Milyonlarla dollar rüşvət, qızıl külçələr: Ermənistanın dələduz himayədarı - ARAŞDIRMA

Milyonlarla dollar rüşvət, qızıl külçələr: Ermənistanın dələduz himayədarı - ARAŞDIRMAABŞ-dəki erməni lobbisi özünün əsas dayaqlarından birini itirdi. Azərbaycan və qardaş Türkiyəni hər fürsətdə tənqid edən, erməniləri dəstəkləyən demokrat-senator Bob Menendes indi qanun qarşısında cavab verməyə hazırlaşır.

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Dünya erməniləri kədər içindədirlər. İllər uzunu onların çirkin yalanlarının, iftiralarının, haqsız iddialarının müdafiəçisi kimi çıxış edən ABŞ Senatının Beynəlxalq əlaqələr komitəsinin sədri Robert (Bob) Menendes dələduz çıxıb. Bu, onsuz da bəlli idi. Ermənilərin haqsız kampaniyalarına, türkofob siyasətinə dəstək verən belə də olmalı idi. Korrupsiya ittihamı ilə vəzifəsindən uzaqlaşdırılan bu şəxsin cinayətlərinə onun xanımı erməniəsilli Nadin Arslanyan da şərik olub. Senatorun bəlli olan cinayəti ondan ibarətdir ki, bu şəxs Misir hakimiyyətinin xeyrinə göstərdiyi köməkliyin müqabilində rüşvət alıb. Menendes vəzifəsindən müvəqqəti uzaqlaşdırılsa da, şübhəsiz ki, bu, onun karyerasının sonu deməkdir. Azərbaycan və qardaş Türkiyəni hər fürsətdə tənqid edən, erməniləri dəstəkləyən demokrat-senator indi qanun qarşısında cavab verməyə hazırlaşır.

Qızıl külçələr, nağd pul, avtomobil...

Məlumata görə, Menendes və həyat yoldaşı yüz minlərlə dollar dəyərində rüşvət almaqda ittiham olunurlar. Prokurorluğun iddiasına görə, rüşvətlərə qızıl külçələr, nağd pul, ev ipotekası ödənişləri, yarımçıq iş günü və ya işdən kənarda olmağa görə kompensasiya və bahalı avtomobil daxildir. Həmçinin, onun həyat yoldaşı, milliyyətcə erməni olan Nadin Arslanyan və Nyu-Cersidən olan üç iş adamı da bu işlərdə iştirak etməkdə ittiham olunurlar. Bu şəxslər Menendesin ABŞ senatoru kimi səlahiyyətindən şəxsi maraqlar və Misirin xeyrinə, daha doğrusu, ABŞ-yə halal ət tədarükündə inhisarı əldə saxlamaq üçün istifadə etmək səylərini koordinasiya ediblər. Prokurorluqdan Menendesin evində və onun bank qutusunda aparılan axtarışlar zamanı üzərində onun adı yazılmış pencəklərin ciblərində zərflər də daxil olmaqla, təxminən 500 min dollar pul tapılıb. Prokurorlar iddia edir ki, zərflərin bəzilərində senatorun rüşvət almaqda ittiham olunduğu iş adamlarından birinin barmaq izləri və ya DNT-si olub.

Bir milyon dollarlıq rüşvət ittihamı

İttiham tərəfi Menendesin bir milyon dollardan çox rüşvət aldığını iddia edir. Müstəntiqlərin sözlərinə görə, senator bütün bunları "köməyə görə minnətdarlıq" kimi qəbul edib. İstintaq həmçinin siyasətçini tərəfdaşlarından birinə qarşı cinayət təhqiqatını pozmaqda ittiham edir. Əvvəlcə Menendes bütün ittihamları yaxın buraxmayaraq vəzifəsini tərk etməkdən imtina edib. Amma partiya yoldaşlarının təzyiqindən sonra postunu tərk edib. Menendes 2006-cı ildə ilk dəfə Senata namizəd olanda korrupsiyada şübhəli bilinirdi. Federal prokurorlar siyasətçinin milyonlarla dollar federal qrant almasına kömək etdiyi və ona yüz minlərlə dollar icarə haqqı ödədiyi qeyri-kommersiya təşkilatını araşdırırdı. Lakin o zaman heç bir rəsmi ittiham irəli sürülməyib. 2015-ci ildə Menendes vəzifəsindən istifadə edərək üçüncü şəxslərə pul müqabilində kömək etməkdə şübhəli bilinirdi. Onun Floridadakı sponsoru Solomon Melgemin biznesinə dəstək verə biləcəyi şübhələri vardı. Amma istintaq zamanı siyasətçinin xidmət müqabilində hər hansı ödəniş və ya hədiyyə alması sübuta yetirilməyib və 2018-ci ildə ona bəraət verilib.

