Çili bibəri yemək üzrə dünya rekordu qırılıb - VİDEO
Kanadalı Maykl Cek 135 çili bibəri yeyib və bununla da özünün daha öncəki dünya rekordunu qırıb.
Maykla 50 Karolina Əzrayılı (Carolina Reaper) sortundan olan bibərləri yemək üçün altı dəqiqə 49,2 saniyə lazım olub. Bu tərəvəz Ginnesin Rekordlar Kitabına dünyanın ən acı bibəri kimi düşüb. Bununla belə, kişi qısa müddət ərzində daha 85 ədəd yeyərək davam edib. Orta hesabla, bir çilini yemək üçün o, səkkiz saniyə sərf edib.
"Ən qorxulu olan ilk bibərdir. İkinci artıq o dərəcədə acı gəlmir insana, lakin daha sonra hər növbəti bibər daha da acı gəlir", - deyə Cek bildirib.
Kanadalı acı yeməyə öyrəşsə də, yenə də mədədə diskomfort hissi olduğunu deyib.
"Məndə güclü sancılar başladı. Sanki kimsə bağırsaqlarını sıxaraq, onları çölə çıxarır. Ağıl "dayan" deyir, lakin sən özünü davam etmək lazım olduğuna inandırırsan", - deyə o, əlavə edib.
Qeyd edək ki, bu Maykl Cekin ilk rekordu deyil. Kişi bir şüşə acı sousu 8,56 saniyə ərzində içərək birinciliyi qazanıb. O, həmçinin bir litr tomat sousunu bir dəqiqə 5,56 saniyə ərzində içərək qalib olub./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1294 Tarix: 02 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tramp İranda rejim dəyişikliyini hadisələrin ən yaxşı ssenari hesab edir
ABŞ Prezidenti Donald Tramp İranda rejim dəyişikliyini hadisələrin inkişafının ən yaxşı ssenari hesab edəcəyini bildirib. "Report"un məlumatına görə, o, bu açıqlamanı Şimali Karolinadan yola düşməzdən əvvəl jurnalistlərin suallarını cavablandırarkən verib. "Görünür, hazırda baş verə biləcə
15 fevralFon der Lyayen: Avropa daha müstəqil olmalıdır
Avropa misli görünməmiş təhlükəsizlik çağırışları fonunda daha müstəqil olmalıdır, bu da transatlantik ittifaqı daha möhkəm edəcək. "Report" xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen bildirib. "Biz artıq dörd ilə yaxındır ki, Rusiyanın Ukraynaya qarşı təcavüz
15 fevralDonald Tramp Viktor Orbana dəstəyini ifadə etdi
ABŞ Prezidenti Donald Tramp Macarıstanın Baş naziri Viktor Orbana dəstəyini bildirib. -ın məlumatına görə, "Truth Social" platformasındakı paylaşımda amerikalı siyasətçi baş naziri "əsl dost, döyüşçü və qalib" adlandırıb. D.Trampın sözlərinə görə, Orban "ölkəsinin rifahı üçü
15 fevralUkrayna Prezidenti Cenevrədə sülh danışıqlarının əsas mövzusunu açıqlayıb
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Cenevrədə keçiriləcək sülh danışıqlarında Ukrayna, ABŞ və Rusiya atəşkəs zamanı monitorinq missiyasının iş mexanizmini müzakirə edəcək. "Report" "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, o bunu Münxendə jurnalistlərə açıqlayıb. "Hərb
15 fevralDanimarkanın Baş naziri: Qrenlandiya ilə bağlı mübahisə həll olunmayıb
Danimarka və ABŞ arasında Qrenlandiyanın mənsubiyyəti ilə bağlı mübahisə həll olunmayıb. "Report" xəbər verir ki, bunu Danimarka Baş naziri Mette Frederiksen Münxen Təhlükəsizlik Konfransındakı debatlar zamanı bildirib. "Düşünürəm ki, Amerika prezidentinin (Donald Trampın - red.) istəy
15 fevralPəhləvi Trampı İranla danışıqlara vaxt sərf etməməyə çağırıb
Sonuncu İran şahının böyük oğlu Rza Pəhləvi ABŞ Prezidenti Donald Trampın administrasiyasını İranla danışıqlara çox vaxt sərf etməməyə və dərhal hərbi müdaxiləyə keçməyə çağırıb. "Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, o, bu barədə Münxen Təhlükəsizlik Konfransını
14 fevralABŞ-İran danışıqlarının gələn həftə Cenevrədə keçiriləcəyi təsdiqləndi
Oman gələn həftə Cenevrədə ABŞ-İran danışıqlarına ev sahibliyi edəcək. xəbər verir ki, İsveçrə Xarici İşlər Nazirliyinin sözçüsü Pyer Qobet bu barədə TASS-a açıqlama verib. "İsveçrə Xarici İşlər Nazirliyi tərəflərlə əlaqə saxlayır və münaqişədə gərginliyin azaldılmasına yönəlmiş istənilən diplomati
15 fevral