Fransada erməni əsgərlər Rusiyaya qarşı müharibədə iştirak üçün hazırlanırlar?

Fransada erməni əsgərlər Rusiyaya qarşı müharibədə iştirak üçün hazırlanırlar?"Fransada təxminən yeddi mərkəzdə Ermənistandan olan əsgərlər Rusiyaya qarşı müharibədə iştirak üçün hazırlanırlar".

Bu sözləri rusiyalı jurnalist Anastasiya Kaşevarova öz "Telegram" kanalında etdiyi paylaşımda deyib.

"Bu yaxınlarda "Zerqulio" kanalı Fransadakı erməni hərbçilərin sonradan Ukraynadakı münaqişə zonasına (kimin tərəfində olduğu aydındır) göndərilməsi üçün hazırlanmasından yazmışdı.

Təəssüf ki, bu məlumat öz təsdiqini tapdı, üstəlik, mənim mənbələrimin verdikləri məlumata görə, erməni əsgərlərinin hazırlanması üçün təkcə Fontevro Labedəki təlim mərkəzindən istifadə edilmir, bu mərkəzlər bir neçə dənədir (bəlkə də, yeddiyə yaxındır). Təsdiq olaraq bu təlim mərkəzlərindən foto və videolar göndərilib. Xüsusilə Mayi-le-Kan yaşayış məntəqəsi ərazisindəki təlim mərkəzinə döyüş hazırlığı mərkəzi (CENTAC - Centre d'entrainement au combat) və idarəetmə məntəqələri zabitlərinin hazırlıq mərkəzi (CES - Center d'entrainement des post de commandement) daxildir", - deyə Anastasiya Kaşevarova paylaşımda bildirib.

Onun sözlərinə görə, əsgərlər fransız təlimatçılar, o cümlədən etnik ermənilər tərəfindən işə götürülüb, həmçinin, aralarında Qarabağ separatçılarından "könüllülər" də olub.

"Amma mənim bildiyimə görə, bu proqram Ermənistan Müdafiə Nazirliyinin tam dəstəyi ilə fəaliyyət göstərdiyi üçün Fransaya məcburi şəkildə hərbi qulluqçular da göndəriliblər. Bunlar Ermənistan ərazisində xidmət edənlərdir. Hazırda əsgərlərə NATO silahları ilə işləmək öyrədilir və daha sonra onları Rusiyaya qarşı müharibəyə yönləndirmək niyyətindədirlər", - deyə rusiyalı jurnalist qeyd edib.

"Qəribə təsadüfdür ki, oktyabrın ortalarında Ermənistanın müdafiə naziri Fransada səfərdə olub və orada Fransa Müdafiə Nazirliyi ilə bir sıra sənədlər imzalayıb. İndi aydın oldu ki, söhbət hansı "təcrübə mübadiləsindən" gedir", - Anastasiya Kaşevarova vurğulayıb.

"Xatırladım ki, Ermənistan hələ də KTMT-nin (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı - red.) üzvüdür. Müttəfiqə bax", - deyə jurnalist istehza ilə fikrini tamamlayıb./Oxu.az


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1010   Tarix: 27 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tramp Kim Çen Inla dost münasibətlərindən danışıb

ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla qarşılıqlı anlaşma əldə etdiyini açıqlayıb. xəbər verir ki, Tramp jurnalistlərə bildirib: "Məlum oldu ki, o, mənim dostum Kim Çen Indır. O, mənim dostumdur. O, Trampı sevir. Bir çox başqa insan da onu sevmir. Yəqin ki, mən bütün dünyad

30 sentyabr
.

Almaniyanın "Berlin-Brandenburq" aeroportunda yeni dron aşkarlama sistemi tətbiq edilib

Almaniyanın "Berlin-Brandenburq" hava limanında pilotsuz uçuş aparatlarını (PUA) ilkin mərhələlərdə qeydə almağa və hava hərəkəti üçün mümkün təhlükələr barədə xidmətləri məlumatlandırmağa imkan verəcək yeni dron aşkarlama sistemi tətbiq edilib. "Report" xəbər verir ki, bu barəd

30 sentyabr
.

Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirib

Ukrayna dronları Samara bölgəsinə hücum edib və səhər tezdən hakimiyyət orqanları raket təhlükəsi elan etdi və bölgə sakinlərini sığınacaq axtarmağa çağırıb. xəbər verir ki, bu fonda Samarada ictimai nəqliyyat dayandırılıb. Həyəcan siqnalının bitdiyini bir neçə saat sonra, Moskva vaxtı ilə səhər saa

2 oktyabr
.

Süni intellekt bioloji silah yarada bilərmi?

"Mindgard" təhlükəsizlik şirkətinin apardığı sınaqlar zamanı çinli süni intellekt şirkəti "Moonshot"ın iki modelində mürəkkəb təlimatlarla təhlükəsizlik məhdudiyyətlərinin aşılmasının mümkün olduğu üzə çıxıb. Tədqiqatçılar modellərdən normal şəraitdə cavab verməməli olduqları təhlükəl

1 oktyabr
.

The Washington Post: "Meksikada illərdir açılmayan cinayət işi üzrə yeni sübutlar ortaya çıxıb"

Meksikada uzun illərdir açılmamış qalan səs-küylü cinayət işi ilə bağlı araşdırmada yeni sübutlar ortaya çıxıb. The Washington Post-a istinadən xəbər verir ki, istintaq orqanları əvvəlki illərdə toplanmış materialları yenidən araşdırır və yeni əldə edilən dəlillər əsasında hadisənin iştirakçılarını müəyyənləşdirməy

30 sentyabr
.

Pentaqona ŞOK KİBERHÜCUM: 3 milyon əməkdaşın məlumatı oğurlandı

ABŞ Müdafiə Nazirliyinin məlumat sisteminə genişmiqyaslı kiberhücum edilib. xarici KİV-ə istinadən xəbər verir ki, hakerlər Pentaqon əməkdaşları və hərbçiləri barədə məxfi məlumatların saxlanıldığı böyük kadr bazasına giriş əldə ediblər. Hadisə nəticəsində 2 milyon 760 min sağ şəxsin, həmçinin 294 mi

29 sentyabr
.

Avropa rus qazından öz iradəsi ilə imtina etdi… - Makron

Rusiya qazı Avropa sənayesinin rəqabət qabiliyyətinin əsas amillərindən biri olub və Avropa ondan öz iradəsi ilə imtina edib. xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib. O bildirib ki, Avropa ölkələri qalıq yanacaqlardan asılılığını bir daha təsdiqləyən enerji böhranının yeni mərhələsin

30 sentyabr
.

The Guardian: "ABŞ-da hakim televiziya kanalına qarşı cinayət işi başlatmağa çalışıb"

ABŞ-ın Luiziana ştatında bir hakim onun daşınmaz əmlak sövdələşməsi barədə yayımlanan araşdırmadan sonra televiziya kanalından şikayət edib. The Guardian yazır ki, hakim Kimya Holmes yerli CBS filialı WWL Louisiana barədə polisə müraciət edib. Mübahisə jurnalist David Hammerin hakimlə bağlı apardığ

30 sentyabr
.

Fransada etirazlar zamanı onlarla tələbə yaralanıb

Fransada məktəblərin vəziyyəti, resurs çatışmazlığı və imtahanların yaratdığı streslə əlaqədar tələbələrin davam edən nümayişləri fonunda onlarla tələbə və təhsil işçisi yaralanıb. "Report"un "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, Fransanın təhsil naziri Eduard Jeffre

30 sentyabr