Cənubi Koreya övladlığa götürmə qanununa görə "yetim ixracatçısı" adlandırıldı
Əbəs yerə deyil ki, Cənubi Koreya xaricə göndərilən uşaqların sayına görə lider hesab olunur - ötən əsrin ortalarından indiyədək 200 minə yaxın azyaşlı uşaq ölkədən kənara aparılıb. Əldə edilmiş son məlumatlar göstərir ki, uşaqların çoxu faktiki olaraq satılıb.
"The New York Times" qəzetində dərc olunan materiala əsasən, Cənubi Koreyada qəbul edilən və özəl övladlığa götürmə şirkətlərinə sərbəstlik verən qanun, yetim uşaqlar üçün ailələrin axtarışını faktiki olaraq biznesə çevirib. Üstəlik, bu biznes o qədər gəlirlidir ki, bu sahə ilə məşğul olan qurumlar açıq-aşkar yeni doğulmuş uşaqları oğurlayır, həmçinin hədə-qorxu və şantaj yolu ilə tək anaları uşaqlarından imtina etməyə məcbur edirdilər. Bununla belə, hökumətin elan etdiyi bir çox proqramlar işə yaramadığından, ölkə daxilində yetim uşaqların övladlığa götürülməsinə elə də tez-tez rast gəlinmirdi.
"Bir xalq üçün bir ölkə" şüarını həyata keçirən Cənubi Koreyanın ilk prezidenti Li Sın Manın mövqeyi korrupsiya sxemlərinə əhəmiyyətli dərəcədə dəstək verib, xüsusən də bu konsepsiya çərçivəsində koreyalı qadınların Amerikalı əsgərlərdən dünyaya gətirdiyi uşaqlar atalarının vətəninə göndərilməli idilər. Tək anaların özləri isə edilir və ictimai qınağa məruz qalırdılar. Belə bir şəraitdə bir çox qadınlar övladlarından az qala sevinclə canlarını qurtarır, özəl şirkətlər isə azyaşlıları xaricə sataraq, gəlirlərini onlara sənədlərin hazırlanmasında köməklik edən dövlət qurumlarının nümayəndələri ilə bölüşürdülər.
Öz növbəsində, dövlət heç vaxt xarici ölkələrdə yaşayan ailələrə verilən uşaqlarla maraqlanmayıb və yad ailələrdə böyümüş koreyalıların müraciətlərinə inadla məhəl qoymayıb.
İctimaiyyətin təzyiqi altında keçən il Cənubi Koreyada uşaqların xaricə faktiki satışı ilə bağlı araşdırma başladılıb, lakin onun nəticələri ən tezi 2024-cü ildə məlum olacaq. Bununla belə, onlar sırf məsləhət xarakteri daşıyacaq və övladlığa götürmə agentliklərinin nümayəndələrini məsuliyyətə cəlb etmək imkanı verməyəcək./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda 3 gün ardıcıl İŞ OLMAYACAQ: TARİXLƏR AÇIQLANDI
Şəhid anası Sevinc Hüseynova ilə bağlı DİN rəhbərinə müraciət etdi
Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi
Azərbaycanda bu şəxslər 53 yaşında pensiyaya ÇIXACAQ
Azərbaycanda dörd qanun ləğv ediləcək
40 dəqiqə soyuqda avtobus gözləyən sərnişin: AYNA və BakuBus bu nəqliyyat problemini nə vaxt görəcək?
Yağıntılı havanın nə vaxtadək davam edəcək?
Yağıntılı hava nə vaxtadək davam edəcək? - TARİX
"Kurtlar Vadisi"nin ssenaristi, keçmiş polis rəisinin ifadəsi ortaya çıxdı
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişin daşıyacaq
Kimlər aylıq pensiya əlavəsi alacaq? - Yeni qayda TƏSDİQLƏNDİ
ŞAD XƏBƏR - Bu şəxslər daha tez pensiya alacaq
82 yaşlı Hacıbala Abutalıbov illər sonra görüntüləndi - Video
Pünhan Piriyevə qayınatası və qayınanası 1 kq yarım QIZIL HƏDİYYƏ ETDİ - VİDEO
Prezident: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq"