Üçüncü Dünya müharibəsi anonsları

Üçüncü Dünya müharibəsi anonslarıRusiya ilə Ukrayna arasında iki ilə yaxındır davam edən nəticəsiz müharibə, eləcə də Yaxın Şərqdə HƏMAS-la İsrail arasındakı hərbi əməliyyatlar dünya düzənini dəyişib. Fövqəldövlətlər arasında gərginlik, qütbləşmə dərinləşib. Artıq dünya liderləri, nüfuzlu beyin mərkəzləri hesabatlarında Üçüncü Dünya müharibəsi (buna nüvə müharibəsi də deyirlər) təhlükəsindən açıq danışmağa başlayıblar.

Mövzuyla bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edirik.

Siyasi liderlərdən xəbərdarlıq

Bir neçə xarici dövlətin rəhbərləri ard-arda elan ediblər ki, Üçüncü Dünya müharibəsinin başlamasına az qalıb. Məsələn, Belarus Prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, Üçüncü Dünya müharibəsi Yaxın Şərqdə başlaya bilər və bu gün hər şey buna doğru gedir. Oxşar nöqteyi-nəzəri KXDR rəhbəri Kim Çen İn də ifadə edib. O bildirib ki, "biz hazırda Üçüncü Dünya müharibəsinin başlanmasına hazır olmalıyıq".

Hətta Roma Papası Fransisk də deyib ki, dünya nüvə müharibəsinin astanasındadır. "Dünyamız hissə-hissə aparılan Üçüncü Dünya müharibəsinin məngənəsində qalmaqda davam edir. Ukraynadakı münaqişənin faciəvi vəziyyətində nüvə silahından istifadə təhlükəsi qalmaqdadır. İndiki vəziyyət bizə 1962-ci ilin oktyabrında Kubadakı raket böhranında olduğu kimi, dünyanın nüvə müharibəsi astanasında olduğunu göstərir. Nüvə silahları olmadan da bir dünya mümkündür və bu, zəruridir", - deyə Papa vurğulayıb.

Bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bildirib ki, İsrail "Fələstin məsələsini" güc yolu ilə həll etməyə çalışarsa, "bütün əlaqəli region və qeyri-regional oyunçular üçün partlayış təhlükəsi yarana bilər".

ABŞ-nin Yaxın Şərqdə müharibəyə girə biləcəyi ehtimalları da yeni müharibəni aktuallaşdırıb. Beləliklə, Üçüncü Dünya müharibəsi və yaxud nüvə müharibəsinin baş vermə ehtimalları hansısa bir ekspert və beyin mərkəzləri tərəfindən deyil, konkret liderlər tərəfindən səslənir.

Nüvə təhlükəsi artır
Yeri gəlmişkən, Rusiya-Ukrayna müharibəsi fonunda bir sıra dövlətlər ordusunu gücləndirməyə və hərbi texnika sayını artırmağa qərar veriblər. Müxtəlif dövlətlərin hərbi büdcələri də artır. BMT Baş katibi Antonio Quterreşin sözlərinə görə, dünyada toplam 13 min 400 nüvə başlığı var və bu, nüvə müharibəsi ehtimalını artırır. Əlavə edib ki, nüvə silahının tətbiqi riski "soyuq müharibə"dən bəri görünməmiş səviyyəyə çatıb. O bildirib ki, bu təhlükəni azaltmağın yeganə yolu nüvə silahlarını aradan qaldırmaqdır. A.Quterreş dünya ictimaiyyətini bu məsələdə həmrəyliyə çağırıb. Xüsusilə Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibə nüvə toqquşması təhlükəsinin miqyasını nümayiş etdirir. Bu çağırışlara baxmayaraq, nüvə silahına malik dövlətlər nüvə arsenallarını daha da artırır. Oktyabr ayında NATO ölkələrinin nüvə təlimləri keçirilib. Rusiyanın müdafiə naziri Sergey Şoyqu da bəyan edib ki, nüvə müharibəsi ehtimalı getdikcə artır. Onun sözlərinə görə, Qərb Rusiya ilə münaqişəni gərginləşdirmək xətti tutub və bu, nüvə gücləri arasında hərbi toqquşmaya səbəb ola bilər.

Rusiya fərqli müharibə olacağını bəyan edir, ABŞ isə hədələyir

Qərblə Rusiya arasında qızğın toqquşma baş verərsə, tamamilə fərqli bir müharibə olacağını Vladimir Putin də bəyan edib. ABŞ Konqresinin həm Rusiya, həm də Çinlə eyni vaxtda müharibəyə, o cümlədən nüvə qarşıdurması variantını nəzərə almaqla hazırlaşmaq tövsiyəsini şərh edən Rusiya prezidenti "biz sülh istəyirik və əgər onlar Rusiya ilə döyüşmək istəyirlərsə, bu, tamam başqa müharibə olacaq", - deyə bildirib. Əlavə edib ki, ağlı başında olan heç bir şəxs nüvə gücləri arasında müharibə ehtimalına yol verməməlidir.

Amerikalı müşahidəçilər hesab edirlər ki, NATO ölkələri taktiki nüvə silahının mümkün istifadəsinə hazırlaşmalıdırlar. ABŞ-nin Çinə diqqətinin yönəldiyi vaxtda nüvə müharibəsi baş verə biləcəyi vurğulanır.

