Ordubadda fəhlə fəciəvi şəkildə ölüb
Ordubad rayonunda İaşə obyektinin tikintisi zamanı fəhlə ölüb, faktla bağlı cinayət işi başlanıb.
Naxçıvan Muxtar Respublikası Prokurorluğundan bildirilib ki, Ordubad rayonunun Vənənd kəndində iaşə obyektinin tikintisi zamanı beton tökən qurğunun başlığının İlham Hüseynova dəyməsi və sonuncunun aldığı xəsarətlərdən ölməsi ilə bağlı araşdırma aparılıb.
Araşdırma zamanı tikinti işlərinin aparılmasına səlahiyyət verən sənəd olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və quraşdırma işlərinin aparıldığı, həmin tikintidə işləyən işçilərin fərdi texniki mühafizə vasitələri ilə təmin edilmədiyi, habelə tikinti işlərinin aparılmasının təhlükəsizliyi qaydalarının pozulmasının qarşısının alınması üçün heç bir tədbir görülmədiyi müəyyən edilib.
Fakta görə Naxçıvan Muxtar Respublikası Prokurorluğunda Cinayət Məcəlləsinin 188.2 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozmaqla tikinti işləri aparma), 222.3 (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarının pozulması nəticəsində zərərçəkmiş şəxsin ölümünə səbəb olma) və 314.2-ci (səhlənkarlıq) maddələr ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1142 Tarix: 05 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yüzlərlə vətəndaşı aldadan mebel mağazası sahibi yoxa çıxıb - VİDEO
Türkiyənin Aydın vilayətində fəaliyyət göstərən mebel mağazasının sahibinin yüzlərlə müştərini aldadaraq topladığı pullarla yoxa çıxdığı iddia olunur. Hadisə nəticəsində təxminən 500 nəfərin zərərçəkən olduğu bildirilir. xarici mediaya istinadla xəbər verir ki, sifariş etdikləri mebellərin təhvil veriləcəyin
9 iyulGöygöldə 86 yaşlı tənha qadın evində ölü tapıldı
Göygöl rayonunda tənha yaşayan qadının meyiti tapılıb. -ın məlumatına görə, hadisə iyulun 9-da axşam saatlarında rayonun Şəhriyar kəndində baş verib. Kənd sakini 1940-cı il təvəllüdlü Xanım Qaraisayevanın meyiti evində aşkarlanıb. Meyit qadının qohumları tərəfindən tapılıb və bu barədə hüquq-mühafiz
10 iyulTərk edilmiş evdə qadın meyiti tapıldı - VİDEO
Türkiyənin İstanbul şəhərinin Kartal rayonunda tərk edilmiş bir gecəqonduda kimliyi müəyyən edilməyən qadın meyiti aşkarlanıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə axşam saatlarında Cevizli məhəlləsində baş verib. Məlumata görə, küçədən keçən şəxslər bir mərtəbəli boş evin içində hərəkətsi
7 iyulAzərbaycanda hərbi qulluqçu VƏFAT EDİB - FOTO
Yevlax rayonu, Qoyunbinəsi kənd sakini, 41 yaşlı müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu (MAXE) Rafiq Şöhrət oğlu Cəfərov vəfat edib. xəbər verir ki, hərbçi təlimdə olduğu vaxt qəfil ürəyi dayanıb. Qeyd edək ki, Rafiq Cəfərov Vətən müharibəsində və antiterror əməliyyatlarında fəal iştirak edərə
5 iyulMetroda qadına qarşı əxlaqsız hərəkət iddiası! - VİDEO
İstanbul metrosunda baş verdiyi bildirilən xoşagəlməz hadisə sosial şəbəkələrdə geniş rezonans doğurub. xarici mediaya istinadla xəbər verir ki, Maltepe stansiyası yaxınlığında bir kişi sərnişin vaqonda qarşısında əyləşən qadına yönələrək əxlaqsız hərəkətlər edib. Məlumata əsasən, ağ köynək və qara şalva
10 iyul