Bu gün geomaqnit qasırğası gözlənilir - YENİLƏNİB
Ötən üç sutka ərzində Günəş aktivliyi yüksək səviyyədə olub, bir neçə M sinif impulsiv alışma baş verib.
Bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumatda deyilir.
Qeyd edilir ki, Günəş küləyi parametrlərinin güclənməsi müşahidə olunub. 2-3 noyabr tarixlərində baş vermiş tac kütlə atılmaları (TKA) nəticəsində planetlərarası maqnit sahəsi normadan iki-üç dəfə yüksək olub. Günəş küləyinin sürəti 517 km/saata kimi artıb, sonradan 460-480 km/saata qədər azalıb.
"Noyabrın 6-da TKA-nın təsirinin davam etməsi səbəbindən G1 (mülayim) səviyyəli geomaqnit qasırğası müşahidə edilə bilər. Yuxarı en dairələrində isə G2 və G3 səviyyəli maqnit qasırğaları proqnozlaşdırılır. Sonrakı iki gün ərzində də aktivliyin davam edəcəyi ehtimal olunur.
21-25 noyabr tarixləri üçün də G1 (mülayim) səviyyəli geomaqnit qasırğası proqnozlaşdırılır. Maqnit qasırğasının loqarifmik indeksini xarakterizə edən Kp əmsalının orta qiyməti 6-12 noyabr tarixlərində 2-5 intervalında dəyişəcək", - kafedranın məlumatında deyilir.
10:16
Güclü maqnit qasırğası qəflətən Yer kürəsini bürüyüb.
Bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutu məlumat verib.
"Noyabrın 5-də günün ikinci yarısında geomaqnit sahəsində qeyri-sabitlik qeydə alınıb", - deyə məlumatda qeyd olunur.
Kosmik hava monitorinqi məlumatlarına görə, Yerin maqnit sahəsində qeyri-sabitlik dərəcəsi sürətlə G3 səviyyəsinə yüksəlib, bu da elmi təsnifata görə güclü maqnit qasırğası deməkdir.
Qeyd olunur ki, bu səviyyədə bütün planetdə enerji sistemlərində problemlər, o cümlədən təhlükəsizlik sistemlərində yanlış siqnallar və yağ transformatorlarının qaynaması müşahidə oluna bilər. Bundan əlavə, peyk və aşağı tezlikli radionaviqasiya və yüksək tezlikli radio rabitəsində fasilələr mümkündür.
"Orta enliklərdə qütb parıltısı müşahidə oluna bilər", - deyə materialda qeyd olunub./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1059 Tarix: 06 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Terrorizm Yer üzündən silinməlidir - Ben-Qvir
Yaradana və qəhrəman sərnişinlərə təşəkkür edirəm, amma İsrailin təhlükəsizlik doktrinası bir pillə yüksəldilməlidir. xəbər verir ki, bunu İsrail milli təhlükəsizlik naziri İtamar Ben-Qvir deyib. "İsrail son iki il yarım ərzində möhtəşəm iş görüb, amma dayanmaq olmaz. İran, Livan, Qəzza və İorda
30 sentyabrRusiya Kiyevdə Nüvə Tədqiqatları İnstitutunu vurdu
Rusiya Kiyevdəki Nüvə Tədqiqatları İnstitutunun ərazisinə PUA zərbəsi endirib. xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Hücum dünən axşam edilib və zərbədən sonra başlayan yanğın dərhal söndürülüb. Qeyd edək ki, Nüvə Tədqiqatları İnstitutunun ərasində VVR-M tədqiqat reaktoru yerləşi
1 oktyabrİsrail Qəzzada HƏMAS-ın komandirlərindən birini məhv etdiklərini açıqlayıb
HƏMAS-ın Qəzza zolağındakı şimal briqadasının komandiri İzzəddin əl-Bik ötən gecə İsrailin endirdiyi zərbə nəticəsində həlak olub. "Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Katsın birgə bəyanatınd
29 sentyabrABŞ hakimiyyəti Trampın rəhbərliyi altında 250 mindən çox vizanı ləğv etdi
ABŞ Dövlət Departamentinin sözçüsü Tommi Piqot çərşənbə günü bildirib ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası 250 mindən çox vizanı ləğv edib. xəbər verir ki, Piqott Fox News-da bildirib ki, "Dövlət Departamenti Prezident Tramp və Dövlət Katibi (Marko) Rubionun rəhbərliyi altında 25
1 oktyabrKaliforniya sahillərində vertolyot qəzaya uğrayıb
ABŞ-ın Kaliforniya ştatındakı Santa Katalina adası yaxınlığında tibbi vertolyot qəzaya uğrayıb, nəticədə dörd nəfər xəstəxanaya yerləşdirilib. xəbər verir ki, bu barədə NBC4 telekanalı rəsmi mənbələrə istinadən məlumat yayıb. Nəşr bildirib ki, "Vertolyotdan və sudan ən azı dörd nəfər çıxarılara
1 oktyabrGələn həftə Drakonid meteor yağışı olacaq
Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək. Qaynarinfo xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, Drakonidlərin mənbəyi (radiantı) Əjdaha (Draco) bürcündə yerləşdiyi üçün meteor yağışı bu adla tanınır. Meteo
1 oktyabr