Terrorçular özlərinə ailə görüntüsü veriblər
Ankarada Təhlükəsizlik Baş İdarəsinin giriş qapısı qarşısında törədilən bombalı hücumda istifadə edilən avtomobilin Kayserinin Dəvəli rayonundan oğurlandığı məlum olub.
BiG.AZ türk mediasına istinadən xəbər verir ki, terrorçuların Kayseridə özlərini ailəsi kimi təqdim edərək avtomobilin sahibi baytar Mikayıl Bozağanı aldadaraq maşınına mindikləri müəyyən edilib. Terrorçular daha sonra onun xeyirxahlıq etdiyini zənn edən baytar həkim Mikayıl Bozlağanı döyərək tapança ilə öldürüblər.
Digər tərəfdən terrorçular nəqliyyat vasitəsini qaçırmazdan əvvəl yolda saxlamağa çalışarkən onların yanında bir qadın və uşağın olduğu da aydın olub. Ailəlik təəssüratı yaradan terrorçuların avtostopla Bozlağanın maşınının dayanmasına səbəb olduğu bildirilib. Qeyd edilən məlumata görə, bir anda terrorçular və onların yoldaşları maşından düşərək ərzaq mağazasında alış-veriş ediblər.
Özlərini nağara ifaçısı kimi təqdim edən terrorçular yaxınlıqdakı kəndə toya getdiklərini və nağaralarının partladığını bildiriblər. Daha sonra qadın və uşağın 2 terrorçudan ayrıldığı deyilib.
Daxili İşlər Nazirliyi hücumla bağlı son vəziyyəti paylaşıb. Araşdırmalar nəticəsində terrorçulardan birinin separatçı terror təşkilatı PKK üzvü olmasının müəyyən edildiyi, digər terrorçunun şəxsiyyətini müəyyənləşdirmə işlərinin davam etdiyi açıqlanıb.
Qeyd edək ki, Türkiyə saatı ilə 09.30 radələrində yüngül ticari avtomobillə gələn iki terrorçu Ankarada Daxili İşlər Nazirliyi Təhlükəsizlik Baş İdarəsinin giriş qapısı qarşısında bombalı hücuma cəhd ediblər. Terrorçulardan biri özünü partladıb, digər terrorçu isə zərərsizləşdirilib. Hadisə zamanı iki polis əməkdaşı da yaralanıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1534 Tarix: 02 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tokayevdən sərt qərar: Nazir müavinlərini və baş komandanı işdən çıxardı
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev müdafiə nazirinin iki müavinini və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin baş komandanını vəzifələrindən azad edib. -ın xəbərinə görə, bu barədə "Akorde" nəşri məlumat verib. Prezidentin mətbuat xidmətindən qeyd edilib ki, dövlət başçısı bir sıra sərəncamla
3 oktyabrFinlandiyada deputatların evlərinə gizli müdaxilələr araşdırılır
Finlandiyanın Baş naziri Petteri Orpo ölkədə bir sıra deputatların evlərinə baş verən şübhəli müdaxilələrin arxasında xarici dövlətin dayana biləcəyini istisna etməyib. The Guardian-a istinadən xəbər verir ki, Helsinki bölgəsində son bir il ərzində bir neçə deputat evlərinə müdaxilə edildiyini bildirib
2 oktyabrUKMTO, Hörmüz boğazında tankerin naməlum mərmi ilə vurulduğunu bildirir
Böyük Britaniya Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) cümə axşamı günü Hörmüz boğazından keçərkən naməlum mərmi ilə tankerin vurulduğunu və nəticədə yanğına səbəb olduğunu bildirib. The Jerusalem Post-a istinadən xəbər verir ki, UKMTO əlavə edib ki, heyət təhlükəsiz vəziyyətdədir, zərər və ətra
2 oktyabrBritaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib
Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib. "Report" xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyinin məlumatında deyilir. Məhdudiyyətlər 23 fiziki və hüquqi şəxsə, eləcə də 8 gəmiyə qarşı tətbiq edilib. Sanksiyalar 23 fiziki və hüquqi şəxsə, eləcə də 8 gəmiyə şami
1 oktyabrRusiya səfiri Moldova XİN-ə çağırıldı
Moldovanın Xarici İşlər Nazirliyi hava məkanının Rusiya PUA-ları tərəfindən pozulmasından sonra Moskvanın Kişinyovdakı xüsusi tapşırıqlar üzrə səfirini nazirliyə çağıraraq ona etiraz notası təqdim edib. xəbər verir ki, bu barədə Moldova Xarici İşlər Nazirliyi məlumat yayıb. "Xarici İşlər Nazirliy
1 oktyabrSüni intellekt bioloji silah yarada bilərmi?
"Mindgard" təhlükəsizlik şirkətinin apardığı sınaqlar zamanı çinli süni intellekt şirkəti "Moonshot"ın iki modelində mürəkkəb təlimatlarla təhlükəsizlik məhdudiyyətlərinin aşılmasının mümkün olduğu üzə çıxıb. Tədqiqatçılar modellərdən normal şəraitdə cavab verməməli olduqları təhlükəl
1 oktyabr