"Rusiya rəhbərliyi Melitopolu gücləndirmək üçün Baxmutu təhvil verməyə hazır ola bilər" - ISW

"Rusiya rəhbərliyi Melitopolu gücləndirmək üçün Baxmutu təhvil verməyə hazır ola bilər" - ISW"Bu iddialar Gerasimovun bəlli davranış modelindən xeyli kənara çıxır və onu nüfuzdan salmaq səylərindən xəbər verir..."

"Ukraynalı hərbçilər artıq oktyabr ayında Zaporojye vilayətinin Tokmak şəhərinə çata bilər..."

Rusiya Federasiyası Baş Qərargahının rəhbəri Valeri Gerasimov Baxmutdan qoşunlarını çıxarmağa hazırdır və Ukrayna qüvvələrinin artilleriyasını Krıma yaxınlaşdırmağa imkan verməmək üçün Melitopolun müdafiəsinə üstünlük verir.

Bu barədə Amerikanın müharibənin öyrənilməsi İnstitutunun (ISW) analitikləri rusiyalı insayderlərə istinadən yeni hesabatında yazıb.

Rusiyanın hərbi komandanlığı Melitopol və Berdyanskın müdafiəsini möhkəmləndirmək üçün cənub və şərqdə bəzi mövqelərini qurban verməyə hazır olduğu güman edilir. Hesabatda deyilir ki, bunu Rusiyanın insayder mənbələrindən biri iddia edib.

Qeyd edilir ki, bu ayın əvvəlində Rusiyanın insayder mənbələri qeyd edib ki, Rusiya Federasiyası Baş Qərargahının rəhbəri Valeri Gerasimov, mümkündür ki, Tokmakın müdafiəsi hesabına Melitopol və Berdyanskın müdafiəsi üçün Rusiya qüvvələrini qoruyub saxlamaq istəyir.

"Sentyabrın 27 və 28-də sosial şəbəkələrdəki mənbələr bu şayiəni yayıb, bundan sonra Rusiyanın insayder mənbəyi bəyan edib ki, Gerasimov həmçinin qoşunlarını Baxmutdan çıxarmağa hazırdır və Ukrayna qüvvələrinə artilleriyasını Krıma yaxınlaşdırmağa imkan verməmək üçün Melitopolun müdafiəsinə üstünlük verir", - ISW analitikləri qeyd edib.

Eyni zamanda, amerikalı analitiklər qeyd edib ki, Gerasimovun Rusiya qoşunlarını Melitopola geriyə çəkmək və orada Rusiyanın müdafiəsini möhkəmləndirmək niyyətində olması barədə iddialar "Gerasimovun bəlli davranış modelindən xeyli kənara çıxır".

"ISW insayderin bu iddialarını təsdiq edən sübutlara malik deyil. Əgər bu iddialar yalandırsa, bu, Rusiyanın informasiya məkanında Gerasimovu nüfuzdan salmaq üçün nizamlı səylər ediilməsinin sübutu ola bilər", - analitiklər qeyd edib.

Bu, onu göstərir ki, bu iddialar Rusiya rəhbərliyi arasında informasiya savaşının bir hissəsi ola bilər, çünki Rusiyanın bəzi mənbələrinin məlumatına görə, Gerasimov Hava-Desant Qoşunlarının komandanı general-polkovnik Mixail Teplinskini Ukraynada komandan müavini vəzifəsindən kənarlaşdırıb.

Ona görə də, mümkündür ki, Gerasimovun cəbhədə güzəştlərə getməyə hazır olması barədə bəyanatlar Teplinskinin mövqelərinin möhkəmləndirilməsi məqsədini güdə bilər", - ISW hesab edir.

Bundan öncə hərbi ekspert Aleksandr Kovalenko qeyd edib ki, ukraynalı hərbçilər artıq oktyabr ayında Zaporojye vilayətinin Tokmak şəhərinə çata bilər.

Bundan sonra, onun sözlərinə görə, hər şey işğalçıların davranışından asılıdır, onlar "xoş məramlı jest" nümayiş etdirə və Tokmakdan qaça bilər. Eyni zamanda, o, şəhərin Ukrayna qüvvələri tərəfindən üzbəüz həmlə variantını istisna edib.

ISW analitikləri qeyd edib ki, son zamanlar rusiyalı işğalçılar Kupyansk-Svatovo-Kremennaya xəttində hücum əməliyyatlarının tempini azaldıb.

