Bölgənin yeni xəritəsi: İsrail udacaq, İran 5 yerə bölünəcək, Fələstin... – Şok ssenari

Bölgənin yeni xəritəsi: İsrail udacaq, İran 5 yerə bölünəcək, Fələstin... – Şok ssenariPolitoloq Cümşüd Nuriyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Gərginlik uzun illər vardı, ara-sıra toqquşmalar olurdu, bəs niyə İsrail-HƏMAS münaqişəsi indi partladı? Həm də bu miqyasda...

- HƏMAS çox böyük səhvə yol verdi. Uzun müddətdir HƏMAS-ı hüquqi cəhətdən susdura bilmirdilər. İllərdir özlərini dünyaya "İsrail tərəfindən təqibə məruz qalan", "dövlətləri əlindən alınan" sırımağa çalışırdılar. Özlərini "erməni statusu"nda görürdülər. Ermənilər bizə qarşı necə çıxış edirdilərsə, HƏMAS da eynisini İsrailə qarşı edirdi. İsrail də gözləyirdi.

Mümkün deyil ki, İsrail kimi müasir, inkişaf etmiş texnologiyası olan bir dövlət uzunluğu 40-45, eni 25 kilometr olan bir əraziyə tankların, topların gətirilməsindən xəbərsiz olsun. İsrail hər şeyi görürdü. Necə ki, Prezident İlham Əliyev baxırdı, gözləyirdi, Paşinyan da ağlına gələnləri edirdi. Sonda nə baş verdi? Bizim polislərimizi şəhid etdilər və antiterror tədbirlərinə qərar verildi. İsraildə də eynisi oldu.

Biz məsələni ildırım sürəti ilə bitirdik. Bu taktika İsrailə sərf eləmir. Düşünürəm ki, İsrail müharibəni uzadacaq. Qəzzada gələcəkdə İsrail əleyhinə işlər görə biləcək adamların hamısını təmziləyəcəklər. Buna şübhə yoxdur. Yəni tələyə HƏMAS-ın özü düşdü.

- Toqquşmanın daha geniş regional savaşa çevrilməsi ehtimalı nə qədərdir? Artıq HƏMAS-a dəstəyini bəyan edən İrandan da yeni cəbhə mesajları gəlməyə başlayıb.

- Bu ehtimal var. İrana gəlincə, ağlı olsa, bu işə qarışmaz. Amerikanın İranı parçalayıb beş dövlətə bölmək planı var. 2025-ci ildə bu plan başa çatmalıdır. Mənə elə gəlir ki, bu, dərin dövlətin hazırladığı layihədir, mərhələli həyata keçirəcəklər. İndi də bunu reallaşdırmağa çalışırlar.

Savaş İrana sıçraya bilər. Çünki Amerika gəmiləri Aralıq dənizinə elə-belə gəlməyiblər. İstənilən vaxt İranı vura bilərlər. İranın vurulması Üçüncü Dünya Müharibəsinə təkan verə bilər. İnanmıram ki, belə bir durumda kimsə İranı dəstəkləyəcək. Çünki İran özündə belə bir üz qoymayıb, müsəlman dünyasından dəstək görməyəcək. Başqaları isə heç etməyəcək.

- ABŞ rəsmilər tez-tez İranın HƏMAS-ın hücumunda roluna dair sübutların olmadığını deyirlər. Son belə bir açıqlamanı dövlət katibi Entoni Blinken verib. Sizcə, bu açıqlamaların anlamı nədir?

- Əslində, belə faktlar var. Amerikanın özü bu faktları açıqlamaq istəmir. Elə məsələlər var ki, o anı gözləyirlər. Məsələn, Ermənistan bir aydır iddia edir ki, Qarabağdan "100 mindən çox erməni" çıxıb. Amma Azərbaycan Dövlət Sərhəd Xidməti hələlik heç bir açıqlama vermir. Gözləyirlər, bunun öz vaxtı var. Qarabağda təxminən 40 minə yaxın erməni yaşayırdı. Azərbaycanın aidiyyəti qurumlarının hamısında pasport göstəriciləri var. Hələlik biz bunun zamanını gözləyirik. İndi bunu HƏMAS-la bağlı İsrail gözləyir. Ola bilməz ki, ən münasir texnologiyası olan bir ölkə bunu sakitcə bir kənara qoysun.

