İtkin səkkizinci qitə tapıldı - Zelandiya ilk dəfə belə görüntüləndi - FOTO

İtkin səkkizinci qitə tapıldı - Zelandiya ilk dəfə belə görüntüləndi - FOTOAlimlər yeni araşdırmalar nəticəsində dünyanın səkkizinci qitəsi adlandırılan Zelandiya qitəsinin mövcudluğunu tam sübuta yetiriblər.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, Yunan filosofu Aristoteldən tutmuş coğrafiyaşünas Eratosfenə qədər elm adamları tərəfindən bəhs edilən Zelandiya qitəsinin varlığı 375 ildən sonra rəsmən elan olunub.
İtkin səkkizinci qitə tapıldı - Zelandiya ilk dəfə belə görüntüləndi - FOTOYeni Zelandiya Kral Araşdırma İnstitutunun (GNS Science) alimləri apardıqları yeni araşdırmalar nəticəsində ilk dəfə olaraq Zelandiya qitəsinin sərhədlərini aşkar ediblər. Dünyanın itmiş səkkizinci qitəsi adlandırılan Zelandiya, ilk dəfə yunan filosofu Aristotel, astronom Ptolemey və coğrafiyaşünas Eratosfen tərəfindən təsvir edilən xəyali qitə idi.

Daha sonra 1642-ci ildə holland kəşfiyyatçısı Abel Tasman Zelandiyanı tapmaq üçün yola çıxıb, lakin indiki Yeni Zelandiyanı kəşf edib. Zelandiya qitəsinin isə kəşf edilməsi düz 375 il çəkib.

Hazırda Zelandiya qitəsinin 94 faizi su altındadır. Elmi araşdırma "Tectonics" jurnalında dərc olunub. Tədqiqat üçün okeanın dibindən çıxarılan qaya nümunələrindən istifadə edilib. Tədqiqatlar nəticəsində qitənin tam səth sahəsi ilk dəfə hesablanıb və beş milyon kvadratmetr olduğu müəyyən edilib.
İtkin səkkizinci qitə tapıldı - Zelandiya ilk dəfə belə görüntüləndi - FOTOSəkkizinci qitə, yəni Zelandiyanın mənşəyi, təxminən 200 milyon il əvvəl parçalanmağa başlayan qədim superqitə Qondvana ilə bağlıdır. Zelandiyanın Qondvanadan 80 milyon il əvvəl ayrıldığı təxmin edilir. O, qonşuları Antarktida və Avstraliyadan daha tez su altında qalıb. Qitənin suyun üstündəki hissəsi Yeni Zelandiya, Fransanın Kalendoniyası, Lord Hou adası və şərqdə vulkanik Ball Piramidası adasıdır.

Zelandiyanın varlığına dair ilk real ipuçları Şotland təbiətşünası ser Ceyms Hektor tərəfindən toplanıb. Zelandiyanın bütün qitələr kimi sürükləndiyi, lakin çox gərildiyi üçün batdığı düşünülür.

Alimlər qabığının qalınlığı və qayalarının növünə görə Zelandiyanın qitə olduğu qənatinə gəliblər. Yeni Zelandiyanın daha böyük qitənin bir hissəsi olduğu sübut olunarsa, onun sərhədləri altı dəfə genişlənə bilər.
İtkin səkkizinci qitə tapıldı - Zelandiya ilk dəfə belə görüntüləndi - FOTOFotoda Zelandiyanın ən hündür zirvəsi olan Kuk dağı göstərilir.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1942   Tarix: 05 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yaponiya adasında 8 nəfər dayvinq zamanı itkin düşüb

Tokionun Xatidzyo adası sahillərində dayvinqlə məşğul olan 8 nəfər itkin düşüb. "Report" xəbər verir ki, bu barədə Yaponiya mediası Sahil mühafizəsinə istinadən məlumat yayıb. "Dayvinqlə məşğul olan 8 nəfər səhər saat 11 radələrində suya dalmağa başlayıb, onların saat 18:00 radələrind

3 oktyabr
.

