İsrail qüvvələri İordan çayının qərb sahilində hücumlarını davam etdirir
İsrail qüvvələri gecədən səhərə kimi işğal altındakı İordan çayının qərb sahilində müxtəlif ünvanlara basqın edərək 2 fələstinlini nəzarətə götürüb.
Sonxeber.az xəbər verir ki, Fələstinin rəsmi agentliyi olan WAFA-nın məlumatına görə, İsrail qüvvələri gecə və səhər saatlarında Ramallah, Beytullah, Əl-Birə, Qalkilya, Nablus, Əl-Xəlil və Cenində reydlər həyata keçirib. Əsgərlər bu şəhərlərdə bəzi evlərə, dükanlara girərək axtarış aparıblar.
İsrail əsgərləri Beytlehemdə Qüds İslam Vəqfləri İdarəsinin sədr müavini Şeyx Nacih Bukeyrat və Baha Mahmud Əl-Arucun evlərinə basqın edərək, sözügedən iki fələstinlini nəzarətə götürüb.
İsrail qüvvələrinin Ramallah şəhərində istifadə etdiyi gözyaşardıcı qazdan çoxlu fələstinli boğulma təhlükəsi ilə üzləşib.
İsrail qüvvələri Hebronun bəzi bölgələrində fələstinlilərə məxsus avtomobilləri saxlayıb və axtarış aparıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 805 Tarix: 08 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
NASA Ay və Mars üçün 4 könüllü axtarır
ABŞ Milli Aeronavtika və Kosmik Administrasiyası (NASA) gələcək Ay və Mars ekspedisiyalarına hazırlıq məqsədilə yeni simulyasiya layihəsinə iştirakçı qəbulu elan edib. xəbər verir ki, məlumata görə, bir il davam edəcək proqram 2027-ci ilin avqust ayında Hyustondakı Conson Kosmik Mərkəzində start götürəcək
11 iyul"Netflix" ənənəvi televiziya bazarına çıxmaq niyyətindədir
"Netflix" fasiləsiz canlı yayımlar vasitəsilə xətti telekanallar və janr kanalları yaratmaq imkanını nəzərdən keçirir. xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) məlumat yayıb. Məlumata görə, şirkətin rəhbər heyəti bu planları son illik strateji toplantısında müzakir
12 iyulÇində "Bavi" qasırğası səbəbindən 2,8 mindən çox aviareys ləğv ediləcək
Çin aviaşirkətləri "Bavi" qasırğası ilə əlaqədar iyulun 12-də 2,8 mindən çox daxili aviareysi ləğv etməyi planlaşdırır. "Report" xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Sərnişinlərə hava şəraitini və uçuşlarının statusunu diqqətlə izləmələri tövsiyə olunub
12 iyulFransa mediası süni intellektlə dezinformasiya yayır?
Fransa kütləvi informasiya vasitələri saxta məlumatlar yaratmaq məqsədilə süni intellektdən (Sİ) istifadə edərək Mali dövlətinə qarşı dezinformasiya kampaniyası həyata keçirir. xəbər verir ki, bu barədə Keçid Şurasının müdafiə komissiyasının vitse-prezidenti Fuseynu Uattara bildirib. Fransız mətbuatın
12 iyul"Çelsi"nin keçmiş sahibi vəfat etdi
İngiltərənin "Çelsi" futbol klubunun sabiq sahibi Ken Beyts 94 yaşında dünyasını dəyişib. xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb. Onun ölümünün səbəbi barədə məlumat verilmir. "Ken Beytsin vəfat etməsini dərin kədər hissi ilə bildiririk. Klub onun həyat yoldaşına
12 iyulHörmüz boğazından gəmilərin keçidi minimuma enib
ABŞ və İran arasında hərbi eskalasiya səbəbindən kommersiya gəmilərinin Hörmüz boğazından hərəkəti azalıb. "Report" xəbər verir ki, bu barədə dəniz yük axınlarının izlənməsi ilə məşğul olan "Windward" şirkətinə istinadən "İnterfaks" məlumat yayıb. Məlumata görə, cəmi bi
11 iyul