Qardaşını xilas etmək üçün özünü pəncərədən atdı - Minlərlə kasıbı...

Qardaşını xilas etmək üçün özünü pəncərədən atdı - Minlərlə kasıbı...Muhammed Abdulqaffar Meşalinin adı bütün dünyaya tanışdır. O "Kasıbların doktoru" kimi ad qazanaraq, bu dünyadan minlərlə insanın göz yaşları və təşəkkür nidaları ilə uğurlanıb.
Bir zamanlar Misirin ən zəngin, ən tanınmış doktoru olan Meşalinin həyatını klinikasında baş vermiş dəhşətli bir hadisə dəyişdi.

Lent.az bu maraqlı və ibrətamiz həyat hekayəsini diqqətinizə çatdırır.

Misirin paytaxtı Qahirədə özəl klinikasında fəaliyyət göstərən doktor Meşali ölkənin ən varlı və ən tanınmış həkimlərindən sayılırdı. Bütün həyatı bir gün əlindəki bütün pulu toplayıb onun qəbuluna gəlmiş kasıb bir ailənin faciəsi ilə dəyişdi. 2 oğlu ilə həkimin müayinəsinə gəlmiş qadının balaca oğlu ağır xəstə idi. Doktor Meşali xəstənin sağalması üçün bahalı bir iynənin vurulmasının vacibliyini söyləyəndə, uşağın anası "bu iynəni vursaq, bir ay ac qalmalı olacağıq" dedi.

Araya dərin bir sükut çökdü. Ana göz yaşları içində çarələr düşünərkən, böyük oğlu açıq pəncərəyə yanaşdı. "Ana, qardaşıma yaxşı bax, süfrədən bir qab azalsa bəlkə o sağalar" deyərək özünü atdı. Bu balaca oğlanın öz qardaşını xilas etmək üçün düşünmədən həyatını qurban eləməsi doktor Meşaliyə çox dərin təsir buraxdı. Həmin gündən sonra onun həyatı büsbütün dəyişdi və daha heç vaxt əvvəlki kimi olmadı.

O həyatını yoxsullara həsr etməyə, kasıb insanların xidmətində dayanmağa söz verdi və ömrünün sonuna qədər də yolundan dönmədi.

Doktor Meşali özü də kasıb bir ailədən çıxmışdı.1944-cü ildə kəndli ailəsində doğulan Meşali bütün çətinliklərə sinə gərərək oxumuş, 1967-ci ildə tibb fakultəsindən məzun olmuşdu. Gərgin əməyi, savadı sayəsində şöhrətlənib ad-san və sərvət qazana bilmişdi.

Ömrünü kasıblara həsr etdikdən sonra o klinikasını satıb Misirin uzaq əyalətlərinə gedir, ən əlçatmaz yerlərdə möhtac insanlara yardım edir, şəfa ocaqları açırdı.

Yoxsullarla yardımla yanaşı 3 oğlunu və qardaşını yetim qalan uşaqlarını böyüdən Meşali 1975-ci ildən 2020-ci ilə qədər səyyar həkimliyini davam etdirib. Onu "yer üzündə işgəncə çəkənlərin – yoxsulların yardımçısı" adlandırırdılar.

Meşalinin haqqında BBC kanalı reportaj hazırladıqdan sonra onun adı bütün dünyada tanındı. Birləşmiş Ərəb Əmirliyinin ən varlı şeyxləri doktor Meşaliyə maddi dəstək təklif elədi, o isə nəzakətlə bu təklifləri rədd edərək, həmin sərvətin kasıblara paylanmasını istədi.

Çox sadə, kasıb bir həyat yaşayan doktor Meşali "həyat mənə istədiyimdən və layiq olduğumdan qat-qat artığını verdi" deyrək, ömründən razılıq edirdi.

Deyilənə görə, o ölümündən bir neçə saat öncə belə xəstələri qəbul eləmişdi.

Meşali 2020-ci ildə, sərt pandemiya qadağaları elan edildiyi günlərdə vəfat etdi. Küçəyə çıxmaq üçün icazə olmadığı o günlərdə kasıbların dostu olan doktoru son mənzilə yola salmaq üçün yüz minlərlə insan küçələrə axışdı.

Onun son vəsiyyəti isə masasının üzərində idi. O, sadəcə bir cümlə -"Kasıblara yaxşı davranmanızı vəsiyyət edirəm" yazmışdı.
Qardaşını xilas etmək üçün özünü pəncərədən atdı - Minlərlə kasıbı...Qardaşını xilas etmək üçün özünü pəncərədən atdı - Minlərlə kasıbı...Qardaşını xilas etmək üçün özünü pəncərədən atdı - Minlərlə kasıbı...


