Qohumları döyməsindən tanıdı! 31 il sonra...
Beynəlxalq Kriminal Polis Təşkilatının (İNTERPOL) qohumları tapıla bilməyən qadınların meyitlərinin tanınması üçün başlatdığı əməliyyat nəticəsində illər sonra bir nəfər ailəsinə bildirilib.
Sonxeber.az BiG.AZ-a istinadən xəbər verir ki, Belçikada öldürülən Britaniya vətəndaşı Rita Robertsin kimliyi 31 il sonra ailəsi tərəfindən müəyyən edilib.
Qadının döyməsini görən ailə onun Rita Roberts olduğunu anlayıb. İnterpolun polis rəisi Stiven Kavanaq deyib ki, Robertsin ailəsi döyməni görən kimi Belçikadakı səlahiyyətlilərlə əlaqə saxlayıb və onlar qadının kimliyini rəsmən müəyyən ediblər.
İnterpolun açıqlamasına görə, 1992-ci ilin fevralında İngiltərədən Belçikanın Antverpen şəhərinə gedən Rita Roberts sonuncu dəfə 1992-ci ilin may ayında mktub göndərərək ailəsi ilə əlaqə saxlayıb və onun cansız bədəni çayda tapılıb.

Belçika səlahiyyətliləri şəxsiyyətin müəyyənləşdirilməsi tamamlandıqdan sonra qətlin təfərrüatları ilə bağlı araşdırmalara başlayıb. İNTERPOL Hollandiya, Belçika və Almaniyada qətlə yetirilən 15-30 yaş arası 22 qadının kimliyini müəyyən etmək üçün "Məni tanı" adlı əməliyyata başlayıb.
Polisdən verilən açıqlamada bildirilib ki, may ayında başladılan əməliyyat çərçivəsində indiyədək işlərlə bağlı 1250 məlumat daxil olub.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1327 Tarix: 15 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
KİV: İranın nüvə obyektlərində bərpa işlərinə başlayıb
Ehtimal olunur ki, İran bir sıra nüvə obyektlərində infrastrukturun bərpası işlərinə başlayıb. xəbər verir ki, bu barədə CNN telekanalı peyk görüntülərinə əsaslanaraq məlumat yayıb. Telekanalın məlumatına əsasən, iyunun sonu və iyulun əvvəllərində ölkənin bir neçə nüvə və raket obyektində yeni fəallı
12 iyulPentaqon UNO-lar barədə arxiv materiallarının dördüncü paketini açıqlayıb
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) naməlum uçan obyektlərlə (UNO) bağlı arxiv materiallarının dördüncü paketini dərc edib. "Report" xəbər verir ki, bu barədə məlumat Pentaqonun rəsmi saytında yerləşdirilib. Bildirilib ki, əvvəllər məxfi saxlanılan materialların ictimaiyyətə açıqlanması layihəsind
12 iyulİran ABŞ ilə birbaşa danışıqlar tələbini təkzib etdi
Rəsmi Tehran danışıqların bərpası üçün ABŞ prezidenti Donald Trampa müraciət etməyib, lakin vasitəçilər vasitəsilə əlaqələrə müsbət yanaşır. xəbər verir ki, IRIB teleradioşirkəti adı açıqlanmayan rəsmi mənbəyə istinadən məlumat yayıb. "Biz Birləşmiş Ştatlarla yeni danışıqlar mərhələsi tələb etməmişik
12 iyulAbbas Əraqçi ABŞ-nin sanksiyalarına etiraz edib
ABŞ Maliyyə Nazirliyinin İranla əlaqəli olduğu ehtimal olunan şəxs və şirkətlərə qarşı sanksiya tətbiq etməsi Tehranda etirazla qarşılanıb. "Report" xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi buna görə ABŞ-ni İslamabad Anlaşma Memorandumunu pozmaqda günahlandırıb. "Qarşılıql
12 iyulOman və İran Hörmüz boğazı ilə bağlı danışıqları davam etdirəcəklər
Maskatda Hörmüz boğazında gəmiçilik, onun təhlükəsizliyinin təminatı və Tehranla Vaşinqton arasında gərginlik fonunda naviqasiya azadlığının təmin olunması məsələlərini müzakirə etmək üçün Oman-İran danışıqları keçirilib. "Report"un məlumatına görə, bu barədə Omanın Xarici İşlər Nazirliyini
12 iyulGürcüstanda təbii fəlakət: Telavini su basdı, körpü uçdu
Gürcüstanda yağan güclü yağışlar Telavi şəhərində genişmiqyaslı daşqına səbəb olub. Gürcüstan mətbuatına istinadən xəbər verir ki, suyun səviyyəsinin kəskin artması nəticəsində Telavisxevi çayı məcrasından çıxıb. Çay şəhərin prospekt və küçələrini qismən su altında qoyub. Yaşayış binalarının birinc
12 iyulHakan Fidan: ABŞ-İran münaqişəsi genişlənə bilər
ABŞ ilə İran arasındakı hərbi toqquşmalar daha geniş əraziyə yayıla bilər. "Report" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan "TRT Haber"ə müsahibəsində deyib. "Əraqçi (İranın xarici işlər naziri Abbas Əraqçi) zəng vurdu və bu mövzuda telefonla danışdıq"
12 iyul