Əkiz bacısının bətnindən hamilə qalan 4 ayaqlı qadın

Əkiz bacısının bətnindən hamilə qalan 4 ayaqlı qadınDoğuşu, evliliyi və ölümü ilə bu dünyada hər kəsin diqqətini çəkən bir qadın yaşayıb. Bəzilərinin qorxduğu, bəzilərinin isə heyran olduğu Cozefina Mirtl Korbin...

Bu yazıda 4 ayaqlı doğulan qadının şou-biznesdən tibb ədəbiyyatlarına uzanan yolunu təqdim edirik.

12 may 1868-ci ildə Tennessi ştatında anadan olan amerikalı Cozefina Mirtl Korbin fiziki görünüşü ilə hər kəsi təəccübləndirib. Çünki onun dörd ayağı var idi.

Cozefina (Josephine) "dipygus" adlı bir növ doğuş anomaliyası ilə doğulur.

Cozefina Mirtl Korbin heç bir fəsadsız doğulur. Qəribəsi odur ki, doğumdan sonra durumun fərqinə varılır. həkimlər bu vəziyyətin tibb aləmində "dipigus" kimi tanınan doğuş anomaliyasından qaynaqlandığını deyirlər. Bu səbəbdən Cozefina dörd ayaqlı və iki uşaqlıq yolu ilə doğulur. Bu vəziyyət o qədər nadirdir ki, indiyədək dünyada yalnız 14 nəfər bu anomaliya ilə doğulub.

Bu, əlbəttə ki, ağıllara "Cozefinanın valideynləri qohumdurmu?" sualını gətirir.

Cozefina doğulanda onu görən hər kəs şoka düşüb, çünki heç kim bu balaca körpənin dörd ayağı olacağını gözləmirdi. Bundan sonra həkimlər Cozefinanın valideynlərinin çox oxşar olduğunu görür və qohumluq testi etmək qərarına gəlir. Testin nəticələri qızın valideynlərinin qohum olmadığını göstərir. Bundan əlavə, cütlüyün Cozefinadan başqa daha yeddi övladı olub və onların hamısı sağlam doğulub.

Cozefina balaca ikən olduqca çətin dövrlərdən keçib. Ətrafdakılar anlaşılmaz şəkildə "Bu qızın içində şeytan var!" deyərək, onu depressiyaya salırdı. Nə qədər kədərli də olsa, məhz bu səbəbdən o, hələ doqquz-on yaşında ikən evdən qaçmağa başlayıb.

O, şou-biznesə sirklərdə çalışaraq daxil olur.

Cozefina az inkişaf etmiş iki ayağını tərpətməkdə çətinlik çəkirdi. Səyləri nəticəsində bu ayaqları da hərəkət etdirməyi bacarır. Lakin nə qədər çalışsa da, yerimək üçün istifadə edə bilmir. Sonradan pul qazanmaq məcburiyyətində olan Cozefina 13 yaşında şou-biznesə daxil olub. O, "Texasdan Dörd Ayaqlı Qız" ləqəbi ilə məşhurlaşır, rəqs edir və oxuyur.

Bəs o, qazandığı pulu nə edir?

Onun şou-biznesdən qazandığı pullara özünə tikdirdiyi paltarlar olub. Beləliklə, o, dörd ayağının hamısını sırf ayaqları üçün alış-veriş edib. Bu, Korbinin səhnədə inanılmaz görünməsinə səbəb oldu. Cozefinanın şouları o qədər məşhurlaşıb ki, saxta "dördayaqlı qadınlar" səhnə aləminə girərək onun şöhrətindən faydalanmağa çalışıblar.

Onu görməyə gələn həkim Ceyms Klinton Biknel gənc qızı müayinə etmək üçün ofisinə çağırır. Bu şəkildə başlayan tanışlıq bir müddət sonra sevgiyə çevrilir və Cozefina 19 yaşında həkimlə ailə qurur. Bicknellin araşdırması, Korbinin iki ayağının ana bətnində olarkən inkişafını tamamlaya bilməyən əkiz bacısına aid olduğunu ortaya qoyur.

Araşdırmalar sayəsində Cozefinin ikinci uşaqlığı olduğu da ortaya çıxıb.

Cozefinanı müayinə edən Dr.Lewis Whaley gənc qadının xarici cinsi orqanlarının kopyalandığını, hamilə olduğunu və körpənin sol tərəfdə olduğunu müəyyən edir. Cozefina isə hamilə olduğuna inanmır. Sonradan məlum olur ki, qadının hər iki uşaqlıq yolu normal fəaliyyət göstərir. Bu, onu yenidən məşhur edir. Araşdırmanın nəticələri tibb jurnalında dərc olunur. Cozefinann dörd qızı və bir oğlu doğulur. Övladlarından üçü öz bətnindən, iki uşağı isə bacısının bətnindən doğulur.

Cozefina tibbi məqalələrə də ilham verir

George M. Gould və Walter L. Pyle tərəfindən yazılmış "Anomaliyalar və Tibb Maraqları" kitabında Cozefina Myrtle Corbinin hər iki uşaqlıq yolundan menstruasiya gördüyü və hər ikisinin funksional olduğu ifadə edilir. Cozefina haqqında təkcə tibb sahəsində deyil, həm də müxtəlif sahələrdə məqalələr yazılır. Yazılan məqalələrdə bu qeyri-adi qadının fiziki cəhətdən çox cazibədar olduğu vurğulanır. Onun çox ağıllı, zərif, musiqi zövqü ilə yanaşı, bütün ev işlərini görməyə enerjisi olan qadın olduğu bildirilir.

