Paşinyan Kremlin hədəfində - "Hakimiyyət dəyişikliyi olmadan..."

Paşinyan Kremlin hədəfində - "Hakimiyyət dəyişikliyi olmadan...""Rusiya ilə Ermənistan arasında münasibətlərin korlanması bir gecədə baş verməyib. Proses bir neçə ildir gedir və bu, birbaşa Nikol Paşinyanın siyasəti ilə bağlıdır, bunu son hadisələr də sübut edir".

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Yevgeni Krutikov deyib.

"Moskva ilə İrəvan arasında münasibətlərin pisləşdiyini sübut edən bir hadisə də baş verdi. Ermənistan Moskvaya yeni səfirin namizədliyini irəli sürüb. Qəbul edən tərəf həmişə namizədi təsdiqləməlidir, amma Moskva Qurgen Arsenyanı qəbul etmədi. Çünki Arsenyan Paşinyana yaxın adamdır və rusofob açıqlamaları ilə seçilir", - ekspert bildirib.

Krutikov vurğulayıb ki, bu, Rusiya-Ermənistan münasibətləri tarixndə ilk diplomatik qalmaqaldır. Onun fikrincə, iki ölkə arasındakı gərginlik 44 günlük Qarabağ müharibəsindən sonra pik həddə çatıb.

Ekspert əlavə edib ki, münasibətlərin sabitləşməsi məsələsi Paşinyan və ətrafının siyasəti ilə mürəkkəbləşib:

"Ermənistan açıq şəkildə Rusiya ilə tarixi münasibətlərin dəyişdiyini və yenidən Avropa Birliyinə istiqamətləndiyini bəyan edir. Çox güman ki, Paşinyan və partiyası uzun müddətdir bu barədə xəyal qurub".

Krutikov onu da deyib ki, bu məqsədlə Ermənistan daim Rusiyanı Qarabağa görə fəaliyyətsizlikdə ittiham edir:

"Başqa sözlə, perspektivləri qiymətləndirmək çətindir. Sadəcə qeyd etmək lazımdır ki, siyasi kurs və rəhbərlik dəyişmədən Rusiya ilə münasibətlərdə heç bir irəliləyiş olmayacaq. Amma hələlik Ermənistanla Rusiya arasında münasibətlər diplomatik müharibə və səs-küylü bəyanatlar çərçivəsindədir".


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1292   Tarix: 29 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Reuters" Ukraynada "Patriot" raketlərinin istehsalı ilə bağlı detalları açıqlayıb

"Patriot" kompleksləri üçün raketlər, çox güman ki, Ukraynada deyil, Almaniyada istehsal olunacaq. "Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən "Reuters" agentliyi yazıb. Nəşrin həmsöhbətləri qeyd ediblər ki, ələkeçirici raketlər, Almaniyada və ya başqa bir Avrop

12 iyul
.

Dünyada ağcaqanad xəstəliyi yayılır - Ölümcüldür

Avropanın bir sıra məşhur turizm ölkələrində ağcaqanadların yaydığı təhlükəli viruslara yoluxma halları artır. Həkimlər xəbərdarlıq edirlər ki, bu infeksiyalardan bəziləri sinir sistemini zədələyə, iflicə, beyin iltihabına və hətta ölümə səbəb ola bilər. xarici mediaya istinadla xəbər verir ki, ən riskl

12 iyul
.

Türkiyədə qeysəriyyə əməliyyatlarına görə 100-ə yaxın həkim cəzalandırıldı

Türkiyənin Səhiyyə Nazirliyi qeysəriyyə əməliyyatları həyata keçirən 100-ə yaxın mama-ginekoloqu cərimələyib və onları müvəqqəti olaraq tibbi fəaliyyətdən kənarlaşdırıb. xəbər verir ki, bu barədə iyulun 11-də "BirGün" qəzeti məlumat yayıb. İntizam tədbirləri səhiyyə sahəsində həyata keçirilə

12 iyul
.

ABŞ Milli Kəşfiyyatında yeni ixtisarlar olacaq

ABŞ-nin Milli Kəşfiyyat İdarəsinin icraedici direktoru Bill Pulti rəhbəri olduğu qurumda yeni işçi ixtisarlarının həyata keçiriləcəyini açıqlayıb. xəbər verir ki, o bu barədə "X" sosial şəbəkəsində yazıb. "ABŞ Milli Kəşfiyyatı hər zamankından daha səmərəli, məhsuldar fəaliyyət göstəri

12 iyul
.

Günəşdə güclü partlayışlar ola bilər

13-14 iyul tarixlərində Günəşdə partlayış aktivliyinin aşağı olacağı, eyni zamanda sondan əvvəlki güc sinfinə məxsus partlayışların ola biləcəyi gözlənilir. -ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib. "13 və 14 iyul tarixlərində Günəşdə partlayı

13 iyul
.

Britaniyada keçmiş deputatın qətlində şübhəli bilinən şəxs saxlanılıb

Böyük Britaniyada 28 yaşlı kişi İcmalar Palatasının keçmiş deputatı Enn Uiddikombun qətlində şübhəli bilinərək saxlanılıb. "Report"un məlumatına görə, bu barədə Devon və Kornuoll qraflığı polisinin açıqlamasında bildirilir. "28 yaşlı kişinin 11 iyul axşamı Cənubi Yorkşirdə Enn Uiddikombu

12 iyul
.

AFP: Livan İsraillə Romada keçiriləcək danışıqlarda iştirak edəcək

Livan iyulun 15-16-da Romada İsraillə keçirilməsi planlaşdırılan danışıqlarda iştirak edəcək. "Report" xəbər verir ki, bu barədə AFP-yə Livanın yüksəkrütbəli rəsmisi məlumat verib. "Bu qərar İsrailin gələn həftənin əvvəlində Livan ordusunun nəzarəti altında "pilot zonalar"ı

12 iyul
.

Rusiyada balıqçılar adam boyda tunes tutublar - FOTO

Rusiyalı balıqçılar Saxalin sahillərində insan boyda orkinos (tunes) balıqları tutublar. bu barədə "Amur Mash" "Telegram" kanalına istinadən xəbər verir. Balıqçılar bir gün ərzində üç nəhəng orkinos yaxalayıblar. Onlardan biri tilovu qıraraq dənizə qayıtmağa müvəffəq olub. Balıqçıla

12 iyul
.

Hörmüz boğazından gəmilərin keçidi minimuma enib

ABŞ və İran arasında hərbi eskalasiya səbəbindən kommersiya gəmilərinin Hörmüz boğazından hərəkəti azalıb. "Report" xəbər verir ki, bu barədə dəniz yük axınlarının izlənməsi ilə məşğul olan "Windward" şirkətinə istinadən "İnterfaks" məlumat yayıb. Məlumata görə, cəmi bi

11 iyul