Metyu Perrinin ölüm səbəbi məlum olub
ABŞ-li aktyor və "Dostlar" serialının ulduzu Metyu Perrinin ölüm səbəbi məlum olub.
Məlumata görə, aktyor ketaminin kəskin təsiri nəticəsində dünyasını dəyişib. Bu ölüm səbəbi Los-Anceles Tibbi Ekspertiza Ofisi tərəfindən edilən yarılma hesabatında göstərilib.
Qeyd edək ki, bu dərman ABŞ-də anesteziya vasitəsi, həmçinin depressiyanı müalicə etmək üçün istifadə olunur. Sənəddə aktyorun depressiya və narahatlıq üçün ketamin infuziya terapiyası aldığı bildirilir. Son müalicə seansı ölümündən bir həftə yarım əvvəl baş tutub.
Sənətçinin ölümünə səbəb olan amillər arasında huşunu itirməsi nəticəsində boğulma da göstərilib.
Qeyd edək ki, Metyu Perri oktyabrın 28-də 54 yaşında Los-Ancelesdəki evində vəfat edib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1110 Tarix: 16 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ABŞ-İran müharibəsində yeni gəlişmə: Vaşinqton Tehranın təklifinə cavab verdi
ABŞ və İran arasında davam edən müharibə fonunda diplomatik təmaslar yenidən gündəmə gəlib. Vaşinqtonun Tehranın təqdim etdiyi atəşkəs təklifinə cavab verdiyi bildirilir. Məlumata görə, ABŞ-ın cavabı Qətər vasitəçiləri vasitəsilə İrana çatdırılıb. Təklifdə 7 günlük atəşkəs və Hörmüz boğazının mərhələl
30 sentyabrİsrail Qəzzada HƏMAS-ın komandirlərindən birini məhv etdiklərini açıqlayıb
HƏMAS-ın Qəzza zolağındakı şimal briqadasının komandiri İzzəddin əl-Bik ötən gecə İsrailin endirdiyi zərbə nəticəsində həlak olub. "Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Katsın birgə bəyanatınd
29 sentyabrErmənistan və İran arasında müzakirələr olunub
Ermənistanın İrandakı səfiri Qriqor Hakobyan İranın Sənaye, Mədən və Ticarət nazirinin kiçik sənaye və sənaye məhəllələri üzrə müavini Təhmors Lahuti ilə görüşüb. xəbər verir ki, bu barədə Ermənistanın İrandakı səfirliyindən məlumat verilib. İki ölkə arasında sənaye məskunlaşmaları sahəsində əməkdaşlığı
30 sentyabrTramp Kim Çen Inla dost münasibətlərindən danışıb
ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla qarşılıqlı anlaşma əldə etdiyini açıqlayıb. xəbər verir ki, Tramp jurnalistlərə bildirib: "Məlum oldu ki, o, mənim dostum Kim Çen Indır. O, mənim dostumdur. O, Trampı sevir. Bir çox başqa insan da onu sevmir. Yəqin ki, mən bütün dünyad
30 sentyabrABŞ hakimiyyəti Trampın rəhbərliyi altında 250 mindən çox vizanı ləğv etdi
ABŞ Dövlət Departamentinin sözçüsü Tommi Piqot çərşənbə günü bildirib ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası 250 mindən çox vizanı ləğv edib. xəbər verir ki, Piqott Fox News-da bildirib ki, "Dövlət Departamenti Prezident Tramp və Dövlət Katibi (Marko) Rubionun rəhbərliyi altında 25
1 oktyabrABŞ Yaxın Şərqə üçüncü təyyarədaşıyan gəmini göndərir
ABŞ İranla bağlı hərbi qüvvələrini artırır. Reuters-ə istinadən xəbər verir ki, ABŞ ordusu USS Theodore Roosevelt təyyarədaşıyan gəmisinin rəhbərlik etdiyi zərbə qrupunu və USS Makin Island amfibiya qrupunu Yaxın Şərqə göndərir. Bu qüvvələrdə ümumilikdə təxminən 9 min hərbçi var. Gəlişdən sonra bölgəd
2 oktyabr