Qərbin İKİÜZLÜLÜYÜ – Zelenski niyə əvvəl qəhrəman, indi isə günahkar ELAN OLUNDU?

Qərbin İKİÜZLÜLÜYÜ – Zelenski niyə əvvəl qəhrəman, indi isə günahkar ELAN OLUNDU?Ukrayna prezidenti Volodimir Zelenskinin reytinqi sürətlə aşağı düşür. Ən azından Qərbə bağlı mənbələr bu iddia ilə çıxış edirlər.

Belə ki, Ukrayna liderinin reytinqi noyabrda müharibə dövründəki ən yüksək 91%-dən 76%-ə enib. Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun məlumatlarına görə, 2023-cü ilin noyabrında təkcə Zelenskinin deyil, onun komandasının da nüfuzu kəskin aşağı düşüb. Məsələn, hazırda hökumətə və parlamentə inam 2022-ci ildəki 74 faizdən müvafiq olaraq 39%-ə və 58-dən 21%-ə düşüb.

Qərb Zelenskini necə qaralayır?

Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun icraçı direktoru Anton Qruşetskinin sözlərinə görə etimadı azaldan əsas amillər korrupsiya qalmaqalları və Qərbin Ukraynaya silah tədarükünün azalmasıdır.

Onu da qeyd edək ki, Kiyev Beynəlxalq Sosialogiya İnstitutunun əməkdaşlıq etdiyi təşkilatlara və media qurumlarına baxmaq İnstitutun Qərbə birbaşa bağlı olduğunu görmək üçün yetərlidir.

Zelenskinin obrazını qaralamaq cəhdləri bununla da yekunlaşmır. Məsələn, Ukrayna Silahlı Qüvvələrinin baş komandanı, general Valeri Zalujnı bu günlərdə "The Economist" üçün yazdığı məqalədə döyüşlərin dalana dirəndiyini qeyd edib.
Maraqlıdır ki, Zelenskinin nüfuzu təkcə Ukraynada deyil, xarici ölkələrdə də aşağı düşür. Bəzi dairələr hətta Zelenskinin korrupsiya bataqlığına batdığını deyirlər.

Məsələn, məşhur teleaparıcı Taker Karlson Ağ Evə çağırış edib ki, ABŞ-ın Ukraynaya verdiyi limitsiz yardımı nəzərə alaraq Ukrayna prezidenti Zelenskinin hesablarının auditi aparılsın:

"Birləşmiş Ştatlar təkcə 2022-ci ildə Ukraynaya 14 milyard dollar göndərib. Amma bu qədər vəsaitin auditi aparılmır".

Nəzərə alaq ki, Taker Karlson ABŞ-da Bayden siyasətinin sərt tənqidçisi kimi tanınır. Karlson 2020-ci ilin yayından başlayaraq, "Fox News"telekanalında gündəlik müəllif proqramı ilə çıxış edir. Onun proqramı ABŞ-da ən çox baxılan siyasi şoudur və orta tamaşaçı auditoriyası 5 milyon nəfərdən çoxdur.

Qərbyönümlü müxalifət qorxunc faktlar səsləndirir

Ukraynadakı qərbyönümlü müxalif "Müxalifət Platforması - Həyat Naminə" partiyasından olan Ali Radanın deputatı İlya Kiva bir müddət əvvəl bəyan etmişdi ki, Zelenski Prezident olduğu ilk iki il yarım ərzində "Dresdner Bank" da 1,2 milyard dollar vəsait toplayıb:

"Həmin vəsaiti Pezidentin hesabına Rinat Axmetov, Viktor Pinçuk, İqor Kolomoyski kimi ukraynalı oliqarxlar köçürüb. Pullar "First Union Bank", "Deutsche Bank", "Banque Nationale de Paris" kimi banklardan Zelenskinin hesabına köçürülüb".

Deputatın fikrincə, Almaniya və Fransa hakimiyyətindən iznsiz bu qədər vəsaitlərin köçürülməsi qeyri-mümkün olardı. Onun iddiasına görə, Zelenski özünə Mayamidə 34 milyon dollara villa, həmçinin 5,6 milyon dollara bir neçə dəst zinət əşyası da alıb.

