Ukraynada qətl törədən Azərbaycan çempionu ilə bağlı QƏRAR

Ukraynada qətl törədən Azərbaycan çempionu ilə bağlı QƏRARBakı Apellyasiya Məhkəməsində Ukraynada qətl törətməkdə təqsirləndirilən idmançı Yasin Həsənovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Sonxeber.az pravda.az-a istinadən xəbər verir ki, hakim Fərid Əyyubovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Yasin Həsənov 12 il 10 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində Ukrayna Cinayət Məcəlləsinin 115-ci (qəsdən adamöldürmə) maddəsi ilə beynəlxalq axtarışda olan paytaxt sakini Yasin Həsənov Bakı şəhərində tutulub. Y.Həsənovun 2018-ci ilin iyulun 3-də Ukraynanın paytaxtı Kiyevdə yerləşən restoranlardan birində Azərbaycan vətəndaşı Davud Ağayevi "Makarov" markalı tapançadan açılan atəşlə qətlə yetirməsinə əsaslı şübhələr olub.

Araşdırma zamanı məlum olub ki, Yasin Həsənovun qətlə yetirdiyi şəxslə əvvəlcədən ədavəti olub. Belə ki, 2013-cü ildə Davud Ağayev Yasin Həsənova Kiyev şəhərində odlu silahdan atəş açaraq onu yaralayıb, bu səbəbdən Y.Həsənov intiqam almaq məqsədi ilə bir neçə il sonra qeyd edilən hadisəni törədib.

Yasin Həsənov əvvəllər Azərbaycanın cüdo, sambo və pankration üzrə yığma komandalarının üzvü olub. O, dəfələrlə Azərbaycan çempionu olmaqla yanaşı, 2009-cu ildə cüdo üzrə Dünya Kubokunun, sambo üzrə Avropa çempionatının bürünc mükafatçısı olub. İstintaq orqanı tərəfindən Yasin Həsənovun barəsində Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adamöldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adamöldürmə) maddəsi ilə ittiham elan edilib.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1619   Tarix: 04 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Yəmən ordusu husilərin mövqelərinə zərbələr endirib

Yəmənin hökumət qüvvələri Sənada husilərin mövqelərinə, həmçinin ölkənin şimal-qərbindəki Səədə əyalətinə və cənub-qərbindəki Taiz əyalətinə zərbə endirib. xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı Yəmən ordusunun nümayəndəsi Məcid ən-Nüzeylinin bəyanatına istinadən məlumat yayıb. Onu

2 oktyabr
.

"Forsaj" serial olacaq

"Peacock" platforması məşhur "Forsaj" film franşizası əsasında serial hazırlanacağını açıqlayıb. Axşam.az xəbər verir ki, ekran işinin ulduzu Vin Dizel serialın icraçı prodüseri olacaq. Onun layihədə aktyor kimi rol alıb-almayacağı isə hələ məlum deyil. Serialın premyerasının 2028-c

2 oktyabr
.

Yəmən Hərbi Hava Qüvvələri Taiz əyalətində Husilərin hədəflərinə 20 hava hücumu həyata keçirib

Yəmən Silahlı Qüvvələrinin sözçüsü cümə günü bildirib ki, hava qüvvələrinin döyüş təyyarələri son üç saat ərzində Taiz əyalətindəki husi hərəkatlarına, gücləndirmə qüvvələrinə, toplanışlarına, şəxsi heyətinə, nəqliyyat vasitələrinə və hərbi texnikaya 20 dəqiq zərbə endirib. The Jerusalem Post-a istinadə

2 oktyabr
.

Makron Trampla dünya enerji bazarındakı vəziyyəti müzakirə edib

Fransa Prezidenti Emmanuel Makron və ABŞ Prezidenti Donald Tramp gecə telefon danışığı zamanı dünya enerji bazarındakı vəziyyəti müzakirə ediblər. "Report" Fransa mediasına istinadən xəbər verir ki, bu barədə Yelisey sarayının mətbuat xidmətinin bəyanatında bildirilib. Fransa administrasiyasını

2 oktyabr
.

Almaniyanın "Berlin-Brandenburq" aeroportunda yeni dron aşkarlama sistemi tətbiq edilib

Almaniyanın "Berlin-Brandenburq" hava limanında pilotsuz uçuş aparatlarını (PUA) ilkin mərhələlərdə qeydə almağa və hava hərəkəti üçün mümkün təhlükələr barədə xidmətləri məlumatlandırmağa imkan verəcək yeni dron aşkarlama sistemi tətbiq edilib. "Report" xəbər verir ki, bu barəd

30 sentyabr
.

Rusiya səfiri Moldova XİN-ə çağırıldı

Moldovanın Xarici İşlər Nazirliyi hava məkanının Rusiya PUA-ları tərəfindən pozulmasından sonra Moskvanın Kişinyovdakı xüsusi tapşırıqlar üzrə səfirini nazirliyə çağıraraq ona etiraz notası təqdim edib. xəbər verir ki, bu barədə Moldova Xarici İşlər Nazirliyi məlumat yayıb. "Xarici İşlər Nazirliy

1 oktyabr
.

Həbsdə "lüks həyat" yaşayır - Məhbuslar ona yemək bişirir

P. Diddy kimi tanınan amerikalı məşhur reper Şon Kombsa həbsxanada bir neçə məhbus xidmət edir. "Qafqazinfo" xəbər verir ki, bu barədə "NBC News" telekanalı digər məhbusların anonim ifadələrinə istinadən məlumat yayıb. Bildirilir ki, həmin məhbuslar P. Diddy üçün yemək hazırlayır

30 sentyabr
.

Rus ordusu daha 3 kəndi işğal etdi

Rusiya ordusu Xarkov vilayətinin Qraçevka və Serdobino, Sum vilayətinin Malaya Rıbitsa yaşayış məntəqələrini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb

2 oktyabr
.

The Washington Post: "Meksikada illərdir açılmayan cinayət işi üzrə yeni sübutlar ortaya çıxıb"

Meksikada uzun illərdir açılmamış qalan səs-küylü cinayət işi ilə bağlı araşdırmada yeni sübutlar ortaya çıxıb. The Washington Post-a istinadən xəbər verir ki, istintaq orqanları əvvəlki illərdə toplanmış materialları yenidən araşdırır və yeni əldə edilən dəlillər əsasında hadisənin iştirakçılarını müəyyənləşdirməy

30 sentyabr