Vəfat edərkən tabutu betonla örtülmüşdü.

Cozefina Mirtl Korbin 6 may 1928-ci ildə 59 yaşında Texas ştatının Kleburn şəhərində vəfat edib. Ailə üzvləri məzar quldurlarının cəsədi oğurlamasının qarşısını almaq üçün tabutunu betonla örtürlər. Bəzi həkimlər və şəxsi kolleksiyaçılar da onun cəsədi üçün ailəyə pul təklif edirlər. Təbii ki, ailə bu təklifləri qəbul etmir.

Sfera.az
Əkiz bacısının bətnindən hamilə qalan 4 ayaqlı qadınƏkiz bacısının bətnindən hamilə qalan 4 ayaqlı qadınƏkiz bacısının bətnindən hamilə qalan 4 ayaqlı qadınƏkiz bacısının bətnindən hamilə qalan 4 ayaqlı qadın


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1583   Tarix: 14 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Hündürdaban ayaqqabıları əvvəl kişilər geyinib - Maraqlı tarixçə

Bu gün qadın dəbinin simvollarından sayılan hündürdaban ayaqqabılar vaxtilə kişi qarderobunun bir hissəsi olub. Onlar əvvəlcə at sürməyi asanlaşdırıb, daha sonra isə var-dövlət və nüfuz göstəricisinə çevrilib. xəbər verir ki, ilk dabanlı ayaqqabıların Qərbi Asiyada yarandığı ehtimal olunur. Dabanın prakti

11 oktyabr
.

Uşaqları kitab oxumağa necə cəlb etmək olar? - Psixoloqdan mühüm tövsiyələr

"Kitablara maraq yalnız oxumaq bacarığının mənimsənilməsi ilə yaranmır. Əsas məsələ uşağın kitabları yeni məlumatlar əldə etmək və düşünmək üçün vasitə kimi qəbul etməsidir". xəbər verir ki, bunu Rusiya mətbuatına açıqlamasında psixoloq Darya Misiyukova bildirib. Mütəxəssisin sözlərinə görə

11 oktyabr
.

Wi-Fi zəifləyib? - Səbəb qonşuların routerləri ola bilər

Evdə internetin zəif işləməsi həmişə provayderdən və ya routerin köhnəlməsindən qaynaqlanmır. Çoxmənzilli binalarda qonşuların Wi-Fi şəbəkələrinin eyni kanaldan istifadə etməsi də bağlantını yavaşlada bilər. xarici mediaya istinadla xəbər verir ki, belə hallarda yeni avadanlıq almadan əvvəl şəbəkəni

11 oktyabr
.

Əti yenidən dondurmaq olar?

Əti təkrar dondurmaq mümkündür, lakin yalnız müəyyən şərtlərə əməl edildikdə. Əgər əridilmə və saxlanma qaydaları pozularsa, məhsul təhlükəli ola bilər. Ətin yenidən dondurulmasının təhlükəsiz olub-olmaması əsasən onun necə əridilməsindən asılıdır. Bundan başqa, təkrar dondurma ətin dadını və teksturasın

11 oktyabr
.

Adları unuduruq, açarları itiririk... - Həkimlər səbəbi açıqladı

Adi yaddaş pozuntuları, məsələn, açarların itirilməsi və ya adların unudulması çox vaxt həddindən artıq ciddi qəbul edilir və demensiyanın ilkin əlamətləri kimi qiymətləndirilir. Lakin neyroelm sahəsinin mütəxəssisləri bildirirlər ki, koqnitiv funksiyalarda yaranan bəzi dəyişikliklərə vaxtında diqqə

16 oktyabr
.

Azərbaycanda ən gənc müəllimin neçə yaşı var?

2026-cı il üzrə dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərdən ən gəncinin 19, ən yaşlı müəllimin isə 81 yaşı var. AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib

4 oktyabr
.

Alimlər tarixdə ilk dəfə yaşıl rəngli ulduz aşkar ediblər

Alimlər ilk dəfə yaşıl rəngdə işıq saçan ulduz aşkar etdiklərini açıqlayıblar. Tədqiqatçılar, həmçinin indiyədək qeydə alınmış "ən qırmızı rəngli" ulduzu da müəyyən ediblər. bu barədə "Live Science" nəşrinə istinadən xəbər verir. Uorvik Universitetindən Mark Hollandın rəhbərlik etdiy

17 oktyabr
.

Qayğanağı yumşaq edən sadə sirr

Daha yüngül və havalı tekstura əldə etmək üçün süd əvəzinə adi sudan istifadə etmək olar. Amma yaxşı qayğanağın sirri bununla bitmir. xəbər verir ki, ideal qayğanaq ocaqdan götürüldükdən sonra da yumşaq və havalı qalmalıdır. Yeməyin quru və sıx olmaması üçün yalnız inqrediyentlərin nisbətinə deyil, yumurt

4 oktyabr
.

Balığın sümüyü boğazınızda qalarsa... bu səhvi etməyin

Çörək, düyü və maqqaş boğazda qalan balıq sümüyünü çıxarmaq üçün insanların tez-tez əl atdığı üsullardandır. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, bu üsullardan bəziləri vəziyyəti daha da ağırlaşdıra və müalicəni çətinləşdirə bilər. xarici mediaya istinadən xəbər verir ki, balıq yeyərkən xırd

4 oktyabr