Kreml: Qarabağın kimə məxsus olduğu həll edilib
Qarabağın kimə məxsus olduğu həll olunub.
Sonxeber.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov bildirib. Onun sözlərinə görə, əsas məsələ həll olub, Ermənistan Qarabağın Azərbaycana məxsus olduğunu tanıyıb.
"İndi çətin ki, kimsə sülh müqaviləsinin bağlanması vaxtını göstərməyi öhdəsinə götürsün. Amma nəzərə alsaq ki, Qarabağın kimə məxsus olması ilə bağlı əsas məsələ həll olunub, bu, Ermənistanın Qarabağı Azərbaycana məxsus olmasını tanınması qərarı ilə həll olunub və nizamlanıb, o zaman demək olar ki, mühüm irəliləyiş təmin olunub", - deyə Kremlin rəsmi nümayəndəsi vurğulayıb.
Peskovun onu da qeyd edib ki, bu müqavilə (sülh müqaviləsi-red) üzərində işin yekunlaşması üçün çoxlu texniki məsələlər qalıb: "Lakin bunun üçün bütün ilkin şərtlər mövcuddur və xoşməramlı iradə olsa, finişə çatmaq mümkün olacaq. Biz düşünürük ki, istənilən halda bu, Azərbaycan və Ermənistan xalqlarının, Qarabağda yaşayan və yaşayacaq ermənilərin maraqlarına uyğun olacaq", - deyə Rusiya liderinin mətbuat katibi əlavə edib.
Kremlin sözçüsü bu gün Yevlax şəhərində rəsmi Bakı ilə Qarabağ ermənilərinin nümayəndələrinin baş tutan görüşündən də danışıb: "Qarabağ ermənilərinin qanuni maraqları və təhlükəsizliyi təmin olunmalıdır. Bu cür anlayış Azərbaycan tərəfində var. Görürsünüz ki, Azərbaycan tərəfi özü bu görüşün keçirilməsi təşəbbüsü ilə çıxış etmişdi və bu görüşü təşkil edib. Ona görə də indi ümid var ki, bu danışıqlar nəticə verəcək", deyə o yekunlaşdırıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 2059 Tarix: 21 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Dağıstanda həkimlər ürəyi 11 dəfə dayanan kişini xilas etdilər
Dağıstanda həkimlər ürəyi 11 dəfə dayanan 61 yaşlı kişinin həyatını xilas ediblər. xəbər verir ki, bu barədə respublika rəhbərinin administrasiyasının "Telegram" kanalında məlumat verilib. Məlumata görə, kişi kəskin miokard infarktı diaqnozu ilə Respublika Təcili Yardım Xəstəxanasına yerləşdirilib
3 oktyabrAlmaniyanın aparıcı siyasi fondu Tbilisi ofisini bağlayıb
Almaniyanın Konrad Adenauer adına aparıcı siyasi fondu Tbilisidəki ofisini bağlamaq barədə qərar qəbul edib. Bu barədə təşkilatın yaydığı bəyanatda bildirilib. Qeyd olunub ki, nümayəndəliyin bağlanması Gürcüstan hökuməti tərəfindən müəyyən edilmiş siyasi və hüquqi mühitin birbaşa nəticəsidir. "B
2 oktyabr"Bloomberg": Pentaqon hərbi kibermütəxəssislərin maaşını azaldacaq
Pentaqon bəzi hərbi kibermütəxəssislərin həvəsləndirici ödənişlərini ildə 12 min dollar azaltmağı planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə və ABŞ ordusunun sənədlərinə istinadən məlumat yayıb. Məlumata görə, ABŞ kiberkomandanlığının baza ixtisa
4 oktyabr"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək
Kanadanın Baş naziri Mark Karni bu ay Türkiyəyə səfər etməyi və ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş keçirməyi planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, bu, Kanada Baş nazirinin Türkiyəyə ilk rəsmi səfəri olacaq
4 oktyabrTokayevdən sərt qərar: Nazir müavinlərini və baş komandanı işdən çıxardı
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev müdafiə nazirinin iki müavinini və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin baş komandanını vəzifələrindən azad edib. -ın xəbərinə görə, bu barədə "Akorde" nəşri məlumat verib. Prezidentin mətbuat xidmətindən qeyd edilib ki, dövlət başçısı bir sıra sərəncamla
3 oktyabrRusiyada məhbus qatarda konvoy əməkdaşını güllələyib
Kabarda-Balkariyada (Rusiya) məhbusun məhkumların daşınması üçün olan vaqonda konvoyçulara hücumu nəticəsində Cəzaların İcrası Federal Xidmətinin bir əməkdaşı həlak olub, üç nəfər yaralanıb. "Report" xəbər verir ki, bu barədə TASS qurumun mətbuat xidmətinə istinadən məlumat yayıb. "Murtazov
4 oktyabr