Digər bir iddiaya görə, Ukrayna Prezidentinin ofisinin rəhbəri Yermakın Almaniya bankında 56 milyon dolları var.

Qəhrəmandan antiqəhrəmana...

Artıq Zelenski keçmiş silahdaşları tərəfindən də ağır tənqidlərə məruz qalır. Məsələn, Ukrayna Prezident Ofisi rəhbərinin keçmiş müşaviri Oleksiy Arestoviç açıq şəkildə bildirib ki, Zelenskinin əli 400 min ukraynalının qanına batıb. Bu isə artıq ciddi ittihamdır.

Nəzərə alaq ki, Ukraynada müharibənin dalana dirəndiyini artıq Qərbdə də görür, anlayırlar. Ona görə də Qərb diqqəti Ukraynadan yayındırmaq üçün müxtəlif yollar axtarır. Əslində HƏMAS-ın İsrailə qəfil hücumun arxasında Qərbin dayandığını düşünənlər də var.
Çünki yeni qaynar nöqtə köhnə məğlubiyyətlərin unudulması üçün ən yaxşı vasitədir. Təsadüfi deyil ki, dünya artıq 2 aya yaxındır ki, İsrail-Fələstin qarşıdurması ilə "nəfəs alır". Və Yaxın Şərqdəki müharibə açıq şəkildə Ukrayna-Rusiya müharibəsini kölgədə qoyub.

Bu da Qərbin lehinə işləyən faktordur. Yada salaq ki, HƏMAS-ın İsrailə hücumunun ertəsi günü, oktyabrın 8-də Zelenski təəssüflə qeyd etdi ki, Qəzzadakı müharibə dünyanın diqqətini Ukrayna-Rusiya müharibəsindən yayındıracaq.

Qərbin quru vədləri

Maraqlı cəhət ondan ibarətdir ki, Zelenski Qərbin yardımının azalmasından daha çox narahatdır. Ukrayna Prezidentinin bu narahatlığı fonunda Qərb bəyan edir ki, bu dövlətin NATO və Aİ-yə üzv qəbul edilməsi üçün yeni Yol Xəritəsi hazırlanıb. Həmin Yol Xəritəsinə görə isə Ukrayna bəzi ərazilərinin Rusiyanın nəzarətində qalması ilə barışmalıdır.

Göründüyü kimi, Ukrayna üçün ümumi mənzərə çox ağırdır: Müharibədə irəliləyiş yoxdur, NATO-nun yardımları azalır, Zelenskinin qəhrəman obrazını yaradan Qərb onu günah keçisi kimi təqdim edir...

Bir sözlə, Ukrayna gözümüzün önündə Qərbin növbəti qurbanına çevrilir. Ölkə əhalisinin yarısı didərgin düşüb, itkilərin sayı yüzminlərlə ölçülür. 2022-ci ilin fevralından öncə Zelenskini qəhrəman elan edib, müharibəyə təhrik edən Qərb bu gün Ukraynanı yarı yolda, məğlub durumda buraxıb aradan çıxmağa çalışır. Baş verənlərin əsas günahkarı kimi isə Zelenskini hədəfə qoymağı planlaşdırırlar.

Bu ağır mənzərə bir reallığı yenidən göz önünə gətirir:

"Qərbin ipi ilə quyuya enməyin – ya ipləri qırılacaq, ya da bəd ayaqda ipi atıb qaçacaqlar..."

Mənbə: bizim.media


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 977   Tarix: 02 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

KİV: İranın nüvə obyektlərində bərpa işlərinə başlayıb

Ehtimal olunur ki, İran bir sıra nüvə obyektlərində infrastrukturun bərpası işlərinə başlayıb. xəbər verir ki, bu barədə CNN telekanalı peyk görüntülərinə əsaslanaraq məlumat yayıb. Telekanalın məlumatına əsasən, iyunun sonu və iyulun əvvəllərində ölkənin bir neçə nüvə və raket obyektində yeni fəallı

12 iyul
.

