Husilərin hücumunda həlak olan Bəhreyn əsgərlərinin sayı 3-ə çatıb
Bəhreyn bir gün əvvəl husilərin Yəmən sərhədində həyata keçirdiyi hücumda yaralanan Səudiyyə Ərəbistanının daha bir əsgərinin öldüyünü açıqlayıb.
Sonxeber.az xəbər verir ki, Bəhreynin rəsmi agentliyi BNA-nın xəbərinə görə, Bəhreyn Müdafiə Qüvvələri Baş Komandanlığı məsələ ilə bağlı yazılı açıqlama verib.
Açıqlamada, husilərin 25 sentyabrda Yəmən sərhədində Səudiyyə Ərəbistanı ərazisinə pilotsuz uçuş aparatı (PUA) ilə həyata keçirdiyi hücumda yaralanan əsgərin həyatını itirdiyi qeyd edilib.
Bununla da husilərin hücumunda həlak olan bəhreyn əsgərlərinin sayı 3-ə çatıb.
Bəhreyn Müdafiə Qüvvələri Baş Komandanlığının verdiyi məlumata görə, sentyabrın 25-də husilərin Yəmən sərhədində Səudiyyə Ərəbistanı ərazisində ərəb koalisiya qüvvələrinin tərkibində xidmət edən bəhreyn əsgərlərinin mövqelərinə PUA-nın hücumu nəticəsində 2 əsgər şəhid olub, bəzi əsgərlər yaralanıb. .
Açıqlamada husilərin hücumunun Yəməndə müharibə edən tərəflər arasında hərbi əməliyyatların dayandırılmasına baxmayaraq baş verdiyi vurğulanıb.
Yəməndə İranın dəstəklədiyi husilər 2014-cü ilin sentyabrından paytaxt Səna və bəzi bölgələrə nəzarət edir.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri 2015-ci ilin mart ayından husilərə qarşı Yəmən hökumətinə dəstək verir.
Səudiyyə Ərəbistanı və Oman Yəməndə 9 ildir davam edən böhrana son qoyacaq hərtərəfli saziş hazırlamaq üçün aylardır Yəmən hökuməti ilə husilər arasında vasitəçilik edir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 954 Tarix: 27 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Türkiyədə mədəndə uçqun: Dağıntılar altında qalanlar var
Türkiyənin Manisa vilayətinin Soma rayonunda fəaliyyət göstərən kömür mədənində uçqun baş verib. "TRT Haber"ə istinadən xəbər verir ki, uçqun altında qalan 7 işçidən 2-si sağ çıxarılıb. Digərlərinin axtarış-xilasetmə əməliyyatları davam edir
1 oktyabrRumıniyaya pilotsuz uçuş aparatı düşüb
Rumıniyanın Ukrayna ilə sərhəddə yerləşən ərazisinə naməlum pilotsuz uçuş aparatı (PUA) düşüb. Bu barədə Rumıniyanın "Adevarul" nəşri məlumat yayıb. Nəşrin yazdığına görə, oktyabrın 2-nə keçən gecə Rumıniya Milli Müdafiə Nazirliyinin radar müşahidə sistemi ölkənin Tulça rayonunun şimal hissəsində
2 oktyabrPutindən Kadırovla bağlı mühüm tapşırıq - Video
"Rosqvardiya"nın direktoru Viktor Zolotov Çeçenistan rəhbəri Ramzan Kadırova ordu generalı poqonlarını və tünd qırmızı beretini təqdim edib. -ın xəbərinə görə, bu barədə TASS məlumat verib. Zolotov bildirib ki, Kadırovu Vladimir Putin vəzifəyə yüksəldib. Ona - Zolotova tapşırıq verilib ki
3 oktyabrRus ordusu Xarkovun 3 kəndini işğal etdi
Rusiya ordusu Xarkov vilayətinin Nesternoye, Rublenoye və Vısokoya Yaruqa yaşayış məntəqələrini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb
1 oktyabrUKMTO, Hörmüz boğazında tankerin naməlum mərmi ilə vurulduğunu bildirir
Böyük Britaniya Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) cümə axşamı günü Hörmüz boğazından keçərkən naməlum mərmi ilə tankerin vurulduğunu və nəticədə yanğına səbəb olduğunu bildirib. The Jerusalem Post-a istinadən xəbər verir ki, UKMTO əlavə edib ki, heyət təhlükəsiz vəziyyətdədir, zərər və ətra
2 oktyabrYəmən ordusu husilərin mövqelərinə zərbələr endirib
Yəmənin hökumət qüvvələri Sənada husilərin mövqelərinə, həmçinin ölkənin şimal-qərbindəki Səədə əyalətinə və cənub-qərbindəki Taiz əyalətinə zərbə endirib. xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı Yəmən ordusunun nümayəndəsi Məcid ən-Nüzeylinin bəyanatına istinadən məlumat yayıb. Onu
2 oktyabr