Azərbaycan vətəndaşı Gürcüstanda İŞİD üzvü olmaqda ittiham edilərək həbs olunub - VİDEO
Tbilisi Şəhər Məhkəməsi İŞİD terror qruplaşmasının üzvü olmaqda şübhəli bilinən və bir sıra qanunsuz fəaliyyətlərdə ittiham olunaraq saxlanılan Azərbaycan vətəndaşı barəsində həbs qətimkan tədbiri seçib.
APA xəbər verir ki, məlumatı "Mtavari Arxi" telekanalı yayıb.
Bildirilib ki, məhkəmə saxlanılan hər iki əcnəbinin digər cinayət əməlləri törətməsi, istintaqın gedişinə mane olması təhlükəsini nəzərə alaraq onların barəsində həbs qətimkan tədbiri seçib.
***
Azərbaycan vətəndaşı Gürcüstanda İŞİD terror qruplaşmasının üzvü olmaqda ittiham edilərək saxlanılıb.
Bu barədə "Mtavari Arxi" telekanalı məlumat yayıb.
Bildirilib ki, ötən gün Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) anti-terror mərkəzi tərəfindən İŞİD terror qruplaşması ilə əlaqəli olmaqda şübhəli bilinərək saxlanılmış iki əcnəbidən biri Azərbaycan vətəndaşı, digəri isə Rusiya vətəndaşıdır.
DTX-nın məlumatında bildirilib ki, onlar Gürcüstan ərazisi ilə qanunsuz olaraq miqrantın başqa ölkəyə köçürülməsi və onun Gürcüstanda qalması üçün müvafiq şəraitin hazırlanması faktı əsasında saxlanılıblar.
Məlumata görə, saxlanılanların məhkəməsi bu saatlarda Tbilisi Şəhər Məhkəməsində keçiriləcək.
Qeyd olunub ki, istintaqın davam etməsi ilə əlaqədar iclas qapalı keçiriləcək.
Saxlanılanların vəkili Ani Şişniaşvili bildirib ki, DTX sübut əldə edə bilmədiyi üçün istintaq Gürcüstan Cinayət Məcəlləsinin odlu silahların və partlayıcı vasitələrin qanunsuz əldə edilməsi, saxlanması və gəzdirilməsini nəzərdə tutan 236-cı maddəsi əsasında aparılır.
Qeyd edək ki, Gürcüstan DTX-nın anti-terror mərkəzi ötən gün Tbilisidə eyni vaxtda iki nöqtəyə basqın edib. Qurumun məlumatına görə, basqın zamanı elektrik şoku cihazları, hərbi vasitələr, saxta sənədlər, əldəqayırma partlayıcı vasitələr və İŞİD simvolları aşkarlanaraq müsadirə edilib.
Faktla əlaqədar Gürcüstan Cinayət Məcəlləsinin 236 və 344-cü maddələri ilə istintaqa başladılıb. Anti-terror mərkəzinin saxlanılanlarla əlaqəsi olan digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində fəaliyyətləri davam etdirdiyi qeyd olunub.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 700 Tarix: 12 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Polşa və Rumıniya Ukraynaya hücum fonunda aviasiyanı havaya qaldırıb
Polşa ilə Rumıniya gecə və səhəri Rusiyanın Ukraynaya hava hücumları zamanı hava məkanının monitorinqini gücləndirib. APA xəbər verir ki, Polşa Silahlı Qüvvələrinin Operativ Komandanlığı sentyabrın 30-da səhər saatlarında Ukrayna bölgələrinə Rusiyanın hücumu ilə əlaqədar ölkənin aviasiyasının havay
30 sentyabrAlmaniya və daha beş ölkə Aİ büdcəsi ilə bağlı ultimatum irəli sürüb
Almaniya və Avropa İttifaqının (Aİ) daha beş ölkəsi Brüsseldən Aİ-nin 2028-2034-cü illər üçün planlaşdırılan büdcə xərclərini yüz milyardlarla avro azaltmağı tələb edib. "Financial Times"a istinadən xəbər verir ki, müvafiq məktubu Almaniya, Avstriya, Danimarka, Niderland, Finlandiya və İsve
29 sentyabrFransa şəkərli qidalara vergi tətbiq edəcək
Fransada 2027-ci il büdcəsində şəkərli qidalara yeni vergi tətbiq edilməsi nəzərdən keçirilir. xəbər verir ki, bu barədə Kiçik və Orta Müəssisələr, Ticarət, Sənətkarlıq, Turizm və Alıcılıq Gücü naziri Serj Papin 2027-ci il büdcəsi ilə bağlı məsələlərə toxunub. Nazir, Fransada 2027-ci il büdcəsi ilə bağl
30 sentyabrRusiya Kiyevdə Nüvə Tədqiqatları İnstitutunu vurdu
Rusiya Kiyevdəki Nüvə Tədqiqatları İnstitutunun ərazisinə PUA zərbəsi endirib. xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Hücum dünən axşam edilib və zərbədən sonra başlayan yanğın dərhal söndürülüb. Qeyd edək ki, Nüvə Tədqiqatları İnstitutunun ərasində VVR-M tədqiqat reaktoru yerləşi
1 oktyabrMoldovada PUA partlayıb
Moldovanın Anenii-Noi rayonunda pilotsuz uçuş aparatı (PUA) yerə çırpılaraq partlayıb. Bu barədə "Ziarul de Gardă" nəşri Moldova Polisinə istinadən məlumat yayıb. İlkin məlumata görə, hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb. Ərazi polis tərəfindən təhlükəsizlik məqsədilə mühasirəy
30 sentyabrABŞ hakimiyyəti Trampın rəhbərliyi altında 250 mindən çox vizanı ləğv etdi
ABŞ Dövlət Departamentinin sözçüsü Tommi Piqot çərşənbə günü bildirib ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası 250 mindən çox vizanı ləğv edib. xəbər verir ki, Piqott Fox News-da bildirib ki, "Dövlət Departamenti Prezident Tramp və Dövlət Katibi (Marko) Rubionun rəhbərliyi altında 25
1 oktyabrFransada etirazlar zamanı onlarla tələbə yaralanıb
Fransada məktəblərin vəziyyəti, resurs çatışmazlığı və imtahanların yaratdığı streslə əlaqədar tələbələrin davam edən nümayişləri fonunda onlarla tələbə və təhsil işçisi yaralanıb. "Report"un "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, Fransanın təhsil naziri Eduard Jeffre
30 sentyabr