Toğrul İsmayıl: "Bakı və Ankaranın razılığı olmadan regionda heç nə həll olunmur" - Türkiyədən ŞƏRH
Bu həftə mühüm hadisə baş verib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan uzun illərdən sonra ilk dəfə Yunanıstana səfər edib və Afina Bəyannaməsi imzalanıb. Görünən odur ki, sənəddə ən mühüm məqamlardan biri Türkiyə və Yunanıstanın regionda sülhün və sabitliyin qorunmasına xələl gətirə biləcək hər hansı bəyanat, təşəbbüs və hərəkətlərdən çəkinmək öhdəliyi idi.
Məsələ burasındadır ki, İrəvanda və Afinada tez-tez Azərbaycana və Türkiyəyə qarşı yönəlmiş Yunanıstan-Kipr-Ermənistan ittifaqının yaradılmasından danışılırdı. Bəs hazırda bu mövzu aktuallığını nə dərəcədə saxlayıb?
Türkiyəli politoloq, Kahramanmaraş Sütçü İmam Universitetinin professoru Toğrul İsmayıl Oxu.Az-a bununla bağlı şərh verib.
O, vaxtilə Azərbaycanda işləyəndə Yunanıstan siyasətindən yazdığını xatırladıb.
"1990-cı illərin sonunda Yunanıstanın Baş Qərargah rəisi İrəvana getdi və orada dedi ki, ermənilərin dostları yunanların dostudur, Ermənistanın düşmənləri isə Yunanıstanın düşmənidir. İstər Fransada, istərsə də başqa ölkələrdə ümumən Azərbaycan və Türkiyəyə qarşı antitürk xarakterli bəyanatlar səsləndirilib və buna davam edilir", - deyə politoloq bildirib.
Bununla belə, ekspert hazırda regionda vəziyyətin dəyişdiyini vurğulayıb.
"44 günlük müharibədən sonra Ermənistan itirə biləcəyi hər şeyi uduzdu. Azərbaycan isə iqtisadi, hərbi, siyasi və diplomatik mövqelərini möhkəmləndirib. Bundan əlavə, Azərbaycan və Türkiyə tərəflərinin imzaladığı Şuşa Bəyannaməsi Azərbaycanın regiondakı rolunu daha da gücləndirib. Bu gün Cənubi Qafqazda Bakı və Ankaranın razılığı olmadan heç nə həll olunmur. Bunu Rusiya, Avropa və ABŞ-də yaxşı başa düşürlər".
Politoloq bu səbəbdən hamının ən zəif və uğursuz oyunçu olan Ermənistan vasitəsilə vəziyyətə birtəhər təsir etməyə çalışdığını, ancaq bu oyunun Ermənistan üçün ən faciəvi şəkildə bitə biləcəyini qeyd edib.
O, həmçinin, Bakı və Ankaranın Ermənistan ətrafında baş verənləri diqqətlə izlədiyini bildirib.
"Yunanıstana gəlincə isə İrəvan vasitəsilə, çətin ki, nəyəsə nail olsun. Afina Cənubi Qafqazda Azərbaycan-Türkiyə müttəfiqliyinə və Rusiyanın maraqlarına (axı indiki Yunanıstan artıq Moskvanın tərəfdaşı deyil) müqavimət göstərə bilməyəcək", - deyə Toğrul İsmayıl vurğulayıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Hərbi xidmətə çağırış sisteminin dəyişdirilməsinə mütləq ehtiyac var - AÇIQLAMA
Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ
Bu ərazidə evlər SÖKÜLÜR: Kompensasiya necə hesablanmalıdır? - AÇIQLAMA
Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarıldı - Aralarında baş həkimlər də var
Bu metro stansiyalarına giriş PULSUZ oldu: Sərnişin sıxlığı AZALDI
Temperatur 10 dərəcə enəcək, leysan olacaq - XƏBƏRDARLIQ
Mehdiyevin gəlininin BOKT-nun lisenziyası ləğv edildi
Kürdəmirdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Səbəb NƏDİR? - AÇIQLAMA
Pakistanda təcavüzə məruz qalan azərbaycanlı qadınla bağlı BAĞLI MƏLUMAT
Mənzilini kirayə verən şəxslərin NƏZƏRİNƏ: Bu VACİBDİR
Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu - Ən bahalı ünvanlar
Hər geyimlə uyğunlaşan 3 qiymətli daş - Stilistdən tövsiyələr
Kreditlərdən milyardlarla gəlir əldə edilir, bəs faizlər niyə yüksəkdir? - İQTİSADÇIDAN AÇIQLAMA
Röya, Natavan və Elnur bir arada - Foto
Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı