"Maraqdan" qətl törədən 23 yaşlı qıza ömürlük həbs cəzası verildi - FOTO+VİDEO
Cənubi Koreyada bir nəfəri "sırf maraq ucbatından" öldürdüyünü deyən "əsl cinayət hekayəsi" fanatı ömürlük həbs cəzasına məhkum edilib.
Sonxeber.az BiG.AZ-a istinadən xəbər verir ki, 23 yaşlı Yunq Yoo-yunq deyib ki, kriminal şoulara və romanlara qarşı onda aludəçilik yaranıb.
"Cinayət etməyə cəhd" ideyasına qapılan Jung mobil proqram vasitəsilə ingilis dili müəllimi ilə tanış olur. Daha sonra Yunq qadını öz evində bıçaqlayaraq öldürüb. Qətl Cənubi Koreyanı şoka salıb.
Təfərrüatlara görə, işsiz olan və babası ilə yaşayan Yunq, aylarca qurban axtarıb və onlayn tədris proqramından istifadə edərək hədəf tapıb. Özünü ingilis dili dərsi tələb edən orta məktəb şagirdinin anası kimi təqdim edən Yunq, Pusanda yaşayan 26 yaşlı qurbanı ilə əlaqə saxlayıb.
Yunq daha sonra internetdən aldığı məktəbli formasını geyinərək müəllimin evinə gəlib. Müəllimi içəri buraxdıqdan sonra qadına hücum edərək, ona 100-dən çox bıçaq zərbəsi vuraraq öldürüb.
Qətldən sonra Yunq qadının meyitini parçalara ayırıb. Taksidən istifadə edərək qalıqların bir hissəsini Pusanın şimalındakı boş çay kənarındakı parka atıb.
Məhkəmədə cinayətini etiraf edən Yunq həmin vaxt halüsinasiyalar və digər psixi pozğunluqlardan əziyyət çəkdiyini iddia edərək, daha yüngül cəza istəyib. Bununla belə, Yunq ömürlük həbs cəzasına məhkum edilib.


Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1188 Tarix: 25 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yaponiyada 6,0 bal gücündə zəlzələ baş verib
Yaponiyanın cənubundakı Okinava prefekturasında 6,0 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Yonaquni adasının yaxınlığında, 10 kilometr dərinlikdə yerləşib. xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat verib. Tələfat və ya dağıntı barədə məlumat verilməyib, sunami təhlükəs
30 sentyabrPolşa və Rumıniya Ukraynaya hücum fonunda aviasiyanı havaya qaldırıb
Polşa ilə Rumıniya gecə və səhəri Rusiyanın Ukraynaya hava hücumları zamanı hava məkanının monitorinqini gücləndirib. APA xəbər verir ki, Polşa Silahlı Qüvvələrinin Operativ Komandanlığı sentyabrın 30-da səhər saatlarında Ukrayna bölgələrinə Rusiyanın hücumu ilə əlaqədar ölkənin aviasiyasının havay
30 sentyabrPentaqona ŞOK KİBERHÜCUM: 3 milyon əməkdaşın məlumatı oğurlandı
ABŞ Müdafiə Nazirliyinin məlumat sisteminə genişmiqyaslı kiberhücum edilib. xarici KİV-ə istinadən xəbər verir ki, hakerlər Pentaqon əməkdaşları və hərbçiləri barədə məxfi məlumatların saxlanıldığı böyük kadr bazasına giriş əldə ediblər. Hadisə nəticəsində 2 milyon 760 min sağ şəxsin, həmçinin 294 mi
29 sentyabrUkrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirib
Ukrayna dronları Samara bölgəsinə hücum edib və səhər tezdən hakimiyyət orqanları raket təhlükəsi elan etdi və bölgə sakinlərini sığınacaq axtarmağa çağırıb. xəbər verir ki, bu fonda Samarada ictimai nəqliyyat dayandırılıb. Həyəcan siqnalının bitdiyini bir neçə saat sonra, Moskva vaxtı ilə səhər saa
2 oktyabrHəbsdə "lüks həyat" yaşayır - Məhbuslar ona yemək bişirir
P. Diddy kimi tanınan amerikalı məşhur reper Şon Kombsa həbsxanada bir neçə məhbus xidmət edir. "Qafqazinfo" xəbər verir ki, bu barədə "NBC News" telekanalı digər məhbusların anonim ifadələrinə istinadən məlumat yayıb. Bildirilir ki, həmin məhbuslar P. Diddy üçün yemək hazırlayır
30 sentyabr