ABŞ-Ermənistan əlaqələrinə mənfi təsir edəcək

Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov hesab edir ki, çoxsaylı cinayətlərdə şübhəli bilinən siyasətçi Ermənistanı dəstəkləyən əsas senatorlardan biridir və onun mühakiməsi İrəvanla ABŞ arasında yaxınlaşmaya mənfi təsir göstərəcək. "Bu hadisədən sonra ABŞ hökumət strukturu ilə Ermənistan rəhbərliyi arasında təmaslar azalacaq. Bu baş verərsə, Ermənistan lideri Nikol Paşinyanın ölkəsini ABŞ-nin müttəfiqliyinə çəkmək ehtimalı da azalacaq", - deyə ekspert vurğulayıb.

Beynəlxalq politoloq Konstantin Bloxin də qeyd edib ki, Menendesə qarşı aparılan istintaq 2024-cü ildə demokratların və ABŞ Prezidenti Co Baydenin mövqelərinə ciddi təsir etməyəcək. "Bu, yalnız senatorlardan biridir. Bayden özü də dərin dövlətin nümayəndəsidir. O, toxunulmazlar qrupuna aiddir", - ekspert qeyd edib.

Bayden də Menendesin getməsini istəyir

CNN analitiklərinin fikrincə, demokrat senatora qarşı cinayət işi açmaqla ABŞ Ədliyyə Departamenti göstərmək istəyib ki, partiya mənsubiyyətindən asılı olmayaraq siyasətçilərin fəaliyyətini eyni dərəcədə diqqətlə araşdırır. Tanınmış siyasi şərhçi Cessi Uotters hesab edir ki, Menendesə qarşı aparılan istintaq demokratların diqqəti Baydenin impiçment araşdırmasının başlamasından yayındırmaq cəhdidir. O hesab edir ki, dövlət başçısının özü Menendesin Xarici Əlaqələr Komitəsinin rəhbəri vəzifəsindən istefa verməsində maraqlıdır. "Menendes Baydenin geri qaytarmaq istədiyi İran razılaşmasına nifrət edir. Menendes İsraili sevir, Bayden isə o qədər də yox", - Uotters deyib. Qeyd edilir ki, məhkəmə işinin arxasında Bayden dayanmır, çünki o, respublikaçılardan birinə qarşı məhkəmə prosesi başlatmağa üstünlük verərdi.

Beləliklə, sadalananlar Menendesin dələduzluğunun yalnız bir hissəsidir. Lakin elə bunlar da onun obrazını göz önündə canlandırmaq üçün kifayətdir. Hər halda bütün bunlar dünyaya demokratiya dərsi keçmək istəyən, insan haqlarından dəm vuran dövlətin mahiyyətini ortaya qoyur. 30 il işğalçı ilə işğala məruz qalan arasında fərq qoyulmaması, milyonlarla insanın hüquqlarının pozulmasına göz yumulması dediklərimizi təsdiq edir.

Yeri gəlmişkən, Amerika Federal Prokurorluğu dərin araşdırmalar aparsa, Menendesin erməni diaspor təmsilçilərindən aldığı rüşvətin həcmini də müəyyənləşdirə bilər. Bu şəxs Konqresdə Dövlət Departamenti rəsmilərinə sərt şəkildə deyirdi ki, Ankara və Bakını cəzalandırmaq lazımdır. Aydındır ki, Menendes bu ittihamların qarşılığında da ermənilərdən milyonlar alıb.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 2752   Tarix: 30 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Kurtlar Vadisi"nin ssenaristi, keçmiş polis rəisinin ifadəsi ortaya çıxdı

Türkiyənin Silivri Respublika Baş Prokurorluğu tərəfindən Kaşif Kozinoğlunun şübhəli ölümü ilə bağlı başladılan istintaq çərçivəsində yeni faktlar ortaya çıxıb. bu barədə "Haber Global" istinadə xəbər verir. Belə ki, istintaq çərçivəsində keçmiş polis rəisi və ssenarist, istintaq çərçivəsind

3 oktyabr
.

Hörmüz boğazında neft tankerinə hücum edilib

Avropa mediasının Böyük Britaniya Dəniz Ticarət Ofisinə (UKMTO) istinadən verdiyi məlumata görə, neft tankeri Hörmüz boğazından keçərkən hücuma məruz qalıb. xəbər verir ki, məlumata görə, gəmidə yanğın baş verib. Başqa heç bir təfərrüat bildirilməyib. Neft dağılmasının baş verib-verməməsi barədə hələli

2 oktyabr
.

Tokayevdən sərt qərar: Nazir müavinlərini və baş komandanı işdən çıxardı

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev müdafiə nazirinin iki müavinini və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin baş komandanını vəzifələrindən azad edib. -ın xəbərinə görə, bu barədə "Akorde" nəşri məlumat verib. Prezidentin mətbuat xidmətindən qeyd edilib ki, dövlət başçısı bir sıra sərəncamla

3 oktyabr
.

Estoniya Rusiya və Belarus taxılının limanlarından ixracını qadağan edib

Estoniya Rusiya və Belarus taxılının öz ərazisindən tranzitini qadağan edib. xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsaxna bildirib. "Rusiya işğal müharibəsi apara bilməz və bizdən ticarəti davam etdirməyə kömək gözləyə bilməz. Biz onun müharibəni maliyyələşdirməsini və ya təcavüzü

1 oktyabr
.

Rusiya Kiyevdə Nüvə Tədqiqatları İnstitutunu vurdu

Rusiya Kiyevdəki Nüvə Tədqiqatları İnstitutunun ərazisinə PUA zərbəsi endirib. xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Hücum dünən axşam edilib və zərbədən sonra başlayan yanğın dərhal söndürülüb. Qeyd edək ki, Nüvə Tədqiqatları İnstitutunun ərasində VVR-M tədqiqat reaktoru yerləşi

1 oktyabr
.

İraq və Türkiyə neft və qaz sektorunda uzunmüddətli əməkdaşlıq barədə danışıqlara başlayıblar

İraq və Türkiyə neft və qaz sektorunda uzunmüddətli əməkdaşlıq haqqında çərçivə sazişi imzalamaq üçün danışıqlara başlayıblar. xəbər verir ki, İraqın neft naziri Bəssam Məhəmməd Xudayr və Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktars Ankarada görüşüblər. İraq Neft Nazirliyinin açıqlamasın

3 oktyabr
.

Tramp və Vens gizli Kemp Devid görüşündə İran və Yəmən məsələlərini yüksək səviyyəli təhlükəsizlik müşavirləri ilə müzakirə ediblər - Axios

Axios xəbər verir ki, ABŞ prezidenti Donald Tramp cümə günü Kemp Deviddə ABŞ vitse-prezidenti JD Vensin sədrliyi ilə və administrasiyanın milli təhlükəsizlik üzrə yüksək vəzifəli köməkçilərinin iştirakı ilə İran və Yəmən mövzusunda gizli görüşdə iştirak edib. The Jerusalem Post-a istinadən xəbər veri

3 oktyabr
.

ABŞ Yaxın Şərqə üçüncü təyyarədaşıyan gəmini göndərir

ABŞ İranla bağlı hərbi qüvvələrini artırır. Reuters-ə istinadən xəbər verir ki, ABŞ ordusu USS Theodore Roosevelt təyyarədaşıyan gəmisinin rəhbərlik etdiyi zərbə qrupunu və USS Makin Island amfibiya qrupunu Yaxın Şərqə göndərir. Bu qüvvələrdə ümumilikdə təxminən 9 min hərbçi var. Gəlişdən sonra bölgəd

2 oktyabr
.

Putindən Kadırovla bağlı mühüm tapşırıq - Video

"Rosqvardiya"nın direktoru Viktor Zolotov Çeçenistan rəhbəri Ramzan Kadırova ordu generalı poqonlarını və tünd qırmızı beretini təqdim edib. -ın xəbərinə görə, bu barədə TASS məlumat verib. Zolotov bildirib ki, Kadırovu Vladimir Putin vəzifəyə yüksəldib. Ona - Zolotova tapşırıq verilib ki

3 oktyabr