İranda növbəti Məhsa Əmini hadisəsi: Əxlaq polisinin döydüyü qızın beyin ölümü gerçəkləşdi
İranın paytaxtı Tehran metrosunda əxlaq polisi tərəfindən baş örtüyünü düzgün taxmadığı iddiası ilə döyülərək qatardan atılan Armita Geravanddan bəd xəbər gəlib.
16 yaşlı qızın beyin ölümü gerçəkləşib.
Bununla bağlı İran dövlət mediasında xəbərlər yayılıb. Məlumata görə, Armita Geravandın son sağlamlıq vəziyyəti ilə bağlı daxil olan məlumatlar onun tibb işçilərinin səylərinə baxmayaraq beyin ölümünün gerçəkləşdiyini təsdiqləyir.
Xatırladaq ki, 16 yaşlı Armita Geravand oktyabrın 1-də Tehran metrosuna minəndən sonra yıxılıb. Fəallar əxlaq polisini Armitaya hicab taxmadığı üçün hücum etməkdə günahlandırsalar da, səlahiyyətlilər qızın huşunu itirdiyini iddia ediblər.
Gənc qız Tehrandakı "Fəcr" xəstəxanasında sıx təhlükəsizlik tədbirləri altında müalicə alırdı.
Qeyd edək ki, İran rəsmiləri tərəfindən yayılan görüntülərdə Armita Geravand saçları açıq halda Tehranın "Şohada" stansiyasında digər iki qızla qatara minir. Bir neçə dəqiqədən sonra qızlardan biri qatardan düşür və yerə əyilir. Daha sonra digər qız və bir neçə sərnişin huşsuz vəziyyətdə olan Armitanı qollarından və ayaqlarından tutaraq platformaya qoyur.
Qatarın içindən və ya stansiyanın girişindən isə heç bir görüntü yayımlanmayıb.
Bu çox iranlılar bunu 2022-ci ilin sentyabrında Tehranda əxlaq polisi tərəfindən "uyğun olmayan" hicab taxdığı iddiası ilə saxlanılan və daha sonra həbsdə ölən Məhsa Əminini hadisəsinə bənzədiblər.
Şahidlər Məhsa Əmininin polislər tərəfindən döyüldüyünü desələr də, səlahiyyətlilər onun ölümünü əvvəldən mövcud olan sağlamlıq problemləri ilə əlaqələndirmişdilər. Üç gün komada qalan Əmini vəfat etdikdən sonra bütün ölkədə hökumət əleyhinə etirazlar başlayıb. Təhlükəsizlik qüvvələrinin zorakı repressiyaları nəticəsində yüzlərlə insan öldürülüb, minlərlə insan saxlanılıb./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1255 Tarix: 23 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Estoniya Rusiya və Belarus taxılının limanlarından ixracını qadağan edib
Estoniya Rusiya və Belarus taxılının öz ərazisindən tranzitini qadağan edib. xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsaxna bildirib. "Rusiya işğal müharibəsi apara bilməz və bizdən ticarəti davam etdirməyə kömək gözləyə bilməz. Biz onun müharibəni maliyyələşdirməsini və ya təcavüzü
1 oktyabrAlmaniyanın aparıcı siyasi fondu Tbilisi ofisini bağlayıb
Almaniyanın Konrad Adenauer adına aparıcı siyasi fondu Tbilisidəki ofisini bağlamaq barədə qərar qəbul edib. Bu barədə təşkilatın yaydığı bəyanatda bildirilib. Qeyd olunub ki, nümayəndəliyin bağlanması Gürcüstan hökuməti tərəfindən müəyyən edilmiş siyasi və hüquqi mühitin birbaşa nəticəsidir. "B
2 oktyabrPutin nəvələrinin gələcək peşəsini - Açıqladı
Rusiya Prezidenti Vladimir Putin nəvələri barədə danışıb. "Qafqazinfo" xəbər verir ki, Putin bu haqda "Valday" Diskussiya Klubunun plenar iclasındakı çıxışı zamanı qısa məlumat verib. "Nəvələrim tərcüməçi kimi işləyəcəklər, onlar çin dilində danışırlar!" - deyə Rusiya lider
2 oktyabrABŞ Səudiyyə Ərəbistanı və Qətərə əlavə Patriot batareyaları göndərir
ABŞ Səudiyyə Ərəbistanı və Qətərdəki neft və qaz obyektlərini qorumaq üçün əlavə iki "Patriot" raket batareyası göndərib. xəbər verir ki, bu barədə "Axios" məlumatlı mənbələrə istinadən xəbər verib. Onların sözlərinə görə, ötən ay ABŞ ordusu əsas neft obyektini qorumaq üçün Səudiyy
2 oktyabrLitva Rusiya səfirliyinin nümayəndəsinə etiraz notası təqdim edib
Rusiyanın Litvadakı səfirliyinin nümayəndəsi ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb və ona etiraz notası təqdim edilib. XİN-in məlumatına istinadən xəbər verir ki, etiraz avqustun 14-dən 15-nə keçən gecə Tallində "Milrem Robotics" şirkətinin binalarının yandırılması insidenti il
30 sentyabrFinlandiyada deputatların evlərinə gizli müdaxilələr araşdırılır
Finlandiyanın Baş naziri Petteri Orpo ölkədə bir sıra deputatların evlərinə baş verən şübhəli müdaxilələrin arxasında xarici dövlətin dayana biləcəyini istisna etməyib. The Guardian-a istinadən xəbər verir ki, Helsinki bölgəsində son bir il ərzində bir neçə deputat evlərinə müdaxilə edildiyini bildirib
2 oktyabrRusiya Kiyevdə mühüm körpüyə zərbə endirdi
Rusiya-Ukrayna müharibəsində gərginlik davam edir. Reuters-ə istinadən xəbər verir ki, Rusiya qüvvələri Ukraynanın paytaxtı Kiyevə yeni hava zərbələri endirib. Hücum zamanı şəhərin cənubundakı mühüm körpü də hədəfə alınıb. Kiyev meri Vitali Kliçko bildirib ki, Rusiya hava zərbələri nəticəsində Cənu
2 oktyabr