Türkiyə lideri: "Yaxın Şərqdən Qarabağadək axan qanın durması üçün əlimizdən gələni edəcəyik"
"Yaxın Şərqdən Qarabağadək axan qanın durması üçün əlimizdən gələni edəcəyik"
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Ədalət və İnkişaf Partiyasının IV növbədənkənar qurultayına qatılmaq üçün getdiyi Ankara idman sarayının qarşısında vətəndaşlara müraciətində deyib.
Onun sözlərinə görə, rəsmi Ankara terroru mənbəyində qurutmaq strategiyasını davam etdirəcək:
"Biz terrorla mübarizəmizi qərarlı şəkildə həyata keçirəcəyik. Qonşularımızla və bölgədəki bütün ölkələrlə problemləri dialoq yolu ilə həll edəcəyik. Yaxın və Orta Şərqdən Qarabağadək axan qanın durması, regionda sabitliyin bərpası üçün əlimizdən gələni etmişik, bundan sonra da edəcəyik".
Ərdoğan hazırda İsraillə Fələstin arasında yaşanan gərginliyə də münasibət bildirib:
"Biz bütün tərəfləri təmkinlə hərəkət etməyə və gərginliyi daha da artıracaq düşünülməmiş addımlardan çəkinməyə çağırırıq".
Türkiyə lideri, həmçinin bildirib ki, 2024-cü il martın 31-də keçiriləcək bələdiyyə seçkilərində də prezident seçkisində olduğu kimi, əllərindən gələni edəcəklər:
"Xalqımızın bizə göstərdiyi etimadı doğruldacağıq. Son dönəmlərdə ölkəmizin üzərində oynanan oyunların uğursuzluğa düçar olması üçün prezident seçkisində əllərindən gələni edən hər bir Türkiyə vətəndaşına, partiyamızın üzvlərinə, Cümhur İttifaqında fəaliyyət göstərən hər bir qardaşımıza könüldən təşəkkür edirəm. Zəlzələ səbəbindən yerlə bir olmuş şəhərlərimizi yenidən quracaq, təbii fəlakətlər səbəbindən yararsız vəziyyətə düşmüş binaları da bərpa edəcəyik".
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1331 Tarix: 07 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İrlandiyada 18 minə yaxın ev və müəssisə işıqsız qalıb
İrlandiyada güclü külək və yağış səbəbindən 18 minə yaxın ev və müəssisə elektrik enerjisiz qalıb. "Report" xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. "ESB Networks" şirkəti bildirib ki, əlverişsiz hava şəraiti ölkənin əsasən cənub və cənub-qərb bölgələrində genişmiqyasl
30 sentyabrFransa şəkərli qidalara vergi tətbiq edəcək
Fransada 2027-ci il büdcəsində şəkərli qidalara yeni vergi tətbiq edilməsi nəzərdən keçirilir. xəbər verir ki, bu barədə Kiçik və Orta Müəssisələr, Ticarət, Sənətkarlıq, Turizm və Alıcılıq Gücü naziri Serj Papin 2027-ci il büdcəsi ilə bağlı məsələlərə toxunub. Nazir, Fransada 2027-ci il büdcəsi ilə bağl
30 sentyabrYəmən ordusu husilərin mövqelərinə zərbələr endirib
Yəmənin hökumət qüvvələri Sənada husilərin mövqelərinə, həmçinin ölkənin şimal-qərbindəki Səədə əyalətinə və cənub-qərbindəki Taiz əyalətinə zərbə endirib. xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı Yəmən ordusunun nümayəndəsi Məcid ən-Nüzeylinin bəyanatına istinadən məlumat yayıb. Onu
2 oktyabrPolşa və Rumıniya Ukraynaya hücum fonunda aviasiyanı havaya qaldırıb
Polşa ilə Rumıniya gecə və səhəri Rusiyanın Ukraynaya hava hücumları zamanı hava məkanının monitorinqini gücləndirib. APA xəbər verir ki, Polşa Silahlı Qüvvələrinin Operativ Komandanlığı sentyabrın 30-da səhər saatlarında Ukrayna bölgələrinə Rusiyanın hücumu ilə əlaqədar ölkənin aviasiyasının havay
30 sentyabrKaliforniya sahillərində vertolyot qəzaya uğrayıb
ABŞ-ın Kaliforniya ştatındakı Santa Katalina adası yaxınlığında tibbi vertolyot qəzaya uğrayıb, nəticədə dörd nəfər xəstəxanaya yerləşdirilib. xəbər verir ki, bu barədə NBC4 telekanalı rəsmi mənbələrə istinadən məlumat yayıb. Nəşr bildirib ki, "Vertolyotdan və sudan ən azı dörd nəfər çıxarılara
1 oktyabrNiderlandda daha dörd nəfər Qərbi Nil virusundan ölüb
Niderlandda son həftələr ərzində dörd nəfər Qərbi Nil virusunun törətdiyi infeksiyadan ölüb, bunun nəticəsində ölkədə bu il xəstəlikdən ölənlərin ümumi sayı doqquza çatıb. "Report" xəbər verir ki, bu barədə Niderlandın İctimai Sağlamlıq və Ətraf Mühit üzrə Milli İnstitutu (RIVM) məlumat verib
1 oktyabrRusiya səfiri Moldova XİN-ə çağırıldı
Moldovanın Xarici İşlər Nazirliyi hava məkanının Rusiya PUA-ları tərəfindən pozulmasından sonra Moskvanın Kişinyovdakı xüsusi tapşırıqlar üzrə səfirini nazirliyə çağıraraq ona etiraz notası təqdim edib. xəbər verir ki, bu barədə Moldova Xarici İşlər Nazirliyi məlumat yayıb. "Xarici İşlər Nazirliy
1 oktyabrRusiya Kiyevdə mühüm körpüyə zərbə endirdi
Rusiya-Ukrayna müharibəsində gərginlik davam edir. Reuters-ə istinadən xəbər verir ki, Rusiya qüvvələri Ukraynanın paytaxtı Kiyevə yeni hava zərbələri endirib. Hücum zamanı şəhərin cənubundakı mühüm körpü də hədəfə alınıb. Kiyev meri Vitali Kliçko bildirib ki, Rusiya hava zərbələri nəticəsində Cənu
2 oktyabr