400 manat qazanmışdı, 2 min cərimələndi

400 manat qazanmışdı, 2 min cərimələndiTeleqram sosial şəbəkəsində pornoqrafik kanal yaradan daha bir gənc məsuliyyətə cəlb olunub.

Pornoqrafik materialların yayılması ilə məşğul olan Sabirabad sakini, 2000-ci il təvəllüdlü A.Məlikov (şərti) barəsində cinayət işi başlanılıb. Cinayət Məcəlləsinin 242-ci (Pornoqrafik materialların qanunsuz yayılması) maddəsi ilə açılmış işin materialları rayon məhkəməsinə göndərilib.

Məhkəmədə bildirilib ki, o, teleqramda bir neçə kanal yaradaraq buraya çoxsaylı foto və videoları toplayıb. Səhifələrin 30-35 min nəfər izləyicisi olub və A.Məlikov reklam paylaşımları edib.

Məhkəmədə A.Məlikov kanalları pul qazanmaq üçün yaratdığını etiraf edib. O, ümumilikdə 400 manat qazandığını deyib.

Onun ilk dəfə cinayət törətməsi, yaşadığı yerdə müsbət xarakterizə edilməsi və digər hallar nəzər alınaraq A.Məlikova həbslə əlaqəli olmayan cəza verilib. Sabirabad Rayon Məhkəməsinin 30 oktyabr tarixli hökmü ilə 23 yaşlı oğlana 2 min manat pul cəriməsi cəzası verilib. Bununla yanaşı məhkəmənin hökmü ilə A.Məlikov 2 il müddətinə sosial şəbəkələrdə kanal açmaq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilib.

Qeyd edək ki, daha əvvəl də teleqramda pornoqrafik kanallar açan bir neçə gənc cinayət məsuliyyətinə cəlb edilib.

"Qafqazinfo"


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1085   Tarix: 05 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Ev termometriniz niyə yanlış temperatur göstərir? -SƏBƏB

Bu günlərdə bir çox insan eyni sualı verir: niyə telefonda göstərilən temperatur, avtomobilin göstəricisi və evdəki termometr bir-birindən fərqlənir? Bu məsələyə aydınlıq gətirən meteoroloq bildirib ki, səbəb sinoptiklərin səhvi deyil, temperaturun ölçülmə üsullarındakı fərqlərdir. xarici mediaya istinadə

12 iyul
.

Konsertdə qadınlar tərəfindən narahat edildiyini iddia edən gənc qızın paylaşımı müzakirələrə səbəb olub - VİDEO

Sosial şəbəkələrdə yayılan video qısa müddətdə geniş müzakirələrə səbəb olub. Videoda danışan gənc qadın qatıldığı konsertdə dörd qadın tərəfindən narahat edildiyini iddia edərək yaşadıqlarını bölüşüb. Bu barədə xarici mediaya istinadla xəbər verir. Onun sözlərinə görə, konsert zamanı həmin şəxslər dəfələrl

14 iyul
.

Finlandiyada nüvə hücumuna qarşı yeraltı şəhər tikilib: Nə baş verir?

Finlandiya hökuməti paytaxt Helsinki yaxınlığında yeraltı şəhər inşa edilib. Şəhərdə üzgüçülük hovuzları, saunalar və digər obyektlərlə təchiz olunmuş 5 500 bomba sığınacağı yerləşir. -ın xəbərinə görə, bu barədə "The Times" nəşri yazıb. Məlumata görə, bomba sığınacaqları ölkəyə nüvə zərbəs

14 iyul
.

Badımcanı yayda çox yeyin

Yay mövsümünün sevilən tərəvəzlərindən olan badımcan təkcə dadı ilə deyil, sağlamlığa faydaları ilə də seçilir. Mütəxəssislərin sözlərinə görə, bu tərəvəz düzgün şəkildə hazırlandıqda orqanizm üçün bir sıra üstünlüklər təmin edir. Badımcan liflə zəngin olduğu üçün həzmi yaxşılaşdırmağa kömək edir v

12 iyul
.

Bahalı dönər gündəm oldu: Nazirlik yoxlama apardı - VİDEO

İstanbulun tarixi Kapalıçarşısında çörəkarası dönərin 3 min TL-yə satılması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülərdən sonra Türkiyənin Ticarət Nazirliyi müəssisədə yoxlama aparıb. xarici mediaya istinadla xəbər verir ki, İstanbul Ticarət İl Müdirliyi və Fatih Bələdiyyəsinin bələdiyyə nəzarətçilərini

14 iyul
.

Bu aylarda doğulanları iyulda böyük dəyişikliklər gözləyir

Bəzən cəmi bir ay insanın həyatında tamamilə yeni mərhələnin başlanğıcı ola bilər. Astrologiyaya görə, 2026-cı ilin iyulu bəzi insanlar üçün yeni imkanlar, gözlənilməz tanışlıqlar və mühüm qərarlarla yadda qalacaq. Əlbəttə, astroloji proqnozların elmi əsası yoxdur, lakin bir çoxları onları qarşıların

14 iyul
.

Bu beş Android tətbiqini dərhal silmək lazımdır

Android smartfonlarında əvvəlcədən quraşdırılmış bütün tətbiqlər vacib deyil. Bəziləri istehsalçıların tərəfdaş şirkətlərlə əməkdaşlığı çərçivəsində əlavə olunur, digərləri isə əməliyyat sistemində mövcud olan funksiyaları təkrarlayır. Ölkə.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, bu tətbiqləri

13 iyul
.

Yerdə həyatın yaranması ilə bağlı yeni fərziyyə irəli sürülüb

Cənub-Qərb Tədqiqat İnstitutunun alimləri hesab edirlər ki, erkən dövrdə Yerə düşən iri asteroidlər həyatın yaranması üçün ideal şərait formalaşdırmış ola bilər. Kompüter modelləşdirməsinin nəticələrinə görə, bu toqquşmalar Yer qabığını çatladaraq ilk üzvi molekulların əmələ gələ biləcəyi geniş hidroterma

13 iyul
.

Qabları paltaryuyan tozla yumaq olar?

Qab yuyan maye bitəndə bəzi insanlar müvəqqəti çıxış yolu kimi paltaryuyucu tozu və ya yuyucu geli istifadə etməyi düşünür. İlk baxışdan hər iki məhsulun təmizləyici xüsusiyyətə malik olması bunu məntiqli göstərsə də, mütəxəssislər bunun sağlamlıq üçün risk yarada biləcəyini bildirirlər. xarici mediay

13 iyul