Yens Stoltenberq: "İsrail tək qalmayacaq"
"Brüsseldə keçirilən toplantıda NATO-nun müdafiə nazirləri İsrailin müdafiə naziri Yoav Qalantın videobağlantı vasitəsilə brifinqini dinləyib və İsrailin tək qalmayacağını elan ediblər".
Bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib.
"İsrail tək qalmayacaq, bir neçə NATO ölkəsi artıq onu dəstəkləyir", - deyə Stoltenberq bildirib.
Alyansın Mətbuat Xidmətindən verilən açıqlamaya görə, Qalant NATO-nu HƏMAS yaraqlılarının İsraildə və bir sıra NATO ölkələrinin mülki şəxslərinə qarşı törətdikləri vəhşiliklər barədə məlumatlandırıb.
Nazirlər NATO-nun mövqeyini bir daha təsdiqləyiblər ki, İsrail özünü müdafiə etmək hüququna malikdir, HƏMAS yaraqlıları isə girovların hamısını dərhal azad etməlidirlər. Bundan əlavə, onlar vurğulayıblar ki, heç bir ölkə və ya təşkilat vəziyyətdən sui-istifadə etməyə çalışmamalı və münaqişənin eskalasiyasına səbəb olmamalıdır./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 545 Tarix: 12 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Təqib etdiyi kişini öldürüb ətrafdakıları da yaraladı - ANBAAN VİDEO
İstanbulun Esenyurt rayonunda daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olan kişi küçədə silahlı hücuma məruz qalıb. " "a istinadən xəbər verir ki, hadisə ərazidə olan təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb. Videoda öldürülən şəxsdən başqa hadisənin yaxınlığında olan qadının da güll
16 sentyabr 2021Dünyanın ən nüfuzlu insanları açıqlandı
ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilər arasında reytinqə ABŞ-ı
16 sentyabr 2021Bill Qeyts: "Dünya yeni pandemiyaya hazır deyil"
"Microsoft" şirkətinin təsisçisi Bill Qeyts dünyanın yeni pandemiyaya hazır olmadığını bəyan edib. Multimilyarderin fikrincə, bu hal həyəcan doğurur. Qeytsin qənaətinə görə, hazırlığın başlıca meyarı 100 gün ərzində bütün dünyanı vaksinlə təmin edəcək istehsal müəssisələrinin yaradılmasıdır
15 sentyabr 2021Mənzili alovlara bürünən şəxs yanğınsöndürənləri karnizdə gözlədi – VİDEO
Mənzilində çıxan yanğından xilas olmağa çalışan kişi yanğınsöndürənləri binanın divarında quraşdırılmış karnizdə gözləyib. Yanğın Rusiyanın Anapa şəhərində baş verib. Bununla bağlı kadrlar sosial şəbəkələrdə paylaşıb. Son məlumatlara görə yanğın söndürülüb, zərərçəkən yoxdur
17 sentyabr 2021Bu ölkədə əhalinin 70 faizi vaksinin hər iki dozasını qəbul edib
Çində 1 milyarddan çox insana iki doza "COVID-19" peyvəndi artıq vurulub. "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Çin Milli Sağlamlıq Komissiyasının sözçüsü Mi Feng mətbuat konfransında bildirib. Belə ki, 1,4 milyard əhalisi olan Çində əhalinin 70 faizindən çoxu tam vaksinasiy
16 sentyabr 2021Yəməndə fövqəladə vəziyyət elan edildi
Yəmənin cənubunda husilərin mümkün hücumu və ağır iqtisadi vəziyyətə qarşı kütləvi etirazlar fonunda fövqəladə vəziyyət elan edilib. -a istinadən xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Ölkənin cənub administrasiyasının rəhbəri Aydarus əl-Zübeydi bildirib ki, bütün əyalətlərdə silahl
16 sentyabr 2021