Xəzərdən daha böyük dənizlər: Yerə bənzəyir, amma...

NASA-nın məlumatına görə, Saturnun peyki Titan Yer istisna olmaqla, Günəş sistemində səthində daimi maye mövcud olan yeganə məlum səma cismidir. Ekstremal şəraitə baxmayaraq, burada Yerinkinə bənzər tam hidrologiya dövranı fəaliyyət göstərir. Qaynarinfo xəbər verir ki, bu barədə "SpaceDaily"

13 iyul
.

İrandan ABŞ-yə çağırış: "Ya memoranduma əməl edin, ya da bədəlini ödəyin"

İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf ABŞ-ni Tehranla imzalanan anlaşma memorandumunun müddəalarına əməl etməyə çağırıb. xəbər verir ki, Qalibaf bu barədə "X" sosial şəbəkəsindəki hesabında yazıb. "Birtərəfli razılaşmalar dövrü başa çatıb. Biz demişdik: sözünün üstündə dur

12 iyul
.

Hakan Fidan: ABŞ-İran münaqişəsi genişlənə bilər

ABŞ ilə İran arasındakı hərbi toqquşmalar daha geniş əraziyə yayıla bilər. "Report" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan "TRT Haber"ə müsahibəsində deyib. "Əraqçi (İranın xarici işlər naziri Abbas Əraqçi) zəng vurdu və bu mövzuda telefonla danışdıq"

12 iyul
.

Paşinyan sabiq deputatdan böhtan və təhqirlərə görə kompensasiya tələb edir

Ermənistanın Baş naziri Nikol Paşinyan öz partiyasından ("Mülki müqavilə") sabiq deputat Sofiya Ovsepyanı və "Yelk" parlament fraksiyası üzrə keçmiş həmkarı, "Maarifçi Ermənistan" partiyasının rəhbəri Edmon Marukyanı məhkəməyə verib. "Report" Ermənistan mediasın

11 iyul
.

ABŞ-nin İrana aviazərbələri nəticəsində ölənlərin sayı 17-yə çatıb

İyulun 8-i və 9-da ABŞ-nin İran ərazisinə endirdiyi zərbələr nəticəsində ən azı 17 nəfər həyatını itirib, daha 115 nəfər isə xəsarət alıb. xəbər verir ki, bu barədə İslam Respublikasının Səhiyyə Nazirliyinin nümayəndəsi Hüseyn Kermanpur "X" sosial şəbəkəsindəki hesabında məlumat paylaşıb. "İyulu

11 iyul
.

Britaniyada keçmiş deputatın qətlində şübhəli bilinən şəxs saxlanılıb

Böyük Britaniyada 28 yaşlı kişi İcmalar Palatasının keçmiş deputatı Enn Uiddikombun qətlində şübhəli bilinərək saxlanılıb. "Report"un məlumatına görə, bu barədə Devon və Kornuoll qraflığı polisinin açıqlamasında bildirilir. "28 yaşlı kişinin 11 iyul axşamı Cənubi Yorkşirdə Enn Uiddikombu

12 iyul
.

Oman və İran Hörmüz boğazı ilə bağlı danışıqları davam etdirəcəklər

Maskatda Hörmüz boğazında gəmiçilik, onun təhlükəsizliyinin təminatı və Tehranla Vaşinqton arasında gərginlik fonunda naviqasiya azadlığının təmin olunması məsələlərini müzakirə etmək üçün Oman-İran danışıqları keçirilib. "Report"un məlumatına görə, bu barədə Omanın Xarici İşlər Nazirliyini

12 iyul
.

İran XİN: BMT TŞ-nin nüvə proqramı ilə bağlı qətnaməsinin müddəti bitib

İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai BMT Təhlükəsizlik Şurasının (TŞ) İslam Respublikasının nüvə proqramı ilə bağlı son iclasını tənqid edib. "Report" ISNA-ya istinadən xəbər verir ki, İ. Bəqai iclasın ABŞ, Böyük Britaniya və Fransanın tələbi ilə keçirildiyini bildirib

12 iyul