Kasıb gəlin toydan sonra qayınatasının pulunu oğurlayaraq evdən qaçıb
Hindistanın Haryana ştatında gəlin toydan sonra pul və zinət əşyalarını götürərək evdən qaçıb.
Gəlini bəyin atası, Bilaspur kənd sakini Aşok Kumar tapıb. O, kiçik oğlunu evləndirmək istəyib və dostunun məsləhəti ilə "aradüzəldənə" müraciət edib. Onun təklif etdiyi Priti adlı qız kasıb ailədən olub. Lakin Kumar bunu problem etməyib. O, cehiz istəməyəcəyini vəd edib və qızın qohumlarına maddi yardım edib.
"Rəsmi toy mərasimindən sonra mən yeni gəlinimlə evə qayıtdım. Toy da gecəyə kimi davam etdi, səhər isə oğlum işə getdi. Bundan sonra Priti yoxa çıxdı", - deyə bəyin atası Aşok Kumar bildirib.
Qız qaçandan sonra Kumar evdə saxlanan qiymətli əşyaları yoxlayıb və orada 150 min rupi (təxminən 3 min manat – red.) çatmadığını görüb. Bundan əlavə, bəzi zinət əşyaları da yoxa çıxıb.
O, baş verənlər barədə "aradüzəldənə" danışanda o, Priti ilə əlaqə saxlamağa çalışacağına söz verib. Bundan sonra onun tanışı Kumarı hədələməyə başlayıb.
Sonda həmin Kumar polisə müraciət edib. İndi hüquq-mühafizə orqanları qaçan qızı axtarır. Bundan başqa, "aradüzəldən" qadın və onun tanışı da qanunu pozmaqda şübhəli bilinirlər./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1263 Tarix: 18 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ABŞ Milli Kəşfiyyatında yeni ixtisarlar olacaq
ABŞ-nin Milli Kəşfiyyat İdarəsinin icraedici direktoru Bill Pulti rəhbəri olduğu qurumda yeni işçi ixtisarlarının həyata keçiriləcəyini açıqlayıb. xəbər verir ki, o bu barədə "X" sosial şəbəkəsində yazıb. "ABŞ Milli Kəşfiyyatı hər zamankından daha səmərəli, məhsuldar fəaliyyət göstəri
12 iyulPentaqon UNO-lar barədə arxiv materiallarının dördüncü paketini açıqlayıb
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) naməlum uçan obyektlərlə (UNO) bağlı arxiv materiallarının dördüncü paketini dərc edib. "Report" xəbər verir ki, bu barədə məlumat Pentaqonun rəsmi saytında yerləşdirilib. Bildirilib ki, əvvəllər məxfi saxlanılan materialların ictimaiyyətə açıqlanması layihəsind
12 iyulABŞ senatoru Lindsi Qrem vəfat edib
ABŞ senatoru Lindsi Qrem vəfat edib. xəbər verir ki, bu barədə senatorun ofisi "X" və "Facebook" sosial şəbəkələrində bəyanat yayıb. "Şənbə günü, iyulun 11-də axşam saatlarında ABŞ senatoru Lindsi Qrem qısamüddətli və qəfil xəstəlik nəticəsində dünyasını dəyişib. Senator Qremi
12 iyulAvropada anomal istilər dalğası - Ən təhlükəli vəziyyət NƏ VAXTA GÖZLƏNİLİR?
Avropa ölkələri yeni anomal istilərlə üzləşib. -ın xəbərinə görə, bu barədə Avropa İstilik Monitorinq Sistemi (EFFIS) məlumat yayıb. Qeyd edilib ki, iyul ayında həddindən artıq istilik səbəbindən baş verən meşə yanğınları 126 00 hektardan çox ərazini məhv edib ki, bunlardan təxminən 40%-i İspaniyanı
11 iyulYerdə temperatur 65°C-yə çatacaq: Son bitkilər nə vaxt yox olacaq?
Müəllifləri Ceykob Hakk-Misra və Erik Vulf olan, "JGR Atmospheres" elmi jurnalında dərc edilmiş araşdırmada beynəlxalq alimlər qrupu Yer kürəsinin gələcək təkamülünü modelləşdirərək belə nəticəyə gəlib ki, təxminən 1,9 milyard ildən sonra planetin səthində orta temperatur 65C-yə çata bilər
13 iyul