Fransada yəhudi evlərini işarələməyə başladılar - FOTO
Fransa paytaxtı Parisdə, eləcə də şəhərətrafı Sent-Uen və Obervil kommunalarında yəhudi ailələrinin yaşadığı evləri işarələməyə və Davudun ulduzu simvolunu çəkməyə başlayıblar.
Simvollar divarlara sprey boya və trafaretlər vasitəsilə çəkilir. Bir neçə tikilidə, o cümlədən Sen-Deni departamentindəki yaşayış binalarında bu cür işarələr peyda olub.
Sent-Uen şəhərinin meri Karim Buamran bu antisemit hərəkətləri pisləyib və evində Davud ulduzu çəkilən ailəni dəstəkləyib. Şəhər xidmətləri operativ şəkildə divarlardan dini simvolun silinməsinə başlayıblar.
"Bu aktla bağlı məlumat prokurora yönləndirilib. Bunu çəkənlər tapılmalı və ədalət məhkəməsi tərəfindən sərt şəkildə cəzalandırılmalıdırlar", - deyə meriyanın "X" sosial şəbəkəsindəki rəsmi hesabında dərc olunan kommünikedə bildirilib.
Həmçinin, Paris merinin müavini Antuan Qiyu belə hərəkətlərin qəbuledilməz və ləyaqətsiz olduğunu bildirib, bununla bağlı şəhər prefekturası ilə əlaqə saxladığını nəzərə çatdırıb.
Qeyd edək ki, daha əvvəl Davud ulduzları Almaniyanın qərbindəki Dortmund şəhərində yəhudilərin yaşadıqları bəzi evlərdə görünməyə başlayıb. Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən hadisələrlə bağlı araşdırmalara başlanılıb./Oxu.az




Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1791 Tarix: 31 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kaliforniya sahillərində vertolyot qəzaya uğrayıb
ABŞ-ın Kaliforniya ştatındakı Santa Katalina adası yaxınlığında tibbi vertolyot qəzaya uğrayıb, nəticədə dörd nəfər xəstəxanaya yerləşdirilib. xəbər verir ki, bu barədə NBC4 telekanalı rəsmi mənbələrə istinadən məlumat yayıb. Nəşr bildirib ki, "Vertolyotdan və sudan ən azı dörd nəfər çıxarılara
1 oktyabrTerrorizm Yer üzündən silinməlidir - Ben-Qvir
Yaradana və qəhrəman sərnişinlərə təşəkkür edirəm, amma İsrailin təhlükəsizlik doktrinası bir pillə yüksəldilməlidir. xəbər verir ki, bunu İsrail milli təhlükəsizlik naziri İtamar Ben-Qvir deyib. "İsrail son iki il yarım ərzində möhtəşəm iş görüb, amma dayanmaq olmaz. İran, Livan, Qəzza və İorda
30 sentyabrMoldovada PUA partlayıb
Moldovanın Anenii-Noi rayonunda pilotsuz uçuş aparatı (PUA) yerə çırpılaraq partlayıb. Bu barədə "Ziarul de Gardă" nəşri Moldova Polisinə istinadən məlumat yayıb. İlkin məlumata görə, hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb. Ərazi polis tərəfindən təhlükəsizlik məqsədilə mühasirəy
30 sentyabrBritaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib
Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib. "Report" xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyinin məlumatında deyilir. Məhdudiyyətlər 23 fiziki və hüquqi şəxsə, eləcə də 8 gəmiyə qarşı tətbiq edilib. Sanksiyalar 23 fiziki və hüquqi şəxsə, eləcə də 8 gəmiyə şami
1 oktyabrRusiya səfiri Moldova XİN-ə çağırıldı
Moldovanın Xarici İşlər Nazirliyi hava məkanının Rusiya PUA-ları tərəfindən pozulmasından sonra Moskvanın Kişinyovdakı xüsusi tapşırıqlar üzrə səfirini nazirliyə çağıraraq ona etiraz notası təqdim edib. xəbər verir ki, bu barədə Moldova Xarici İşlər Nazirliyi məlumat yayıb. "Xarici İşlər Nazirliy
1 oktyabrRusiya Kiyevdə mühüm körpüyə zərbə endirdi
Rusiya-Ukrayna müharibəsində gərginlik davam edir. Reuters-ə istinadən xəbər verir ki, Rusiya qüvvələri Ukraynanın paytaxtı Kiyevə yeni hava zərbələri endirib. Hücum zamanı şəhərin cənubundakı mühüm körpü də hədəfə alınıb. Kiyev meri Vitali Kliçko bildirib ki, Rusiya hava zərbələri nəticəsində Cənu
2 oktyabrUKMTO, Hörmüz boğazında tankerin naməlum mərmi ilə vurulduğunu bildirir
Böyük Britaniya Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) cümə axşamı günü Hörmüz boğazından keçərkən naməlum mərmi ilə tankerin vurulduğunu və nəticədə yanğına səbəb olduğunu bildirib. The Jerusalem Post-a istinadən xəbər verir ki, UKMTO əlavə edib ki, heyət təhlükəsiz vəziyyətdədir, zərər və ətra
2 oktyabr