Putin qələbəyə hazırlaşır - Gözlənilməz AÇIQLAMA
Rusiya Prezidenti Vladimir Putin ABŞ-də yeni yardımın ayrılması ilə bağlı qərarın ləngiməsi və Avropa İttifaqının (Aİ) Ukraynanı silah satın alması üçün maddi vəsaitlə dəstəkləməyə davam edə bilməməsi səbəbindən yenidən bu ölkəyə qarşı müharibədə qələbəni qeyd etmək planlarına qayıda bilər.
Bu barədə Litvanın xarici işlər naziri Qabrielius Landsbergis Brüsseldə jurnalistlərə bildirib.
"Putin yarımçıq qoyduğu qələbə günü ilə bağlı planların tozunu silməyə hazırlaşır. Çünki Vaşinqtondakı müzakirələri, Avropanın Ukraynaya hərbi dəstək vermək məsələsində irəli gedə bilməməsini və cəbhədə ukraynalılara təzyiqlərin artmasını gördükdən sonra, məncə, məmnuniyyətlə yenidən planlaşdırmağa başlaya bilər", - deyə Landsberqis bildirib.
Litvanın XİN rəhbəri onu da qeyd edib ki, hazırkı vəziyyətdə Rusiya ilə danışıqlar Ukraynanın əleyhinə olacaq.
"İstənilən növ atəşkəs və ya danışıqlar Moskvada qələbə gününə gətirib çıxaracaq. Putin bunu açıq şəkildə təkid edir. Elə bir gün gələ bilər ki, ukraynalılar bizim onları silahla təmin edə bilmədiyimiz üçün daha döyüşməyə bilərlər. Bu yolla Putinin qələbəsini təbliğ edirik. Açıq olmalıyıq, "qızıl orta" yoxdur. Atəşkəs olarsa, bu, Putinin qələbəsi olacaq", - deyə o, əlavə edib./oxu.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1071 Tarix: 14 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tramp: İrana seçkilərdən sonra zərbə mümkündür
İrana seçkilərdən sonra zərbə endirmək mümkündür. Bunu ABŞ Prezidenti Donald Tramp "TIME" jurnalına müsahibəsində İrana qarşı hərbi əməliyyatların ölkəsində keçiriləcək aralıq seçkilərindən sonra genişləndirilib-genişləndirilməyəcəyi ilə bağlı suala cavabında deyib. "Mümkündür. Bizim çoxl
1 oktyabrTürkiyədə mədəndə uçqun: Dağıntılar altında qalanlar var
Türkiyənin Manisa vilayətinin Soma rayonunda fəaliyyət göstərən kömür mədənində uçqun baş verib. "TRT Haber"ə istinadən xəbər verir ki, uçqun altında qalan 7 işçidən 2-si sağ çıxarılıb. Digərlərinin axtarış-xilasetmə əməliyyatları davam edir
1 oktyabrUkrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirib
Ukrayna dronları Samara bölgəsinə hücum edib və səhər tezdən hakimiyyət orqanları raket təhlükəsi elan etdi və bölgə sakinlərini sığınacaq axtarmağa çağırıb. xəbər verir ki, bu fonda Samarada ictimai nəqliyyat dayandırılıb. Həyəcan siqnalının bitdiyini bir neçə saat sonra, Moskva vaxtı ilə səhər saa
2 oktyabrTerrorizm Yer üzündən silinməlidir - Ben-Qvir
Yaradana və qəhrəman sərnişinlərə təşəkkür edirəm, amma İsrailin təhlükəsizlik doktrinası bir pillə yüksəldilməlidir. xəbər verir ki, bunu İsrail milli təhlükəsizlik naziri İtamar Ben-Qvir deyib. "İsrail son iki il yarım ərzində möhtəşəm iş görüb, amma dayanmaq olmaz. İran, Livan, Qəzza və İorda
30 sentyabrPolşa və Rumıniya Ukraynaya hücum fonunda aviasiyanı havaya qaldırıb
Polşa ilə Rumıniya gecə və səhəri Rusiyanın Ukraynaya hava hücumları zamanı hava məkanının monitorinqini gücləndirib. APA xəbər verir ki, Polşa Silahlı Qüvvələrinin Operativ Komandanlığı sentyabrın 30-da səhər saatlarında Ukrayna bölgələrinə Rusiyanın hücumu ilə əlaqədar ölkənin aviasiyasının havay
30 sentyabrRusiya Kiyev və ətraf ərazilərdəki enerji obyektlərinə zərbələr endirib
Ukrayna rəsmiləri bildiriblər ki, Rusiyanın pilotsuz təyyarələri və raket hücumları çərşənbə günü Kiyevdə və yaxınlıqdakı ərazilərdə enerji infrastrukturuna zərbə endirib. Reuters-ə istinadən xəbər verir ki, bu, milli enerji sistemini dağıtmağa yönəlmiş daha bir qış kampaniyasının başlanğıcıdır. Ba
30 sentyabr