Ulu Öndər Heydər Əliyevin yubileyinə həsr olunmuş ciu-citsu turniri keçirilib
Ötən gün Azərbaycan Braziliya Ciu-citsu Klubu İctimai Birliyinin təşkilatçılığı ilə Heydər Əliyev ili çərçivəsində müxtəlif yaş qrupları və müxtəlif çəki dərəcələrində olan 16 komanda, 170-ə yaxın idmançı uşaq, yeniyetmə və gəncin güclərini sınadığı klublar və filiallararası Respublika turniri keçirilib.
Tədbirdə rəsmi qonaq qismində Braziliya Federativ Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Emanuel Montenegro iştirak edib.
Tədbir hər iki ölkənin himninin səsləndirilməsi ilə açıq elan olunub.
Tədbiri açıq elan edən Braziliya Ciu-citsu KİB-nin prezidenti Aqil Acalov çıxışı zamanı idmanın ölkənin daxili inkişafında və beynəlxalq səviyyədə tanınmasında rolundan danışıb. Həmçinin Ulu öndər Heydər Əliyevin idmanın bugünki dinamik inkişafına təkan verən bünövrə əhəmiyyətli fəaliyyətlərindən danışan İB prezidenti onun bu müstəsna və əhəmiyyətli siyasətini unutmamalı olduğumuzu vurğulayıb.
Braziliya Ciu-Citsu KİB-nin sədri Fuad Kərimov da öz növbəsində bu kimi turnirlərin silsilə şəkildə keçirilməsinin vacibliyindən danışaraq idmançılara həm turnirdə, həm də bütün idman fəaliyyətlərində uğurlar arzulayıb. O bildirib ki, bu kimi tədbirlərin təşkilinin davamlı olması üçün daim çalışırlar.
Braziliya Ciu-citsu döyüş sənətinin Azərbaycanda banisi Taleh Həsənov qonaqları və turnir iştirakçılarını salamlayaraq bu kimi tədbirlərin davamlı keçirilməsinin əhəmiyyətindən danışıb. Eyni zamanda potensiallı idmançılarımızın çoxluğunun sevindirici hal olduğunu bildirib.
Cənab səfir Emanuel Montenegro çıxışı zamanı ölkəmizdə Braziliya döyüş sənətinin bu qədər geniş tədris və təbliğ olunmasından dolayı minnətdarlığını və Azərbaycan-Braziliya idman əlaqələrinin qarşılıqlı qaydalı olmasından və əməkdaşlıqdan məmnunluq duyduğunu bildirib.
Yarışların sonunda qaliblər medal, sertifikat və mükafatlarla təltif olunublar.















Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 1154 Tarix: 04 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Qarabağ" ötən il qazandığından çox xərcləyib
Azərbaycan Premyer Liqasında iştirak edən klubların 2024-cü ildə əldə etdiyi gəlirlər və xərcləri müəyyənləşib. "Qafqazinfo" xəbər verir ki, bu barədə AFFA-nın klubların lisenziyalaşdırılması üzrə hesabatında qeyd olunub. Ötən il ən çox gəlir əldə edən də, xərcləyən klub da "Qarabağ"
17 dekabrAzərbaycanda stadiondan elektrik naqilləri oğurlandı
Şəmkir Olimpiya Kompleksinin stadionunda oğurluq hadisəsi baş verib. -a istinadən xəbər verir ki, arenadan elektrik naqilləri oğurlandığı bildirilib. İddialara görə, gecə saatlarında yaşanan hadisə "Şəmkir"in ev oyunlarını keçirdiyi məkanın işıqlandırma sistemini yararsız hala salıb. Çünk
13 dekabrİspaniya klubu baş məşqçisini istefaya göndərib
İspaniyanın "Real Sosyedad" klubu baş məşqçi Serxio Fransiskonu istefaya göndərib. "Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti bildirir. 46 yaşlı mütəxəssislə birlikdə San-Sebastyan komandasını onun köməkçisi Yosu Rivas da tərk edib. İlin sonuna qədər san-sebastyanlılar
14 dekabrQurbanov 15-ci dəfə ən yaxşı baş məşqçi seçildi - Video
"Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanova 2025-ci ilin ən yaxşı baş məşqçisi mükafatı təqdim edilib. "Qafqazinfo" xəbər verir ki, saytının jurnalistlər arasında keçirdiyi ənənəvi sorğuda 53 yaşlı mütəxəssis digər namizədləri böyük fərqlə qabaqlayaraq birinci olub. Qurban Qurbano
15 dekabr"Qarabağ" azarkeşlərinə görə cərimələndi
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. "Qafqazinfo" PFL-in saytına istinadən xəbər verir ki, iclasda Misli Premyer Liqasının 15-ci turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib. "Turan Tovuz" - "Sabah" oyununda "Sabah"dan 7 nəfər sarı vərəq
16 dekabrPlanetin ən yaxşı 100 futbolçusunun reytinqi tərtib edildi
Britaniya jurnalı "FourFourTwo" dünyanın ən yaxşı 100 futbolçusunun reytinqini tərtib edib. xəbər verir ki, reytinqin tərtibində jurnalistlər, analitiklər və futbol mütəxəssisləri iştirak ediblər. Səsverməyə əsasən, "Barselona"nın qanad oyunçusu Lamin Yamal birinci yeri tutub. "Mançeste
20 dekabrPremyer Liqada 6000-ci oyun: Zubir 200-ə çatdı
"Qarabağ"ın futbolçusu Abdullah Zubir Misli Premyer Liqasında 200-cü oyununu keçirib. Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, fransalı yarımmüdafiəçinin yubiley matçı Misli Premyer Liqasının XV turuna təsadüf edib. O, "Araz-Naxçıvan"la qarşılaşmada (5:1) meydana sonrada
15 dekabr