Bu, onların fikrincə, onu göstərir ki, Ulraynanın əkshücumu Rusiya qüvvələrini bu istiqamətdən yayındırır və Rusiyanın hücum səylərini xeyli zəiflədir.

Moderator.az


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1229   Tarix: 01 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tokayevdən sərt qərar: Nazir müavinlərini və baş komandanı işdən çıxardı

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev müdafiə nazirinin iki müavinini və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin baş komandanını vəzifələrindən azad edib. -ın xəbərinə görə, bu barədə "Akorde" nəşri məlumat verib. Prezidentin mətbuat xidmətindən qeyd edilib ki, dövlət başçısı bir sıra sərəncamla

3 oktyabr
.

Putin nəvələrinin gələcək peşəsini - Açıqladı

Rusiya Prezidenti Vladimir Putin nəvələri barədə danışıb. "Qafqazinfo" xəbər verir ki, Putin bu haqda "Valday" Diskussiya Klubunun plenar iclasındakı çıxışı zamanı qısa məlumat verib. "Nəvələrim tərcüməçi kimi işləyəcəklər, onlar çin dilində danışırlar!" - deyə Rusiya lider

2 oktyabr
.

Rus ordusu daha 3 kəndi işğal etdi

Rusiya ordusu Xarkov vilayətinin Qraçevka və Serdobino, Sum vilayətinin Malaya Rıbitsa yaşayış məntəqələrini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb

2 oktyabr
.

İsveçrə prezidenti istefa verdiyini elan edib

İsveçrə Prezidenti Qi Parmelen 2026-cı il dekabrın 31-də Federal Şuranın (nazirlər kabineti) tərkibindən ayrılmaq qərarına gəldiyini açıqlayıb. Bu barədə "Le Temps" qəzeti məlumat yayıb. İsveçrənin Federal Şurası yeddi federal müşavirdən (nazirdən) ibarətdir. Onlar bütün qərarları yekdillikl

2 oktyabr
.

Rumıniyaya pilotsuz uçuş aparatı düşüb

Rumıniyanın Ukrayna ilə sərhəddə yerləşən ərazisinə naməlum pilotsuz uçuş aparatı (PUA) düşüb. Bu barədə Rumıniyanın "Adevarul" nəşri məlumat yayıb. Nəşrin yazdığına görə, oktyabrın 2-nə keçən gecə Rumıniya Milli Müdafiə Nazirliyinin radar müşahidə sistemi ölkənin Tulça rayonunun şimal hissəsində

2 oktyabr
.

ABŞ Səudiyyə Ərəbistanı və Qətərə əlavə Patriot batareyaları göndərir

ABŞ Səudiyyə Ərəbistanı və Qətərdəki neft və qaz obyektlərini qorumaq üçün əlavə iki "Patriot" raket batareyası göndərib. xəbər verir ki, bu barədə "Axios" məlumatlı mənbələrə istinadən xəbər verib. Onların sözlərinə görə, ötən ay ABŞ ordusu əsas neft obyektini qorumaq üçün Səudiyy

2 oktyabr
.

AB Ukraynaya daha 2,9 milyard avro ayırdı

Avropa Komissiyası "Ukraine Facility" mexanizmi çərçivəsində Ukraynaya 2,9 milyard avro məbləğində növbəti tranşı ayırıb. xəbər verir ki, bu barədə Avropa Komissiyası məlumat yayıb. Məlumata görə, vəsaitin bir hissəsi 90 milyard avro həcmində dəstək krediti hesabına təmin edilib. Qeyd edə

2 oktyabr
.

Hörmüz boğazında neft tankerinə hücum edilib

Avropa mediasının Böyük Britaniya Dəniz Ticarət Ofisinə (UKMTO) istinadən verdiyi məlumata görə, neft tankeri Hörmüz boğazından keçərkən hücuma məruz qalıb. xəbər verir ki, məlumata görə, gəmidə yanğın baş verib. Başqa heç bir təfərrüat bildirilməyib. Neft dağılmasının baş verib-verməməsi barədə hələli

2 oktyabr
.

Tramp ABŞ-ın strateji neft ehtiyatlarının tezliklə bərpa olunacağını açıqladı

ABŞ prezidenti Donald Tramp ABŞ-ın tezliklə strateji neft ehtiyatlarını artırmağa başlayacağını açıqlayıb. xəbər verir ki, Tramp Alabama ştatının Mobil şəhərində keçirilən seçki kampaniyası zamanı deyib: "Biz strateji ehtiyatlarımızı çox tezliklə pulsuz şəkildə artıracağıq". Eyni zamanda, AB

3 oktyabr