9 nəfərlik ailə yatarkən öldürüldü!
Ukraynanın Donetsk vilayətində 9 nəfərdən ibarət Kapkanets ailəsi öz evlərində ölü tapılıb.
Sonxeber.az BiG.AZ-a istinadən xəbər verir ki, Hadisə yerindən çəkilən görüntülərdə ailə üzvlərinin yataqda olarkən güllələndiyi görünür. Ölənlərdən ikisinin 2014 və 2018-ci il təvəllüdlü uşaqlar olduğu açıqlanıb.
Ukrayna rəsmiləri ailənin rus əsgərləri ilə mübahisə etdikləri üçün öldürüldüyünü iddia edib.
Kiyev administrasiyasına bağlı Donetsk Vilayət Prokurorluğu tərəfindən verilən açıqlamada qeyd olunub ki, ötən həftələrdə hərbi geyimli şəxslər ailədən evi boşaltmağı tələb ediblər. İddialara görə, rus əsgərləri çeçen qoşunlarını bölgəyə yerləşdirmək üçün 9 nəfərlik ailəni evdən çıxarmaq istəyiblər.
Ev sahibi evdən çıxarılma tələbindən imtina etdikdə, forma geyinmiş şəxslər tərəfindən hədələnib. Baş Prokurorluğun açıqlamasında "Onlar ailənin 9 üzvünün hamısını yuxuda güllələyiblər. Məsələ ilə bağlı aparılan istintaq müharibə qanunlarının pozulması ilə bağlı hüquqi prosesə çevriləcək".
Rusiyadan verilən açıqlamada məsələ ilə bağlı iki əsgərin həbs edildiyi bildirilib. Şübhəlilərin Uzaq Şərq bölgəsindən olan müqaviləli əsgərlər olduğu deyilib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 2920 Tarix: 01 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hörmüz boğazından gəmilərin keçidi minimuma enib
ABŞ və İran arasında hərbi eskalasiya səbəbindən kommersiya gəmilərinin Hörmüz boğazından hərəkəti azalıb. "Report" xəbər verir ki, bu barədə dəniz yük axınlarının izlənməsi ilə məşğul olan "Windward" şirkətinə istinadən "İnterfaks" məlumat yayıb. Məlumata görə, cəmi bi
11 iyulABŞ-nin İrana hücumları nə qədər davam edib?
ABŞ hərbi qüvvələri üç saatdan artıq müddət ərzində İranın hədəflərinə zərbələr endiriblər. xəbər verir ki, bu barədə CNN telekanalı ABŞ rəsmisinə istinadən məlumat yayıb. Onun sözlərinə görə, son vaxtlar həyata keçirilən hücumlarla müqayisədə bu əməliyyat nisbətən uzun davam edib. ABŞ Mərkəzi Komandanlığını
13 iyulBritaniyada keçmiş deputatın qətlində şübhəli bilinən şəxs saxlanılıb
Böyük Britaniyada 28 yaşlı kişi İcmalar Palatasının keçmiş deputatı Enn Uiddikombun qətlində şübhəli bilinərək saxlanılıb. "Report"un məlumatına görə, bu barədə Devon və Kornuoll qraflığı polisinin açıqlamasında bildirilir. "28 yaşlı kişinin 11 iyul axşamı Cənubi Yorkşirdə Enn Uiddikombu
12 iyulPentaqon UNO-lar barədə arxiv materiallarının dördüncü paketini açıqlayıb
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) naməlum uçan obyektlərlə (UNO) bağlı arxiv materiallarının dördüncü paketini dərc edib. "Report" xəbər verir ki, bu barədə məlumat Pentaqonun rəsmi saytında yerləşdirilib. Bildirilib ki, əvvəllər məxfi saxlanılan materialların ictimaiyyətə açıqlanması layihəsind
12 iyulRusiyada balıqçılar adam boyda tunes tutublar - FOTO
Rusiyalı balıqçılar Saxalin sahillərində insan boyda orkinos (tunes) balıqları tutublar. bu barədə "Amur Mash" "Telegram" kanalına istinadən xəbər verir. Balıqçılar bir gün ərzində üç nəhəng orkinos yaxalayıblar. Onlardan biri tilovu qıraraq dənizə qayıtmağa müvəffəq olub. Balıqçıla
12 iyulBritaniyanın konteyner gəmisi Oman sahillərində hücuma məruz qalıb
Konteyner gəmisi Oman sahillərindən 16 km şərqdə zədələnib, bundan sonra göyərtədə yanğın baş verib. "Report" xəbər verir ki, bu barədə Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Daşımalarının Koordinasiyası Mərkəzi (UKMTO) məlumat yayıb. "UKMTO Omandan 16 km şərqd
12 iyul