inkişafına səbəb olacaq./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 7088 Tarix: 19 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Fon der Lyayen: Avropa daha müstəqil olmalıdır
Avropa misli görünməmiş təhlükəsizlik çağırışları fonunda daha müstəqil olmalıdır, bu da transatlantik ittifaqı daha möhkəm edəcək. "Report" xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen bildirib. "Biz artıq dörd ilə yaxındır ki, Rusiyanın Ukraynaya qarşı təcavüz
15 fevralFon der Lyayen: Dəniz xidmətlərinə qadağa Rusiyanı daha da təcrid edəcək
Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Lyayen Rusiyanı daha da təcrid edə və qazıntı yanacağından əldə etdiyi gəlirləri azalda biləcək dəniz xidmətlərinə tam qadağa təklif edib. "Report" xəbər verir ki, o, bu barədə Lindsi Qremin də daxil olduğu ABŞ senatorlarından ibarət ikipartiyal
15 fevralTramp İranda rejim dəyişikliyini hadisələrin ən yaxşı ssenari hesab edir
ABŞ Prezidenti Donald Tramp İranda rejim dəyişikliyini hadisələrin inkişafının ən yaxşı ssenari hesab edəcəyini bildirib. "Report"un məlumatına görə, o, bu açıqlamanı Şimali Karolinadan yola düşməzdən əvvəl jurnalistlərin suallarını cavablandırarkən verib. "Görünür, hazırda baş verə biləcə
15 fevralFinlandiya Prezidenti: Rusiya strateji baxımdan məğlub olub
Rusiya bir neçə - ərazilərin işğalı, NATO-nun genişlənməsinin qarşısının alınması və başqa hədəf qoyaraq, Ukraynaya qarşı müharibəyə başladı və əks-nəticə ilə üzləşərək strateji baxımdan məğlub oldu. "Report"un Avropa bürosu xəbər verir ki, bu barədə Finlandiya Prezidenti Aleksandr Stubb Münhe
15 fevral