Kadırovun 15 yaşlı oğlu Rusiya Müdafiə Nazirliyinin tərkibində batalyonun kuratoru təyin edildi - FOTO
Çeçenistan rəhbəri Ramzan Kadırovun 15 yaşlı oğlu Adam Kadırov Rusiya Müdafiə Nazirliyinin tərkibində olan Şeyx Mənsur batalyonunun kuratoru təyin edilib.
Oxu.Az-ın məlumatına görə, bu barədə Rusiya Dövlət Dumasının deputatı Adam Delimxanov özünün sosial şəbəkə hesabından məlumat verib.
"Bu təyinat Adamın xalqımızın dini, ailə və mədəni dəyərlərinin qorunmasında əldə etdiyi mühüm nailiyyətlərin təbii nəticəsi idi", - deyə o qeyd edib.
Delimxanov A.Kadırovu noyabrın 28-də batalyonun şəxsi heyətinə təqdim edildiyini vurğulayıb.
A.Kadırov, həmçinin Şeyx Mənsur Batalyonunun ikinci ulduzu ilə təltif edilib. Birinci ulduzu daha əvvəl Ramzan Kadırov almışdı.
Xatırladaq ki, bundan əvvəl A.Kadırov "İslam dininə xidmətə görə" 1-ci dərəcəli ordeni alıb, həmçinin Tatarıstan rəhbəri Rüstəm Minnixanov tərəfindən "Dostluq" ordeni ilə təltif edilib. 15 yaşlı yeniyetmə digər mükafatları Qaraçay-Çərkəz Respublikasının başçısı Rəşid Temrezovdan və Kabarda-Balkar Respublikasının başçısı Kazbek Kokovdan alıb. Adam Kadırov həmçinin yerli parlamentin ən yüksək "Daimehkan Siy" ordeni ilə təltif edilib. Bundan əlavə yeniyetmə Çeçenistanın qəhrəmanı tituluna və "millətlərarası və konfessiyalararası sülh və harmoniyanın möhkəmləndirilməsində mühüm xidmətlərinə görə" ordeninə sahibdir.
Yeri gəlmişkən qeyd edək ki, Çeçenistan rəhbərinin oğlu noyabrın əvvəllərində atasının təhlükəsizlik xidmətində məsul vəzifəyə təyin edilib.

Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1415 Tarix: 29 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Türkiyədə mədəndə uçqun: Dağıntılar altında qalanlar var
Türkiyənin Manisa vilayətinin Soma rayonunda fəaliyyət göstərən kömür mədənində uçqun baş verib. "TRT Haber"ə istinadən xəbər verir ki, uçqun altında qalan 7 işçidən 2-si sağ çıxarılıb. Digərlərinin axtarış-xilasetmə əməliyyatları davam edir
1 oktyabrFinlandiyada deputatların evlərinə gizli müdaxilələr araşdırılır
Finlandiyanın Baş naziri Petteri Orpo ölkədə bir sıra deputatların evlərinə baş verən şübhəli müdaxilələrin arxasında xarici dövlətin dayana biləcəyini istisna etməyib. The Guardian-a istinadən xəbər verir ki, Helsinki bölgəsində son bir il ərzində bir neçə deputat evlərinə müdaxilə edildiyini bildirib
2 oktyabrTramp: İrana seçkilərdən sonra zərbə mümkündür
İrana seçkilərdən sonra zərbə endirmək mümkündür. Bunu ABŞ Prezidenti Donald Tramp "TIME" jurnalına müsahibəsində İrana qarşı hərbi əməliyyatların ölkəsində keçiriləcək aralıq seçkilərindən sonra genişləndirilib-genişləndirilməyəcəyi ilə bağlı suala cavabında deyib. "Mümkündür. Bizim çoxl
1 oktyabrİqlim dəyişikliyi təhlükəli infeksiyanın yayılmasına səbəb ola bilər
İqlim dəyişikliyi gəmiricilərlə əlaqəli bəzi təhlükəli infeksiyaların yayılması riskini artıra bilər. Qaynarinfo xəbər verir ki, bu qənaətə London Təbiət Tarixi Muzeyi, Oksford Universiteti və digər elmi müəssisələrin tədqiqatçıları gəliblər. "Independent" yazır ki, alimlər Afrika siçanlarını
30 sentyabrKaliforniya sahillərində vertolyot qəzaya uğrayıb
ABŞ-ın Kaliforniya ştatındakı Santa Katalina adası yaxınlığında tibbi vertolyot qəzaya uğrayıb, nəticədə dörd nəfər xəstəxanaya yerləşdirilib. xəbər verir ki, bu barədə NBC4 telekanalı rəsmi mənbələrə istinadən məlumat yayıb. Nəşr bildirib ki, "Vertolyotdan və sudan ən azı dörd nəfər çıxarılara
1 oktyabrRusiya Kiyev və ətraf ərazilərdəki enerji obyektlərinə zərbələr endirib
Ukrayna rəsmiləri bildiriblər ki, Rusiyanın pilotsuz təyyarələri və raket hücumları çərşənbə günü Kiyevdə və yaxınlıqdakı ərazilərdə enerji infrastrukturuna zərbə endirib. Reuters-ə istinadən xəbər verir ki, bu, milli enerji sistemini dağıtmağa yönəlmiş daha bir qış kampaniyasının başlanğıcıdır. Ba
30 sentyabr