ABŞ Yaxın Şərqdə THAAD sistemlərinin batareyasını yerləşdirəcək
ABŞ-nin müdafiə naziri Lloyd Ostin Yaxın Şərqdə THAAD (Terminal High Altitude Area Defense – "Ted", Ərazinin Yüksək Hündürlükdə Havadan Müdafiəsi) raketdən müdafiə sistemlərinin batareyasının və əlavə "Patriot" zenit-raket komplekslərinin yerləşdirilməsinə göstəriş verib.
Bu barədə Pentaqon rəhbərinin bəyanatında bildirilib.
Ostin qeyd edib ki, ABŞ Prezidenti Cozef Baydenlə məsləhətləşmələrdən sonra "Müdafiə Nazirliyinin regionda mövqeyini gücləndirmək" barədə qərar qəbul edilib. Eyni zamanda, o xatırladıb ki, ABŞ bundan əvvəl beş müşayiət gəmisi ilə "USS Gerald R. Ford" aviadaşıyıcı gəmisini, eləcə də "USS Dwight D. Eisenhower" aviadaşıyıcısını üç müşayiət gəmisi ilə Yaxın Şərqə göndərib.
"Mən həmçinin Amerika qüvvələrinin müdafiəsini gücləndirmək üçün bölgəyə THAAD batareyası və əlavə "Patriot" taborlarının yerləşdirilməsi əmrini vermişəm".
O həmçinin "hazırlığı və lazım gələrsə, tez cavab vermək qabiliyyətini artırmaq" üçün əlavə qoşunların yerləşdirilməsi üçün hazırlıqlara göstəriş verdiyini söyləyib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 761 Tarix: 22 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ABŞ-İran müharibəsində yeni gəlişmə: Vaşinqton Tehranın təklifinə cavab verdi
ABŞ və İran arasında davam edən müharibə fonunda diplomatik təmaslar yenidən gündəmə gəlib. Vaşinqtonun Tehranın təqdim etdiyi atəşkəs təklifinə cavab verdiyi bildirilir. Məlumata görə, ABŞ-ın cavabı Qətər vasitəçiləri vasitəsilə İrana çatdırılıb. Təklifdə 7 günlük atəşkəs və Hörmüz boğazının mərhələl
30 sentyabrİrlandiyada 18 minə yaxın ev və müəssisə işıqsız qalıb
İrlandiyada güclü külək və yağış səbəbindən 18 minə yaxın ev və müəssisə elektrik enerjisiz qalıb. "Report" xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. "ESB Networks" şirkəti bildirib ki, əlverişsiz hava şəraiti ölkənin əsasən cənub və cənub-qərb bölgələrində genişmiqyasl
30 sentyabrİqlim dəyişikliyi təhlükəli infeksiyanın yayılmasına səbəb ola bilər
İqlim dəyişikliyi gəmiricilərlə əlaqəli bəzi təhlükəli infeksiyaların yayılması riskini artıra bilər. Qaynarinfo xəbər verir ki, bu qənaətə London Təbiət Tarixi Muzeyi, Oksford Universiteti və digər elmi müəssisələrin tədqiqatçıları gəliblər. "Independent" yazır ki, alimlər Afrika siçanlarını
30 sentyabrTramp: İrana seçkilərdən sonra zərbə mümkündür
İrana seçkilərdən sonra zərbə endirmək mümkündür. Bunu ABŞ Prezidenti Donald Tramp "TIME" jurnalına müsahibəsində İrana qarşı hərbi əməliyyatların ölkəsində keçiriləcək aralıq seçkilərindən sonra genişləndirilib-genişləndirilməyəcəyi ilə bağlı suala cavabında deyib. "Mümkündür. Bizim çoxl
1 oktyabrSüni intellekt bioloji silah yarada bilərmi?
"Mindgard" təhlükəsizlik şirkətinin apardığı sınaqlar zamanı çinli süni intellekt şirkəti "Moonshot"ın iki modelində mürəkkəb təlimatlarla təhlükəsizlik məhdudiyyətlərinin aşılmasının mümkün olduğu üzə çıxıb. Tədqiqatçılar modellərdən normal şəraitdə cavab verməməli olduqları təhlükəl
1 oktyabr