KİV: ABŞ BMT TŞ-də təklif edəcəyi qətnamə layihəsində atəşkəs çağırışı etməyib
ABŞ BMT Təhlükəsizlik Şurasının İsrailin özünü müdafiə etmək hüququna malik olduğunu və İrandan "bölgədə sülh və təhlükəsizliyi təhdid edən milislərə və terrorçu qruplara" silah ixracını dayandırmasını tələb edən qətnamə layihəsini təklif edib.
Bu barədə "Reuters" məlumat yayıb.
Layihə mətnində mülki şəxslərin, o cümlədən təhlükəsiz ərazilərə çatmağa çalışanların qorunmasına çağırılıb, dövlətlərin "terror hücumlarına" cavab verərkən beynəlxalq hüququ gözləməli olduqları qeyd olunub, yardımların Qəzza zolağına "davamlı, yetərli və əngəlsiz" şəkildə çatdırılmasına çağırış edilib.
Birləşmiş Ştatların sözügedən qətnamə layihəsini səsverməyə çıxarmağı planlaşdırıb-planlaşdırmadığı və ya bunu edəcəksə, nə zaman edəcəyi aydın deyil. Qətnamənin qəbulu üçün Şuranın azı 9 üzvü lehinə səs verməli, həmçinin daimi üzvlər (ABŞ, Böyük Britaniya, Çin, Fransa, Rusiya) sənədə veto qoymamalıdır.
Qeyd olunub ki, ABŞ-nin layihə mətni döyüşlərdə hər hansı bir fasilə və ya atəşkəs tələb etmir. O bütün dövlətləri "Hizbullah və digər silahlı qruplar tərəfindən bütün hücumların dərhal dayandırılmasını tələb etməklə, Qəzzadakı zorakılığın sıçramaması və ya bölgənin digər ərazilərinə yayılmasını" dayandırmağa çağırır.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 756 Tarix: 22 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ABŞ-İran müharibəsində yeni gəlişmə: Vaşinqton Tehranın təklifinə cavab verdi
ABŞ və İran arasında davam edən müharibə fonunda diplomatik təmaslar yenidən gündəmə gəlib. Vaşinqtonun Tehranın təqdim etdiyi atəşkəs təklifinə cavab verdiyi bildirilir. Məlumata görə, ABŞ-ın cavabı Qətər vasitəçiləri vasitəsilə İrana çatdırılıb. Təklifdə 7 günlük atəşkəs və Hörmüz boğazının mərhələl
30 sentyabrİrlandiyada 18 minə yaxın ev və müəssisə işıqsız qalıb
İrlandiyada güclü külək və yağış səbəbindən 18 minə yaxın ev və müəssisə elektrik enerjisiz qalıb. "Report" xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. "ESB Networks" şirkəti bildirib ki, əlverişsiz hava şəraiti ölkənin əsasən cənub və cənub-qərb bölgələrində genişmiqyasl
30 sentyabrİqlim dəyişikliyi təhlükəli infeksiyanın yayılmasına səbəb ola bilər
İqlim dəyişikliyi gəmiricilərlə əlaqəli bəzi təhlükəli infeksiyaların yayılması riskini artıra bilər. Qaynarinfo xəbər verir ki, bu qənaətə London Təbiət Tarixi Muzeyi, Oksford Universiteti və digər elmi müəssisələrin tədqiqatçıları gəliblər. "Independent" yazır ki, alimlər Afrika siçanlarını
30 sentyabrTramp: İrana seçkilərdən sonra zərbə mümkündür
İrana seçkilərdən sonra zərbə endirmək mümkündür. Bunu ABŞ Prezidenti Donald Tramp "TIME" jurnalına müsahibəsində İrana qarşı hərbi əməliyyatların ölkəsində keçiriləcək aralıq seçkilərindən sonra genişləndirilib-genişləndirilməyəcəyi ilə bağlı suala cavabında deyib. "Mümkündür. Bizim çoxl
1 oktyabrSüni intellekt bioloji silah yarada bilərmi?
"Mindgard" təhlükəsizlik şirkətinin apardığı sınaqlar zamanı çinli süni intellekt şirkəti "Moonshot"ın iki modelində mürəkkəb təlimatlarla təhlükəsizlik məhdudiyyətlərinin aşılmasının mümkün olduğu üzə çıxıb. Tədqiqatçılar modellərdən normal şəraitdə cavab verməməli olduqları təhlükəl
1 oktyabr