Kahramanmaraşda Azərbaycan məhəlləsi inşa edilir - FOTO
Türkiyənin Kahramanmaraş şəhərində Azərbaycan məhəlləsi inşa edilir.
Məhəllə 6 fevral zəlzələsindən sonra göstərdiyi kömək və dəstəyə görə Azərbaycana təşəkkür etmək məqsədi ilə tikilir.
Bu barədə Kahramanmaraş Böyükşehir Bələdiyyəsi sədri Hayrettin Güngör bildirib.
Onun sözlərinə görə, 320 sot sahədə qurulacaq məhəllənin 100 milyon dollarlıq hissəsi Azərbaycan tərəfindən qarşılanır.
Hayrettin Güngör qeyd edib ki, fəlakətin baş verdiyi ilk gündən Türkiyənin yanında olan Azərbaycana təşəkkür etmək üçün yaşayış evlərinin tikiləcəyi əraziyə "Azərbaycan məhəlləsi" adı verilib.
Məhəllədə ilkin olaraq aprelin 29-da Heydər Əliyev adına ibtidai məktəbin təməli qoyulub.
24 sinifli məktəbin təməlqoyma mərasiminə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan videokonfrans vasitəsilə qatılıblar.
Azərbaycan məhəlləsində Heydər Əliyev adına ibtidai məktəbin tikintisi davam etdiyi sırada yaşayış və iş yerlərinin tikiləcəyi ərazilərdə də təməlin bərkidilməsi işləri aparılır.
Hayrettin Güngör çox gözəl bir məhəllənin salındığını vurğulayıb.
"Mənalı olması baxımından Heydər Əliyev küçəsi ilə Azərbaycan küçəsinin kəsişdiyi bu ərazidə azərbaycanlı qardaşlarımızın dəstəyi ilə bu məhəllə yaradıldı və "Azərbaycan məhəlləsi" adlandırıldı. İndi burada 1 323 yaşayış və 799 iş yerinin 100 milyon dollarlıq xərcini qardaş ölkə Azərbaycan qarşılayır. 320 sotluq ərazidə gərgin işlər gedir", - deyə o qeyd edib.








Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1113 Tarix: 29 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ABŞ Səudiyyə Ərəbistanı və Qətərə əlavə Patriot batareyaları göndərir
ABŞ Səudiyyə Ərəbistanı və Qətərdəki neft və qaz obyektlərini qorumaq üçün əlavə iki "Patriot" raket batareyası göndərib. xəbər verir ki, bu barədə "Axios" məlumatlı mənbələrə istinadən xəbər verib. Onların sözlərinə görə, ötən ay ABŞ ordusu əsas neft obyektini qorumaq üçün Səudiyy
2 oktyabrPolşa və Rumıniya Ukraynaya hücum fonunda aviasiyanı havaya qaldırıb
Polşa ilə Rumıniya gecə və səhəri Rusiyanın Ukraynaya hava hücumları zamanı hava məkanının monitorinqini gücləndirib. APA xəbər verir ki, Polşa Silahlı Qüvvələrinin Operativ Komandanlığı sentyabrın 30-da səhər saatlarında Ukrayna bölgələrinə Rusiyanın hücumu ilə əlaqədar ölkənin aviasiyasının havay
30 sentyabrRusiya Kiyev və ətraf ərazilərdəki enerji obyektlərinə zərbələr endirib
Ukrayna rəsmiləri bildiriblər ki, Rusiyanın pilotsuz təyyarələri və raket hücumları çərşənbə günü Kiyevdə və yaxınlıqdakı ərazilərdə enerji infrastrukturuna zərbə endirib. Reuters-ə istinadən xəbər verir ki, bu, milli enerji sistemini dağıtmağa yönəlmiş daha bir qış kampaniyasının başlanğıcıdır. Ba
30 sentyabrAvropa rus qazından öz iradəsi ilə imtina etdi… - Makron
Rusiya qazı Avropa sənayesinin rəqabət qabiliyyətinin əsas amillərindən biri olub və Avropa ondan öz iradəsi ilə imtina edib. xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib. O bildirib ki, Avropa ölkələri qalıq yanacaqlardan asılılığını bir daha təsdiqləyən enerji böhranının yeni mərhələsin
30 sentyabrİqlim dəyişikliyi təhlükəli infeksiyanın yayılmasına səbəb ola bilər
İqlim dəyişikliyi gəmiricilərlə əlaqəli bəzi təhlükəli infeksiyaların yayılması riskini artıra bilər. Qaynarinfo xəbər verir ki, bu qənaətə London Təbiət Tarixi Muzeyi, Oksford Universiteti və digər elmi müəssisələrin tədqiqatçıları gəliblər. "Independent" yazır ki, alimlər Afrika siçanlarını
30 sentyabrUkrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirib
Ukrayna dronları Samara bölgəsinə hücum edib və səhər tezdən hakimiyyət orqanları raket təhlükəsi elan etdi və bölgə sakinlərini sığınacaq axtarmağa çağırıb. xəbər verir ki, bu fonda Samarada ictimai nəqliyyat dayandırılıb. Həyəcan siqnalının bitdiyini bir neçə saat sonra, Moskva vaxtı ilə səhər saa
2 oktyabrKaliforniya sahillərində vertolyot qəzaya uğrayıb
ABŞ-ın Kaliforniya ştatındakı Santa Katalina adası yaxınlığında tibbi vertolyot qəzaya uğrayıb, nəticədə dörd nəfər xəstəxanaya yerləşdirilib. xəbər verir ki, bu barədə NBC4 telekanalı rəsmi mənbələrə istinadən məlumat yayıb. Nəşr bildirib ki, "Vertolyotdan və sudan ən azı dörd nəfər çıxarılara
1 oktyabr