İranda əxlaq polisi məcburi hicabdan imtina edən təbrizli qızı dəlixanaya salıb
Oktyabrın 15-də Təbrizdə məcburi hicab qaydalarını pozduğuna görə hökumət məmurları tərəfindən döyülməsinə etiraz olaraq "Xameneiyə ölüm", "Diktatora ölüm" şüarları səsləndirən qız ruhi xəstəxanaya köçürülüb.
Bu barədə "Azad İran" "Telegram" kanalı bildirib.
Bununla bağlı Şərqi Azərbaycan əyalətinin polis komandanlığı məlumat yayıb.
Qeyd edilib ki, şüar səsləndirən qız psixi problemləri olduğundan polis bölməsinə aparıldıqdan sonra dəlixanaya köçürülüb.
Xatırladaq ki, oktyabrın 15-də hökumət muzdluları təbrizli qızı hicab qaydalarını pozduğuna görə döyüb və təhqir ediblər.
Ciddi bədən xəsarətləri alan qızın Xameneiyə qarşı şüar səsləndirməsindən sonra ona daha ağır fiziki zərbələr vurublar və huşunu itirən qızı həbs ediblər. Oktyabrın 16-da isə o, Təbrizdə ruhi xəstəliklər dispanserinə köçürülüb.
Qeyd edək ki, son bir il ərzində İranda məcburi hicaba etiraz edən 36 qadın hökumət məmurları tərəfindən qətlə yetirilib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 938 Tarix: 21 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Rusiya Kiyevdə mühüm körpüyə zərbə endirdi
Rusiya-Ukrayna müharibəsində gərginlik davam edir. Reuters-ə istinadən xəbər verir ki, Rusiya qüvvələri Ukraynanın paytaxtı Kiyevə yeni hava zərbələri endirib. Hücum zamanı şəhərin cənubundakı mühüm körpü də hədəfə alınıb. Kiyev meri Vitali Kliçko bildirib ki, Rusiya hava zərbələri nəticəsində Cənu
2 oktyabrABŞ Yaxın Şərqə üçüncü təyyarədaşıyan gəmini göndərir
ABŞ İranla bağlı hərbi qüvvələrini artırır. Reuters-ə istinadən xəbər verir ki, ABŞ ordusu USS Theodore Roosevelt təyyarədaşıyan gəmisinin rəhbərlik etdiyi zərbə qrupunu və USS Makin Island amfibiya qrupunu Yaxın Şərqə göndərir. Bu qüvvələrdə ümumilikdə təxminən 9 min hərbçi var. Gəlişdən sonra bölgəd
2 oktyabrMakron Trampla dünya enerji bazarındakı vəziyyəti müzakirə edib
Fransa Prezidenti Emmanuel Makron və ABŞ Prezidenti Donald Tramp gecə telefon danışığı zamanı dünya enerji bazarındakı vəziyyəti müzakirə ediblər. "Report" Fransa mediasına istinadən xəbər verir ki, bu barədə Yelisey sarayının mətbuat xidmətinin bəyanatında bildirilib. Fransa administrasiyasını
2 oktyabrTürkiyədə mədəndə uçqun: Dağıntılar altında qalanlar var
Türkiyənin Manisa vilayətinin Soma rayonunda fəaliyyət göstərən kömür mədənində uçqun baş verib. "TRT Haber"ə istinadən xəbər verir ki, uçqun altında qalan 7 işçidən 2-si sağ çıxarılıb. Digərlərinin axtarış-xilasetmə əməliyyatları davam edir
1 oktyabrTramp: İrana seçkilərdən sonra zərbə mümkündür
İrana seçkilərdən sonra zərbə endirmək mümkündür. Bunu ABŞ Prezidenti Donald Tramp "TIME" jurnalına müsahibəsində İrana qarşı hərbi əməliyyatların ölkəsində keçiriləcək aralıq seçkilərindən sonra genişləndirilib-genişləndirilməyəcəyi ilə bağlı suala cavabında deyib. "Mümkündür. Bizim çoxl
1 oktyabrHörmüz boğazında neft tankerinə hücum edilib
Avropa mediasının Böyük Britaniya Dəniz Ticarət Ofisinə (UKMTO) istinadən verdiyi məlumata görə, neft tankeri Hörmüz boğazından keçərkən hücuma məruz qalıb. xəbər verir ki, məlumata görə, gəmidə yanğın baş verib. Başqa heç bir təfərrüat bildirilməyib. Neft dağılmasının baş verib-verməməsi barədə hələli
2 oktyabrRumıniyaya pilotsuz uçuş aparatı düşüb
Rumıniyanın Ukrayna ilə sərhəddə yerləşən ərazisinə naməlum pilotsuz uçuş aparatı (PUA) düşüb. Bu barədə Rumıniyanın "Adevarul" nəşri məlumat yayıb. Nəşrin yazdığına görə, oktyabrın 2-nə keçən gecə Rumıniya Milli Müdafiə Nazirliyinin radar müşahidə sistemi ölkənin Tulça rayonunun şimal hissəsində
2 oktyabrKaliforniya sahillərində vertolyot qəzaya uğrayıb
ABŞ-ın Kaliforniya ştatındakı Santa Katalina adası yaxınlığında tibbi vertolyot qəzaya uğrayıb, nəticədə dörd nəfər xəstəxanaya yerləşdirilib. xəbər verir ki, bu barədə NBC4 telekanalı rəsmi mənbələrə istinadən məlumat yayıb. Nəşr bildirib ki, "Vertolyotdan və sudan ən azı dörd nəfər çıxarılara
1 oktyabr