İsrailin təkidindən sonra İranın özü boynuna aldı ki, hücumda iştirak edib. Ölkənin dini liderinin (Əli Xameneyi) özü dedi ki, mən onların əllərindən öpürəm. Hazırda bununla bağlı İsrail üçün hüquqi müstəvi yaradılır. Bunun başqa izahını görmürəm.

- ABŞ Prezidenti Co Bayden deyir ki, Türkiyənin Suriyadakı əməliyyatları Amerikanın xarici siyasət və milli təhlükəsizliyinə təhlükə yaradır. Yaxın Şərqdə gərginliyin artdığı vaxtda ABŞ-ın Türkiyəni ittiham qarşısında qoymaq cəhdləri nə ilə əlaqəlidir?

- Baydenin ittihamlarına fikir vermək lazım deyil, adamın psixoloji problemləri var. Adam xəyalatla söhbət edir, salamlaşır. Belə birinin bəyanatına nə qədər ciddi yanaşmaq olar? İkincisi, ABŞ-ın Suriyada iqtisadi maraqları var, bunu "milli maraq" adıyla sırımağa çalışırlar. ABŞ bu termini 1904-cü ildə Panamanı işğal edib kanalı ələ keçirəndə ortaya atmışdı. ABŞ-ın Yaxın Şərqdə də heç bir milli təhlükəsizlik maraqları yoxdur, iqtisadi maraqları var. "İqtisadi təhlükəsizlik" desəydi, doğru olardı. ABŞ Suriyanı talayıb aparır. Buna görə də, ABŞ-ın Türkiyəyə qarşı irəli sürdüyü iddialar əsassızdır. Türkiyə elə-belə dövlət deyil.

Baydendir də, deyir, yaşlı, xəstə adamdır. Fikir verməyin, nə istəyir, desin.

- Yaxın Şərqdəki gərginlikdən kim necə çıxacaq?

- İsrail tam qələbə qazanacaq. Fələstinin bir dövlət kimi mövcudluğu gündəmdən çıxacaq. Ramallahda bir balaca yer qalacaq. Qəzzada yaşayan fələstinlilərin əksəriyyəti İsrail vətəndaşlığını qəbul edəcək. Hamısı İsraildə ən yüksək səviyyədə yaşayacaq. Yəni Qəzza gündəmdən çıxacaq.

İran bölgəni tərk edəcək. İsrail Livan və Suriyanı da vurmağa başlayıb. Bu, Amerikanın da maraqlarına uyğundur. Bölgədə uduzanlardan biri də elə Suriya və Livan olacaq. Dediyim kimi, İran da çıxacaq. Artıq İranın sonu başlayır.
Bölgənin yeni xəritəsi: İsrail udacaq, İran 5 yerə bölünəcək, Fələstin... – Şok ssenari


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 3921   Tarix: 14 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Ata tərəfim Azərbaycandandır" - Acun Ilıcalı

"TV 8"in rəhbəri, aparıcı Acun Ilıcalı "Müge ve Gülşen’le 2.Sayfa" proqramının qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, aparıcılar Acuna gənc qalmasının sirrini soruşublar. O, isə söhbət zamanı ata tərəfinin Azərbaycan köklü olduğunu deyib. Acun bildirib ki, gənc qalmasını

16 sentyabr 2021
.

Məzarlıqda gördüyü mənzərə dəhşət saçdı - VİDEO

ABŞ-ın Kaliforniya ştatında yaşayan Joel Morrison "Saint Joseph Katolik"qəbiristanlığı ziyarət edərkən təəccüblü bir hadisə ilə üzləşib. xəbər verir ki, qadın məzarların arasında gəzərkən, qəbirlərdən biri onun diqqətini çəkib. Joel məzara yaxınlaşdıqda daşların arasında bir qadına məxsus saçı

17 sentyabr 2021
.