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 2964   Tarix: 02 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İsveçrə prezidenti istefa verdiyini elan edib

İsveçrə Prezidenti Qi Parmelen 2026-cı il dekabrın 31-də Federal Şuranın (nazirlər kabineti) tərkibindən ayrılmaq qərarına gəldiyini açıqlayıb. Bu barədə "Le Temps" qəzeti məlumat yayıb. İsveçrənin Federal Şurası yeddi federal müşavirdən (nazirdən) ibarətdir. Onlar bütün qərarları yekdillikl

2 oktyabr
.

ABŞ Yaxın Şərqə üçüncü təyyarədaşıyan gəmini göndərir

ABŞ İranla bağlı hərbi qüvvələrini artırır. Reuters-ə istinadən xəbər verir ki, ABŞ ordusu USS Theodore Roosevelt təyyarədaşıyan gəmisinin rəhbərlik etdiyi zərbə qrupunu və USS Makin Island amfibiya qrupunu Yaxın Şərqə göndərir. Bu qüvvələrdə ümumilikdə təxminən 9 min hərbçi var. Gəlişdən sonra bölgəd

2 oktyabr
.

Məşhur rusiyalı bloqerin Türkiyədə faciəli ölümü: Təqsirkara hökm oxundu

Məşhur rusiyalı bloqer Tatyana Ozolinanın ölümündə təqsirli bilinən türkiyəli bayker Onur Obut təxminən üç ilə qədər həbs cəzasına məhkum edilib. -ın xəbərinə görə, bu barədə mərhumun keçmiş əri Stanislav Fedorçenko sosial şəbəkə hesabında məlumat verib. "Məhkəmə onu təqsirli bildi və 2 il 11 a

3 oktyabr
.

Paşinyan ölkəsindəki korrupsiyaya həll yolunu "tapdı": "Ermənistan vətəndaşı Tanrıya inanmalıdır"

"Bu gün "inanclı" sözü hələ də mənfi mənada qəbul edilir, çünki bir inanclılar var, bir də sadəcə normal vətəndaşlar var". -ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu barədə ölkənin baş naziri Nikol Paşinyan bildirib. Onun sözlərinə görə, mövqeyi dəyişməz olub və dəyişməz qalacaq

3 oktyabr
.

Minsk Lukaşenko ilə Tramp arasında görüş təşkil etməyə çalışır

Belarus xarici işlər naziri Maksim Rıjenkov BMT Baş Assambleyasının iclası çərçivəsində RİA Novosti agentliyinə verdiyi müsahibədə bildirib ki, Minsk Belarus prezidenti Aleksandr Lukaşenko ilə ABŞ prezidenti Donald Tramp arasında görüş ehtimalını nəzərdən keçirir və onun təşkili üçün addımlar atır. xəbə

3 oktyabr
.

"Forsaj" serial olacaq

"Peacock" platforması məşhur "Forsaj" film franşizası əsasında serial hazırlanacağını açıqlayıb. Axşam.az xəbər verir ki, ekran işinin ulduzu Vin Dizel serialın icraçı prodüseri olacaq. Onun layihədə aktyor kimi rol alıb-almayacağı isə hələ məlum deyil. Serialın premyerasının 2028-c

2 oktyabr
.

Türkiyədə mədəndə uçqun: Dağıntılar altında qalanlar var

Türkiyənin Manisa vilayətinin Soma rayonunda fəaliyyət göstərən kömür mədənində uçqun baş verib. "TRT Haber"ə istinadən xəbər verir ki, uçqun altında qalan 7 işçidən 2-si sağ çıxarılıb. Digərlərinin axtarış-xilasetmə əməliyyatları davam edir

1 oktyabr
.

Hörmüz boğazında neft tankerinə hücum edilib

Avropa mediasının Böyük Britaniya Dəniz Ticarət Ofisinə (UKMTO) istinadən verdiyi məlumata görə, neft tankeri Hörmüz boğazından keçərkən hücuma məruz qalıb. xəbər verir ki, məlumata görə, gəmidə yanğın baş verib. Başqa heç bir təfərrüat bildirilməyib. Neft dağılmasının baş verib-verməməsi barədə hələli

2 oktyabr
.

Niderlandda daha dörd nəfər Qərbi Nil virusundan ölüb

Niderlandda son həftələr ərzində dörd nəfər Qərbi Nil virusunun törətdiyi infeksiyadan ölüb, bunun nəticəsində ölkədə bu il xəstəlikdən ölənlərin ümumi sayı doqquza çatıb. "Report" xəbər verir ki, bu barədə Niderlandın İctimai Sağlamlıq və Ətraf Mühit üzrə Milli İnstitutu (RIVM) məlumat verib

1 oktyabr