Paşinyan Almaniya kansleri Olaf Şolsu Birlik Günü münasibətilə təbrik edib
Baş nazir Nikol Paşinyan Almaniya Federativ Respublikasının kansleri Olaf Şolsa milli bayram – Birlik Günü münasibətilə təbrik məktubu göndərib.
Sonxeber.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
"Sizi və Almaniya xalqını milli bayram – Birlik Günü münasibətilə ürəkdən təbrik edirəm.
33 il əvvəl baş vermiş bu əlamətdar hadisə alman xalqı ilə Avropanın birliyinin təsdiqinin simvoluna çevrildi.
Almaniya Ermənistanın etibarlı və sabit tərəfdaşlarından biridir, ölkəmizdə demokratik və iqtisadi islahatların, eləcə də Ermənistan-Avropa İttifaqı əməkdaşlığının genişləndirilməsinin fəal tərəfdarıdır.
Məmnunluq hissi ilə qeyd etməliyəm ki, cari ildə Ermənistan və Almaniya arasında dövlətlərarası münasibətlər xeyli intensivləşib, yüksək səviyyəli qarşılıqlı səfərlər həyata keçirilib.
Bu ilin yazında Almaniyaya işgüzar səfərim çərçivəsində keçirdiyimiz görüşü xatırlayıram, görüş zamanı siyasi, təhlükəsizlik, ticarət-iqtisadi, enerji, təhsil, mədəniyyət və ikitərəfli münasibətlərin digər sahələri üzrə konstruktiv müzakirələr apardıq.
Biz dövlətlərimiz arasında mövcud yüksək səviyyəli siyasi dialoqa böyük əhəmiyyət veririk və Almaniyanın regionumuzda sülhün və sabitliyin qorunması və möhkəmləndirilməsi prosesində göstərdiyi səyləri, habelə sülhün bərqərar olunmasına yönəlmiş beştərəfli danışıqlarda şəxsən iştirakınızı yüksək qiymətləndiririk.
Ümid edirəm ki, birgə səylərlə xalqlarımızın rifahı naminə ikitərəfli və çoxtərəfli əməkdaşlıq çərçivəsində yeni uğurlara imza atacağıq.
Bir daha sizi və Almaniya xalqını Birlik Günü münasibətilə təbrik edir, gələcək tərəqqi arzulayıram.
Sizi sizin üçün əlverişli vaxtda Ermənistana səfər etməyə ürəkdən dəvət edirəm",- deyə Paşinyan bildirib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1002 Tarix: 03 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hörmüz boğazında neft tankerinə hücum edilib
Avropa mediasının Böyük Britaniya Dəniz Ticarət Ofisinə (UKMTO) istinadən verdiyi məlumata görə, neft tankeri Hörmüz boğazından keçərkən hücuma məruz qalıb. xəbər verir ki, məlumata görə, gəmidə yanğın baş verib. Başqa heç bir təfərrüat bildirilməyib. Neft dağılmasının baş verib-verməməsi barədə hələli
2 oktyabrMoldovanın hava məkanı PUA-larla pozulub
Moldovanın milli hava məkanının monitorinq sistemi 5 dronun uçuşunu qeydə alıb. "Report" xəbər verir ki, bu barədə "Newsmaker" ölkənin Müdafiə Nazirliyinin məlumatına istinadən yazıb. Dronlar Aneniy-Noy, Ştefan-Vode, Hinçesti, Tudora və Kauşanı yaşayış məntəqələrinin yaxınlığınd
3 oktyabrTramp: İrana seçkilərdən sonra zərbə mümkündür
İrana seçkilərdən sonra zərbə endirmək mümkündür. Bunu ABŞ Prezidenti Donald Tramp "TIME" jurnalına müsahibəsində İrana qarşı hərbi əməliyyatların ölkəsində keçiriləcək aralıq seçkilərindən sonra genişləndirilib-genişləndirilməyəcəyi ilə bağlı suala cavabında deyib. "Mümkündür. Bizim çoxl
1 oktyabrPentaqon Meksika ilə sərhəddə dronların istifadəsini genişləndirə bilər
Pentaqon pilotsuz uçuş sistemlərinin uğurlu sınaqlarından sonra Rio-Qrande çayında və Meksika körfəzində müşahidə aparmaq üçün ekipajsız katerlərlərdən istifadənin genişləndirilməsi imkanını nəzərdən keçirir. "Report" "Reuters"ə istinadən xəbər verir ki, söhbət yanvar ayından bər
2 oktyabrYaponiya adasında 8 nəfər dayvinq zamanı itkin düşüb
Tokionun Xatidzyo adası sahillərində dayvinqlə məşğul olan 8 nəfər itkin düşüb. "Report" xəbər verir ki, bu barədə Yaponiya mediası Sahil mühafizəsinə istinadən məlumat yayıb. "Dayvinqlə məşğul olan 8 nəfər səhər saat 11 radələrində suya dalmağa başlayıb, onların saat 18:00 radələrind
3 oktyabrDağıstanda həkimlər ürəyi 11 dəfə dayanan kişini xilas etdilər
Dağıstanda həkimlər ürəyi 11 dəfə dayanan 61 yaşlı kişinin həyatını xilas ediblər. xəbər verir ki, bu barədə respublika rəhbərinin administrasiyasının "Telegram" kanalında məlumat verilib. Məlumata görə, kişi kəskin miokard infarktı diaqnozu ilə Respublika Təcili Yardım Xəstəxanasına yerləşdirilib
3 oktyabrMakron Trampla dünya enerji bazarındakı vəziyyəti müzakirə edib
Fransa Prezidenti Emmanuel Makron və ABŞ Prezidenti Donald Tramp gecə telefon danışığı zamanı dünya enerji bazarındakı vəziyyəti müzakirə ediblər. "Report" Fransa mediasına istinadən xəbər verir ki, bu barədə Yelisey sarayının mətbuat xidmətinin bəyanatında bildirilib. Fransa administrasiyasını
2 oktyabr