Ermənistan və Böyük Britaniya 2023-2024-cü illər üçün Müdafiə Əməkdaşlıq Planı imzalayıb
Londonda Ermənistan-Böyük Britaniya arasında 6-cı Strateji Müdafiə Məsləhətləşmələri keçirilib.
Sonxeber.az xəbər verir ki, iclasda iştirak edən Ermənistan nümayəndə heyətinə Müdafiə Nazirliyinin Müdafiə siyasəti və beynəlxalq əməkdaşlıq şöbəsinin rəisi Levon Ayvazyan başçılıq edib.
Məsləhətləşmələrdə Ermənistanın Böyük Britaniyadakı səfiri Varujan Nersesyan da iştirak edib.
2023-2024-cü illər üçün Ermənistan-Böyük Britaniya Müdafiə Əməkdaşlıq Planı imzalanıb. Planı Levon Ayvazyan və Böyük Britaniya Müdafiə Nazirliyinin Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya üzrə Siyasət direktoru Devid Morqan imzalayıb.
Regional və beynəlxalq təhlükəsizlik, o cümlədən müdafiə sahəsində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib.
Ayvazyan Ermənistan ətrafında təhlükəsizlik vəziyyəti və erməni tərəfinin regional sülh və sabitliyə yönəlmiş addımlarını, o cümlədən "Sülh yollarının kəsişməsi" layihəsini təqdim edib. Ermənistan ordusunda həyata keçirilən əsas islahatlar da təqdim olunub.
Tərəflər ikitərəfli hərbi əməkdaşlığın hazırkı kursunu və inkişaf perspektivlərini hərtərəfli müzakirə ediblər.
Tərəfdaşlıq potensialı olan bir sıra yeni sahələrdə əməkdaşlıq ətrafında razılaşmalar əldə olunub.
Növbəti Ermənistan-Böyük Britaniya strateji müdafiə məsləhətləşmələrinin İrəvanda keçirilməsi barədə razılıq əldə olunub.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1197 Tarix: 29 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Türkiyədə mədəndə uçqun: Dağıntılar altında qalanlar var
Türkiyənin Manisa vilayətinin Soma rayonunda fəaliyyət göstərən kömür mədənində uçqun baş verib. "TRT Haber"ə istinadən xəbər verir ki, uçqun altında qalan 7 işçidən 2-si sağ çıxarılıb. Digərlərinin axtarış-xilasetmə əməliyyatları davam edir
1 oktyabrFinlandiyada deputatların evlərinə gizli müdaxilələr araşdırılır
Finlandiyanın Baş naziri Petteri Orpo ölkədə bir sıra deputatların evlərinə baş verən şübhəli müdaxilələrin arxasında xarici dövlətin dayana biləcəyini istisna etməyib. The Guardian-a istinadən xəbər verir ki, Helsinki bölgəsində son bir il ərzində bir neçə deputat evlərinə müdaxilə edildiyini bildirib
2 oktyabrTramp: İrana seçkilərdən sonra zərbə mümkündür
İrana seçkilərdən sonra zərbə endirmək mümkündür. Bunu ABŞ Prezidenti Donald Tramp "TIME" jurnalına müsahibəsində İrana qarşı hərbi əməliyyatların ölkəsində keçiriləcək aralıq seçkilərindən sonra genişləndirilib-genişləndirilməyəcəyi ilə bağlı suala cavabında deyib. "Mümkündür. Bizim çoxl
1 oktyabrİqlim dəyişikliyi təhlükəli infeksiyanın yayılmasına səbəb ola bilər
İqlim dəyişikliyi gəmiricilərlə əlaqəli bəzi təhlükəli infeksiyaların yayılması riskini artıra bilər. Qaynarinfo xəbər verir ki, bu qənaətə London Təbiət Tarixi Muzeyi, Oksford Universiteti və digər elmi müəssisələrin tədqiqatçıları gəliblər. "Independent" yazır ki, alimlər Afrika siçanlarını
30 sentyabrKaliforniya sahillərində vertolyot qəzaya uğrayıb
ABŞ-ın Kaliforniya ştatındakı Santa Katalina adası yaxınlığında tibbi vertolyot qəzaya uğrayıb, nəticədə dörd nəfər xəstəxanaya yerləşdirilib. xəbər verir ki, bu barədə NBC4 telekanalı rəsmi mənbələrə istinadən məlumat yayıb. Nəşr bildirib ki, "Vertolyotdan və sudan ən azı dörd nəfər çıxarılara
1 oktyabrRusiya Kiyev və ətraf ərazilərdəki enerji obyektlərinə zərbələr endirib
Ukrayna rəsmiləri bildiriblər ki, Rusiyanın pilotsuz təyyarələri və raket hücumları çərşənbə günü Kiyevdə və yaxınlıqdakı ərazilərdə enerji infrastrukturuna zərbə endirib. Reuters-ə istinadən xəbər verir ki, bu, milli enerji sistemini dağıtmağa yönəlmiş daha bir qış kampaniyasının başlanğıcıdır. Ba
30 sentyabr