NATO ilə gələcək hipotetik müharibə

Pentaqonun keçmiş yüksək rütbəli məmuru Qreqori Uiver hesab edir ki, Ukraynaya müdaxilənin edildiyi ilk günlərdə rus ordusunun zəif irəliləyişləri NATO-da bəzilərini inandırmışdı ki, alyansın üstünlüyü və adi silahlanma sayəsində rus təcavüzünün qarşısını almaq mümkün olacaq. Amma bu, yanlış təsəvvür idi. "NATO rəhbərliyi başa düşməlidir ki, rus qüvvələrinin Ukraynadakı fəaliyyəti Rusiyanın nüvə silahından asılılığını artıra bilər. NATO ilə gələcək hipotetik müharibədə Rusiya çox güman ki, ya qələbəyə nail olmaq, ya da məğlubiyyətin qarşısını almaq üçün münaqişənin əvvəlində nüvə silahından istifadə etmək ehtiyacını hiss edəcək", - deyə ekspert bildirib.

Beləliklə, Üçüncü Dünya və yaxud nüvə müharibəsi ehtimalı artır. Ən təhlükəlisi odur ki, ABŞ və digər Avropa ölkələri münaqişələrin həlli istiqamətində heç bir addım atmırlar. Əksinə, münaqişə ocaqlarının daha da alovlanmasına şərait yaradırlar. Bu həm Yaxın Şərqdə, həm də Ukrayna-Rusiya münaqişəsində özünü göstərir. Dünyada 100-dən artıq aktiv münaqişə olduğunu nəzərə alsaq, bu ehtimalın reallığa çevrilmə təhlükəsi günbəgün artır.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 5320   Tarix: 05 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Litva Rusiya səfirliyinin nümayəndəsinə etiraz notası təqdim edib

Rusiyanın Litvadakı səfirliyinin nümayəndəsi ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb və ona etiraz notası təqdim edilib. XİN-in məlumatına istinadən xəbər verir ki, etiraz avqustun 14-dən 15-nə keçən gecə Tallində "Milrem Robotics" şirkətinin binalarının yandırılması insidenti il

30 sentyabr
.

Yəmən ordusu husilərin mövqelərinə zərbələr endirib

Yəmənin hökumət qüvvələri Sənada husilərin mövqelərinə, həmçinin ölkənin şimal-qərbindəki Səədə əyalətinə və cənub-qərbindəki Taiz əyalətinə zərbə endirib. xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı Yəmən ordusunun nümayəndəsi Məcid ən-Nüzeylinin bəyanatına istinadən məlumat yayıb. Onu

2 oktyabr
.

Rusiya Kiyev və ətraf ərazilərdəki enerji obyektlərinə zərbələr endirib

Ukrayna rəsmiləri bildiriblər ki, Rusiyanın pilotsuz təyyarələri və raket hücumları çərşənbə günü Kiyevdə və yaxınlıqdakı ərazilərdə enerji infrastrukturuna zərbə endirib. Reuters-ə istinadən xəbər verir ki, bu, milli enerji sistemini dağıtmağa yönəlmiş daha bir qış kampaniyasının başlanğıcıdır. Ba

30 sentyabr
.

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirir

ABŞ Kubaya qarşı sanksiyaları bir daha sərtləşdirərək ada dövləti və onun özəl sektoru ilə maliyyə əməliyyatlarına əlavə məhdudiyyətlər tətbiq edib. xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat verib. ABŞ hakimiyyəti təhlükəsizlik qüvvələri və Grupo de Administración Empresaria

30 sentyabr
.

Yaponiyada 6,0 bal gücündə zəlzələ baş verib

Yaponiyanın cənubundakı Okinava prefekturasında 6,0 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Yonaquni adasının yaxınlığında, 10 kilometr dərinlikdə yerləşib. xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat verib. Tələfat və ya dağıntı barədə məlumat verilməyib, sunami təhlükəs

30 sentyabr
.

Qrinspan BMT Baş katibi seçkilərində liderliyini qoruyub saxlayıb

Kosta Rikanın keçmiş vitse-prezidenti Rebekka Qrinspanın BMT Baş katibi vəzifəsinə keçirilən ilkin səsvermənin dördüncü turunda lider olduğu açıqlanıb. xəbər verir ki, BMT Təhlükəsizlik Şurasının üzvləri Baş katib vəzifəsinə namizəd seçmək və onu BMT Baş Assambleyasına təklif etmək üçün ilkin səsverm

30 sentyabr
.

ABŞ Səudiyyə Ərəbistanı və Qətərə əlavə Patriot batareyaları göndərir

ABŞ Səudiyyə Ərəbistanı və Qətərdəki neft və qaz obyektlərini qorumaq üçün əlavə iki "Patriot" raket batareyası göndərib. xəbər verir ki, bu barədə "Axios" məlumatlı mənbələrə istinadən xəbər verib. Onların sözlərinə görə, ötən ay ABŞ ordusu əsas neft obyektini qorumaq üçün Səudiyy

2 oktyabr
.

ABŞ Yaxın Şərqə üçüncü təyyarədaşıyan gəmini göndərir

ABŞ İranla bağlı hərbi qüvvələrini artırır. Reuters-ə istinadən xəbər verir ki, ABŞ ordusu USS Theodore Roosevelt təyyarədaşıyan gəmisinin rəhbərlik etdiyi zərbə qrupunu və USS Makin Island amfibiya qrupunu Yaxın Şərqə göndərir. Bu qüvvələrdə ümumilikdə təxminən 9 min hərbçi var. Gəlişdən sonra bölgəd

2 oktyabr
.

Tramp: İrana seçkilərdən sonra zərbə mümkündür

İrana seçkilərdən sonra zərbə endirmək mümkündür. Bunu ABŞ Prezidenti Donald Tramp "TIME" jurnalına müsahibəsində İrana qarşı hərbi əməliyyatların ölkəsində keçiriləcək aralıq seçkilərindən sonra genişləndirilib-genişləndirilməyəcəyi ilə bağlı suala cavabında deyib. "Mümkündür. Bizim çoxl

1 oktyabr