"Günəş ləkəsi arxipelaqı" üzünü Yerə çevirib
Heliofiziklər bildirirlər ki, noyabrın 18-də Günəşin şimal-şərqində peyda olan bir qrup Günəş ləkəsi Yerə doğru çevrilir. İndiyə qədər onlar böyüyüb çoxalaraq artıq 200.000 km-dən çox uzanan "Günəş ləkəsi arxipelaqı" əmələ gətiriblər. Onun üzərində bizimki kimi 15 planet asanlıqla yerləşə bilər.
Mütəxəssislərin fikrincə, 10 ildən artıqdır ki onlar bu halı müşahidə etməyiblər. Bu fenomen növbəti iki həftə ərzində gözlənilən müxtəlif gücə malik bir sıra maqnit qasırğalarının baş verməsi təhlükəsi yaradır.
Günəş ləkələrinin çoxluğu günəş fəaliyyətinin 11 illik dövrünün maksimumuna yaxınlaşmasının əlamətidir. Bu hadisə artıq 25-ci dəfədir ki, müşahidə edilir.
Bütün Günəş "arxipelaq"ın ləkələrindən lərzəyə gəlir - seysmik dalğalar onun üzərindən keçir. Ləkələrin özləri protuberans - kosmosa 64 min km yüksələn və ondan qopmaq üzrə olan günəş materiyası halqaları saçır. "Arxipelaq"da artıq müxtəlif dərəcəli 20 yaxın püskürmə baş verib – bunlar hələ ən güclüsü deyil. Amma güclü püskürmələr, necə deyərlər, hələ yoldadırlar. Axı, bu mənada ləkələr qrupları ən təhlükəli hesab olunur. Onlar nə qədər geniş və çox olsalar, Yer kürəsi üçün xoşagəlməz hadisələrin - güclü alovlanmalar, genişmiqyaslı tac püskürmələri və güclü Günəş küləyinin başvermə ehtimalı bir o qədər yüksəkdir.
Alimlər yaranan "arxipelaqı" keçən əsrdə Günəşin dərinliklərindən üzə çıxan və "Karrinqton hadisəsi" (Carnington Event) adlanan hadisəyə səbəb olan arxipelaqla müqayisə edirlər. 1859-cu ilin sentyabrında - astronomik standartlara görə, bu yaxınlarda - İngilis astronomu Riçard Karrinqton Günəşdə bir çox qeyri-adi böyük ləkələr görüb və bu ləkələr gözqamaşdırıcı bir parıltı ilə parlayıb./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1083 Tarix: 24 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yaponiyada 6,0 bal gücündə zəlzələ baş verib
Yaponiyanın cənubundakı Okinava prefekturasında 6,0 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Yonaquni adasının yaxınlığında, 10 kilometr dərinlikdə yerləşib. xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat verib. Tələfat və ya dağıntı barədə məlumat verilməyib, sunami təhlükəs
30 sentyabrPolşa və Rumıniya Ukraynaya hücum fonunda aviasiyanı havaya qaldırıb
Polşa ilə Rumıniya gecə və səhəri Rusiyanın Ukraynaya hava hücumları zamanı hava məkanının monitorinqini gücləndirib. APA xəbər verir ki, Polşa Silahlı Qüvvələrinin Operativ Komandanlığı sentyabrın 30-da səhər saatlarında Ukrayna bölgələrinə Rusiyanın hücumu ilə əlaqədar ölkənin aviasiyasının havay
30 sentyabrPentaqona ŞOK KİBERHÜCUM: 3 milyon əməkdaşın məlumatı oğurlandı
ABŞ Müdafiə Nazirliyinin məlumat sisteminə genişmiqyaslı kiberhücum edilib. xarici KİV-ə istinadən xəbər verir ki, hakerlər Pentaqon əməkdaşları və hərbçiləri barədə məxfi məlumatların saxlanıldığı böyük kadr bazasına giriş əldə ediblər. Hadisə nəticəsində 2 milyon 760 min sağ şəxsin, həmçinin 294 mi
29 sentyabrUkrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirib
Ukrayna dronları Samara bölgəsinə hücum edib və səhər tezdən hakimiyyət orqanları raket təhlükəsi elan etdi və bölgə sakinlərini sığınacaq axtarmağa çağırıb. xəbər verir ki, bu fonda Samarada ictimai nəqliyyat dayandırılıb. Həyəcan siqnalının bitdiyini bir neçə saat sonra, Moskva vaxtı ilə səhər saa
2 oktyabrHəbsdə "lüks həyat" yaşayır - Məhbuslar ona yemək bişirir
P. Diddy kimi tanınan amerikalı məşhur reper Şon Kombsa həbsxanada bir neçə məhbus xidmət edir. "Qafqazinfo" xəbər verir ki, bu barədə "NBC News" telekanalı digər məhbusların anonim ifadələrinə istinadən məlumat yayıb. Bildirilir ki, həmin məhbuslar P. Diddy üçün yemək hazırlayır
30 sentyabr