Lukaşenko Düşənbəyə iti ilə səfər etdi

Belarusun lideri Aleksandr Lukaşenko sentyabrın 15-də Düşənbəyə işgüzar səfərə gedib. -a istinadla xəbər verir ki, Lukaşenko burada Tacikistan prezidenti Emomali Rahman, İrandan olan həmkarı İbrahim Rəisi ilə görüşüb. Məlumata görə, Lukaşenkonun Tacikistana səfərinin formal hissəsindən sonra Belaru

17 sentyabr 2021
.

Bu ölkədə iki yaşdan yuxarı uşaqların vaksinasiyasına başlanıldı

Kubada 2-10 yaş arasında olan uşaqların vaksinasiyasına başlanılıb. Hazırda Kubada yerli istehsal olan "Abdala" və "Soberana" adlı iki peyvənd var. Hər iki peyvəndin üç dəfə vurulması tələb olunur. Ötən həftə isə hökumət 11-18 yaş arası kubalıların peyvəndləmə prosesinə başlayıb

17 sentyabr 2021
.

Ərdoğan gənclərlə birgə mahnı oxudu - VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Atatürk Mədəniyyət Mərkəzində hakim Ədalət və İnkişaf Partiyasının bölgə toplantısına qatılıb. Toplantının ardından Akkuyu Atom Elektrik Stansiyasında aparılan işlərlə tanış olan dövlət başçısı Cümhuriyyət meydanında açılış mərasimində iştirak edib. Daha sonr

18 sentyabr 2021
.

Daha bir ölkə sərhədlərini açdı

Çili ölkə səlahiyyətliləri tərəfindən təsdiq edilmiş koronavirus peyvəndi sertifikatı olan əcnəbilərin ölkəyə girişinə qoyulan qadağanı ləğv edib. -ın -a istinadən xəbər verir ki, bu barədə respublikanın Səhiyyə Nazirliyi məlumat yayıb. "Hökumət oktyabrın 1-dən peyvənd edilmiş əcnəbilərin ölkəy

17 sentyabr 2021
.

"Məni ləyaqətsiz şəkildə öldürəcəklər" - "Taliban"ın axtardığı qadın - Video

"Taliban" hərəkatı Əfqanıstanda nəzarəti ələ keçirməzdən əvvəl fəallığı ilə məşhur olan, qadın hüquqları müdafiəsi üzrə fəal Taranom Seyidi gələcəyi ilə bağlı çox narahatdır. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hazırda "Taliban" rejimindən gizlənən Taranom Seyidi "CNN"

16 sentyabr 2021
.

Oğrular bu dəfə onları çəkən təhlükəsizlik kamerasını oğurladılar - VİDEO

Türkiyənin Bursa şəhərində dəfələrlə oğurluq olan anbara daxil olan şəxslərin kimliyini müəyyənləşdirmək üçün sahibi orada təhlükəsizlik kameraları quraşdırıb. Növbəti dəfə oğurluq etmək məqsədilə oraya daxil olan şəxslər əvvəl nəzərdə tutduqları malları, daha sonra isə onları qeydə alan təhlükəsizli

18 sentyabr 2021
.

Toyda o qədər pul yığıldı ki, 4 nəfər güclə daşıdı - VİDEO

Siirtdə keçirilən qəbilə toyunda bəyin pulu daşıması görüntüləri böyük maraq doğurub. " "a istinadən xəbər verir ki, çoxlu sayda qonağın iştirak edən toy şəhərin tanınmış simalarından birinin oğlu üçün baş tutub. Bəy pulu daşımaq üçün yanında olan daha 3 nəfərdən kömək istəyib. Bəy və yoldaşlarını

17 sentyabr 2021