İranda Xameneinin yerinə kim gələcək? - VİDEO

İranda Xameneinin yerinə kim gələcək? - VİDEOİranda 84 yaşlı ayətullah Əli Xameneini ölkənin ali rəhbəri postunda kimin əvəzləyəcəyi ilə bağlı müzakirələr yenidən qızışıb.

"Azad İran" "YouTube" kanalı xəbər verir ki, bu dəfə məsələnin gündəmə gəlməsinə başlıca səbəb İranda ali rəhbəri seçmək səlahiyyətinə malik qurumun - Məcles-e Xobreqan, yəni Ekspertlər Şurasının üzvü ayətullah Rəhim Təvəkkülün noyabrın 28-də "Cəmaran" saytına verdiyi eksklüziv müsahibədə söylədikləri olub.

Müxbirin Ekspertlər Şurasında gələcək rəhbərin müəyyənləşməsi ilə bağlı müzakirələr getdiyi barədə məlumatların doğru olub-olmadığı barədə sualına cavabında R.Təvəkkül deyib:

"Yox, bu mövzu Şuranın iclaslarında müzakirə olunmayıb. Bir neçə nəfərlik komissiya vardır ki, gələcək rəhbərin müəyyən edilməsi istiqamətində iş aparır. Onlar uyğun şəxsləri seçir və yalnız rəhbərin özü ilə məşvərət edirlər. Həmin bir neçə nəfərin seçdiyi şəxslər barəsində heç kəsə məlumat verilmir, yalnız rəhbər və Şuranın sədri bunu bilir. Başqa heç kəsin onların gördüyü işdən xəbəri yoxdur. Bu, tamamilə məxfi bir işdir".
Daha sonra R.Təvəkkül özünün də həmin komissiyada təmsil olunduğunu bildirib, amma müxbirin təkidli suallarına rəğmən, komissiyanın digər üzvlərinin kim olduğunu açıqlamayıb, eləcə də müxbirin İran Prezidenti İbrahim Rəisinin və ayətullah Əhməd Xatəminin həmin komissiyada olub-olmadıqları ilə bağlı sualına konkret cavab verməyib.

Bununla belə, Ekspertlər Şurası üzvünün Xameneinin siyasi varisinin müəyyənləşməsi ilə bağlı gizli iş aparan bir komissiyanın mövcudluğunu təsdiq etməsi həmin mövzu ətrafında müxtəlif müzakirələrə yol açıb.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 973   Tarix: 03 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Abbas Əraqçi ABŞ-nin sanksiyalarına etiraz edib

ABŞ Maliyyə Nazirliyinin İranla əlaqəli olduğu ehtimal olunan şəxs və şirkətlərə qarşı sanksiya tətbiq etməsi Tehranda etirazla qarşılanıb. "Report" xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi buna görə ABŞ-ni İslamabad Anlaşma Memorandumunu pozmaqda günahlandırıb. "Qarşılıql

12 iyul
.

"Reuters" Ukraynada "Patriot" raketlərinin istehsalı ilə bağlı detalları açıqlayıb

"Patriot" kompleksləri üçün raketlər, çox güman ki, Ukraynada deyil, Almaniyada istehsal olunacaq. "Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən "Reuters" agentliyi yazıb. Nəşrin həmsöhbətləri qeyd ediblər ki, ələkeçirici raketlər, Almaniyada və ya başqa bir Avrop

12 iyul
.

Pentaqon UNO-lar barədə arxiv materiallarının dördüncü paketini açıqlayıb

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) naməlum uçan obyektlərlə (UNO) bağlı arxiv materiallarının dördüncü paketini dərc edib. "Report" xəbər verir ki, bu barədə məlumat Pentaqonun rəsmi saytında yerləşdirilib. Bildirilib ki, əvvəllər məxfi saxlanılan materialların ictimaiyyətə açıqlanması layihəsind

12 iyul
.

Bir-iki fincan, ya daha çox? - Həkim qəhvənin qan təzyiqini kəskin artıran miqdarını açıqlayıb

Qəhvənin orqanizmə təsiri onun istehlak miqdarından birbaşa asılıdır. xəbər verir ki, bu barədə rusiyalı kardioloq və tibb elmləri namizədi Valentina Baydina nəşrinə verdiyi müsahibədə danışıb. Həkim orqanizmə mənfi təsir göstərə biləcək qəhvə miqdarını açıqlayıb. Valentina Baydina bildirib ki, çox miqdard

12 iyul
.

Oman və İran Hörmüz boğazı ilə bağlı danışıqları davam etdirəcəklər

Maskatda Hörmüz boğazında gəmiçilik, onun təhlükəsizliyinin təminatı və Tehranla Vaşinqton arasında gərginlik fonunda naviqasiya azadlığının təmin olunması məsələlərini müzakirə etmək üçün Oman-İran danışıqları keçirilib. "Report"un məlumatına görə, bu barədə Omanın Xarici İşlər Nazirliyini

12 iyul
.

Elbrus dağında turist ÖLDÜ: İstintaq başladıldı

Elbrus dağında bir turist gözlənilmədən ölüb. xəbər verir ki, bu barədə Kabarda-Balkariya üzrə İstintaq Komitəsinin idarəsi məlumat yayıb. "Rusiya Federasiyası İstintaq Komitəsinin Kabarda-Balkariya Respublikası üzrə istintaq orqanları tərəfindən Elbrus dağında turistin ölümü faktı ilə bağlı ilki

11 iyul
.

ABŞ-nin İrana hücumları nə qədər davam edib?

ABŞ hərbi qüvvələri üç saatdan artıq müddət ərzində İranın hədəflərinə zərbələr endiriblər. xəbər verir ki, bu barədə CNN telekanalı ABŞ rəsmisinə istinadən məlumat yayıb. Onun sözlərinə görə, son vaxtlar həyata keçirilən hücumlarla müqayisədə bu əməliyyat nisbətən uzun davam edib. ABŞ Mərkəzi Komandanlığını

13 iyul
.

Ukrayna ordusu Rusiyanın 14 gəmisini vurub

Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələri Azov və Qara dənizlərində Rusiya Federasiyasına məxsus 14 gəminin vurulduğunu açıqlayıb. "Report" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin "Telegram" kanalında yayımlanan açıqlamad

12 iyul
.

İrandan ABŞ-yə çağırış: "Ya memoranduma əməl edin, ya da bədəlini ödəyin"

İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf ABŞ-ni Tehranla imzalanan anlaşma memorandumunun müddəalarına əməl etməyə çağırıb. xəbər verir ki, Qalibaf bu barədə "X" sosial şəbəkəsindəki hesabında yazıb. "Birtərəfli razılaşmalar dövrü başa çatıb. Biz demişdik: sözünün üstündə dur

12 iyul