ABŞ Səudiyyə Ərəbistanı və Qətərə əlavə Patriot batareyaları göndərir

ABŞ Səudiyyə Ərəbistanı və Qətərdəki neft və qaz obyektlərini qorumaq üçün əlavə iki "Patriot" raket batareyası göndərib. xəbər verir ki, bu barədə "Axios" məlumatlı mənbələrə istinadən xəbər verib. Onların sözlərinə görə, ötən ay ABŞ ordusu əsas neft obyektini qorumaq üçün Səudiyy

2 oktyabr
.

Rumıniyaya pilotsuz uçuş aparatı düşüb

Rumıniyanın Ukrayna ilə sərhəddə yerləşən ərazisinə naməlum pilotsuz uçuş aparatı (PUA) düşüb. Bu barədə Rumıniyanın "Adevarul" nəşri məlumat yayıb. Nəşrin yazdığına görə, oktyabrın 2-nə keçən gecə Rumıniya Milli Müdafiə Nazirliyinin radar müşahidə sistemi ölkənin Tulça rayonunun şimal hissəsində

2 oktyabr
.

Hörmüz boğazında neft tankerinə hücum edilib

Avropa mediasının Böyük Britaniya Dəniz Ticarət Ofisinə (UKMTO) istinadən verdiyi məlumata görə, neft tankeri Hörmüz boğazından keçərkən hücuma məruz qalıb. xəbər verir ki, məlumata görə, gəmidə yanğın baş verib. Başqa heç bir təfərrüat bildirilməyib. Neft dağılmasının baş verib-verməməsi barədə hələli

2 oktyabr
.

Gələn həftə Drakonid meteor yağışı olacaq

Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək. Qaynarinfo xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, Drakonidlərin mənbəyi (radiantı) Əjdaha (Draco) bürcündə yerləşdiyi üçün meteor yağışı bu adla tanınır. Meteo

1 oktyabr
.

"Kurtlar Vadisi"nin ssenaristi, keçmiş polis rəisinin ifadəsi ortaya çıxdı

Türkiyənin Silivri Respublika Baş Prokurorluğu tərəfindən Kaşif Kozinoğlunun şübhəli ölümü ilə bağlı başladılan istintaq çərçivəsində yeni faktlar ortaya çıxıb. bu barədə "Haber Global" istinadə xəbər verir. Belə ki, istintaq çərçivəsində keçmiş polis rəisi və ssenarist, istintaq çərçivəsind

3 oktyabr
.

Makron Trampla dünya enerji bazarındakı vəziyyəti müzakirə edib

Fransa Prezidenti Emmanuel Makron və ABŞ Prezidenti Donald Tramp gecə telefon danışığı zamanı dünya enerji bazarındakı vəziyyəti müzakirə ediblər. "Report" Fransa mediasına istinadən xəbər verir ki, bu barədə Yelisey sarayının mətbuat xidmətinin bəyanatında bildirilib. Fransa administrasiyasını

2 oktyabr
.

Moldovanın hava məkanı PUA-larla pozulub

Moldovanın milli hava məkanının monitorinq sistemi 5 dronun uçuşunu qeydə alıb. "Report" xəbər verir ki, bu barədə "Newsmaker" ölkənin Müdafiə Nazirliyinin məlumatına istinadən yazıb. Dronlar Aneniy-Noy, Ştefan-Vode, Hinçesti, Tudora və Kauşanı yaşayış məntəqələrinin yaxınlığınd

3 oktyabr
.

Tramp ABŞ-ın strateji neft ehtiyatlarının tezliklə bərpa olunacağını açıqladı

ABŞ prezidenti Donald Tramp ABŞ-ın tezliklə strateji neft ehtiyatlarını artırmağa başlayacağını açıqlayıb. xəbər verir ki, Tramp Alabama ştatının Mobil şəhərində keçirilən seçki kampaniyası zamanı deyib: "Biz strateji ehtiyatlarımızı çox tezliklə pulsuz şəkildə artıracağıq". Eyni zamanda, AB

3 oktyabr