İsrail qüvvələri İordan çayının qərb sahilində 12 yaşlı uşağı öldürüb
İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilindəki Nablus şəhərində 12 yaşlı bir uşağı sinəsindən həqiqi güllə ilə vuraraq öldürüb.
Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən yazılı açıqlamada İsrail qüvvələrinin Nablusun Beyta qəsəbəsində açdığı atəş nəticəsində 12 yaşlı uşağın sinəsindən həqiqi güllə ilə vurulduğu bildirilib.
Fələstin Səhiyyə Nazirliyi də Beyta qəsəbəsində baş verən qarşıdurmada ağır yaralanan 12 yaşlı Məhəmməd İbrahim Fuad Udeylinin dünyasını dəyişdiyini açıqlayıb.
Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, oktyabrın 7-dən etibarən işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə İsrail qüvvələri və yəhudi mühacirlər tərəfindən təşkil edilən hücumlarda həlak olan fələstinlilərin sayı 229-a yüksəlib.
Oktyabrın 7-dən bu yana İordan çayının qərb sahilində bu hücumlarda 2900-ə yaxın fələstinli yaralanıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 710 Tarix: 24 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Estoniya Rusiya ilə sərhəddə hərbi şəhərcik inşa etmək niyyətindədir
Estoniya hakimiyyəti Rusiya ilə həmsərhəd Narvada ilk hərbi şəhərcik inşa etmək niyyətindədir və burada Müdafiə Qüvvələrinin təxminən 200 hərbi qulluqçusundan ibarət bölməsinin yerləşdirilməsi planlaşdırılır. "Report" xəbər verir ki, bu barədə ERR agentliyinə müsahibəsində Estoniya Müdafi
12 iyulBritaniyanın konteyner gəmisi Oman sahillərində hücuma məruz qalıb
Konteyner gəmisi Oman sahillərindən 16 km şərqdə zədələnib, bundan sonra göyərtədə yanğın baş verib. "Report" xəbər verir ki, bu barədə Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Daşımalarının Koordinasiyası Mərkəzi (UKMTO) məlumat yayıb. "UKMTO Omandan 16 km şərqd
12 iyulİran XİN: BMT TŞ-nin nüvə proqramı ilə bağlı qətnaməsinin müddəti bitib
İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai BMT Təhlükəsizlik Şurasının (TŞ) İslam Respublikasının nüvə proqramı ilə bağlı son iclasını tənqid edib. "Report" ISNA-ya istinadən xəbər verir ki, İ. Bəqai iclasın ABŞ, Böyük Britaniya və Fransanın tələbi ilə keçirildiyini bildirib
12 iyulRubio: ABŞ Kubaya qarşı bütün vasitələrdən istifadə etməyə hazırdır
ABŞ administrasiyası milli təhlükəsizliyinə Kuba tərəfindən düşündüyü təhdidlərin aradan qaldırılması üçün bütün mövcud vasitələrdən istifadə etməyə hazırdır. "Report" xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Dövlət Departamenti tərəfindən yayılan bəyanatında bildirib. Onun sözlərin
12 iyul