Vladimir Putin Mahaçqala hadisələri ilə bağlı böyük müşavirə keçirəcək

Vladimir Putin Mahaçqala hadisələri ilə bağlı böyük müşavirə keçirəcək"Prezident Vladimir Putin Qərbin Rusiya cəmiyyətini parçalamaq cəhdlərini müzakirə etmək üçün müşavirə keçirəcək".

Bunu oktyabrın 30-da Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.

Mahaçqala hadisələri ilə bağlı təxminən saat 19:00-da geniş müşavirənin keçiriləcəyi planlaşdırılır.

"Bu tədbirdə Qərb ölkələrinin Yaxın Şərqdəki hadisələrdən Rusiya cəmiyyətini parçalamaq üçün istifadə etmək cəhdləri müzakirə ediləcək", - deyə Kreml rəsmisi izah edib.

Əvvəlcə prezidentin çıxış edəcəyi, daha sonra isə bağlı qapılar arxasında müşavirə keçiriləcəyi gözlənilir.

"Putin Dağıstan Respublikasındakı vəziyyətlə bağlı dünən gecə və bu gün səhər Federal Təhlükəsizlik Xitməti, Rusiya Qvardiyası və respublikanın rəhbəri Sergey Melikovdan ətraflı hesabatlar alıb və almağa davam edir", - deyə Peskov əlavə edib.
Qeyd edək ki, oktyabrın 29-da Dağıstanın paytaxtı Mahaçqalada yüzlərlə şəxs aeroporta hücum edib. Onlar İsraildən gələn təyyarənin enməli olduğu "Kaspiysk" Hava Limanı yaxınlığında toplaşıb, əllərində "Dağıstanda uşaq qatillərinə yer yoxdur" yazılan plakatlar tutublar. Sonra etirazçılar hava limanındakı xidməti otaqlara daxil olaraq İsraildən gəlmiş və burada gizlədilməsi ehtimal edilən yəhudiləri axtarıblar.

Hava limanının fəaliyyəti məhdudlaşdırılıb.

Oktyabrın 30-da polis Mahaçqala hava limanı ərazisindəki kütləvi iğtişaşların 150-dən çox fəal iştirakçısını müəyyən edib. Onlardan 60 nəfəri saxlanılaraq polis bölmələrinə aparılıb./Oxu.az


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1402   Tarix: 30 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

The Washington Post: "Meksikada illərdir açılmayan cinayət işi üzrə yeni sübutlar ortaya çıxıb"

Meksikada uzun illərdir açılmamış qalan səs-küylü cinayət işi ilə bağlı araşdırmada yeni sübutlar ortaya çıxıb. The Washington Post-a istinadən xəbər verir ki, istintaq orqanları əvvəlki illərdə toplanmış materialları yenidən araşdırır və yeni əldə edilən dəlillər əsasında hadisənin iştirakçılarını müəyyənləşdirməy

30 sentyabr
.

Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib

Böyük Britaniya Rusiyaya qarşı tətbiq olunan sanksiyaları genişləndirib. Ölkənin Xarici İşlər Nazirliyinin yenilənmiş siyahısına 23 fiziki və hüquqi şəxs, həmçinin 8 gəmi əlavə edilib. xəbər verir ki, yenilənmiş sanksiya siyahısı Böyük Britaniyanın Xarici İşlər Nazirliyi tərəfindən açıqlanıb. Yeni sanksiyalar

1 oktyabr
.

Estoniya Rusiya və Belarus taxılının limanlarından ixracını qadağan edib

Estoniya Rusiya və Belarus taxılının öz ərazisindən tranzitini qadağan edib. xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsaxna bildirib. "Rusiya işğal müharibəsi apara bilməz və bizdən ticarəti davam etdirməyə kömək gözləyə bilməz. Biz onun müharibəni maliyyələşdirməsini və ya təcavüzü

1 oktyabr
.

Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirib

Ukrayna dronları Samara bölgəsinə hücum edib və səhər tezdən hakimiyyət orqanları raket təhlükəsi elan etdi və bölgə sakinlərini sığınacaq axtarmağa çağırıb. xəbər verir ki, bu fonda Samarada ictimai nəqliyyat dayandırılıb. Həyəcan siqnalının bitdiyini bir neçə saat sonra, Moskva vaxtı ilə səhər saa

2 oktyabr
.

Türkiyədə mədəndə uçqun: Dağıntılar altında qalanlar var

Türkiyənin Manisa vilayətinin Soma rayonunda fəaliyyət göstərən kömür mədənində uçqun baş verib. "TRT Haber"ə istinadən xəbər verir ki, uçqun altında qalan 7 işçidən 2-si sağ çıxarılıb. Digərlərinin axtarış-xilasetmə əməliyyatları davam edir

1 oktyabr
.

Putin nəvələrinin gələcək peşəsini - Açıqladı

Rusiya Prezidenti Vladimir Putin nəvələri barədə danışıb. "Qafqazinfo" xəbər verir ki, Putin bu haqda "Valday" Diskussiya Klubunun plenar iclasındakı çıxışı zamanı qısa məlumat verib. "Nəvələrim tərcüməçi kimi işləyəcəklər, onlar çin dilində danışırlar!" - deyə Rusiya lider

2 oktyabr
.

Litva Rusiya səfirliyinin nümayəndəsinə etiraz notası təqdim edib

Rusiyanın Litvadakı səfirliyinin nümayəndəsi ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb və ona etiraz notası təqdim edilib. XİN-in məlumatına istinadən xəbər verir ki, etiraz avqustun 14-dən 15-nə keçən gecə Tallində "Milrem Robotics" şirkətinin binalarının yandırılması insidenti il

30 sentyabr
.

Moldovada PUA partlayıb

Moldovanın Anenii-Noi rayonunda pilotsuz uçuş aparatı (PUA) yerə çırpılaraq partlayıb. Bu barədə "Ziarul de Gardă" nəşri Moldova Polisinə istinadən məlumat yayıb. İlkin məlumata görə, hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb. Ərazi polis tərəfindən təhlükəsizlik məqsədilə mühasirəy

30 sentyabr
.

ABŞ Səudiyyə Ərəbistanı və Qətərə əlavə Patriot batareyaları göndərir

ABŞ Səudiyyə Ərəbistanı və Qətərdəki neft və qaz obyektlərini qorumaq üçün əlavə iki "Patriot" raket batareyası göndərib. xəbər verir ki, bu barədə "Axios" məlumatlı mənbələrə istinadən xəbər verib. Onların sözlərinə görə, ötən ay ABŞ ordusu əsas neft obyektini qorumaq üçün Səudiyy

2 oktyabr