"COP29 beynəlxalq konfransı ölkəmizin və xalqımızın növbəti böyük uğuru olacaq" - DEPUTAT
"Bir neçə gün bundan əvvəl ölkəmiz növbəti böyük uğura imza atmış və COP29 beynəlxalq konfransın Azərbaycanda, Bakıda keçirilməsinə dair qərar qəbul olunub".
Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib.
Deputat qeyd edib ki, COP29 beynəlxalq konfransın Azərbaycanda, Bakıda keçirilməsinə dair qərar qəbul olunması ölkəmizə göstərilən böyük etimaddır:
"Azərbaycanda davamlı olaraq nüfuzlu beynəlxalq tədbirlər keçirilir. Ölkəmiz buna layiqdir, aparılan siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq. Cənab prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində beynəlxalq aləmdə olan hörmət günbəgün artır. Artan beynəlxalq hörməti öz əməlimizlə, işimizlə, siyasətimizlə qazanmışıq. Müstəqil siyasətimiz, prinsipial mövqeyimiz, beynəlxalq hüquqa bağlılığımız, sədaqətimiz və eyni zamanda, ölkə ərazisində suverenliyin bərpa edilməsi dünyada bizə olan hörməti daha da artırdı. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un gələn il ölkəmizdə keçirilməsinin siyasi əhəmiyyəti böyükdür. Bu qərarın antiterror tədbirlərdən iki ay yarım sonra qəbul olunması bu hadisənin önəmini bizim üçün daha da artırır. Bu cür böyük tədbirin ölkəmizdə keçirilməsi bütün dünya ictimaiyyətinin bir daha Azərbaycana öz dəstəyini ifadə etməsidir. Bakıda COP29 konfransının keçirilməsi beynəlxalq aləmin hər bir üzvünün razılığı ilə mümkün oldu. Yəni, burada yekdil mövqe bir daha özünü göstərdi".
Deputat söyləyib ki, antiterror tədbirlərdən sonra bəzi Qərb ölkələri Azərbaycana əsassız ittihamlar irəli sürdü:
"Bizə qarşı irəli sürülmüş bu ittihamların heç bir əsası yoxdur. Çünki Azərbaycan öz suveren ərazisində separatçılığa qarşı, işğalçılara qarşı antiterror tədbirləri keçirərək beynəlxalq hüququn aliliyini və eyni zamanda, bütün humanitar normalara riayət edərək öz suverenliyini bərpa etmişdir. Bəzi Qərb ölkələri, onların arasında ənənəvi olaraq Fransa da Azərbaycanın Qələbəsi ilə barışmaq fikrində deyil. Halbuki artıq beynəlxalq birlik də görür ki, Ermənistan bu vəziyyətlə artıq barışıb və COP29 konfransının keçirilməsi bunu bir daha sübut edir.
Azərbaycan dörd il ərzində Qoşulmama Hərəkatına uğurla sədrlik edir. Hətta sədrliyimiz bir il uzadılmışdır. Əlbəttə, bu 120 ölkənin dəstəyi ilə mümkün olmuşdur. Bu dəfə isə bütün dünya ölkələri bu dəstəyi göstərib".
Deputat vurğulayıb ki, irimiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi üzərimizə böyük məsuliyyət qoyur:
"Biz bu günə qədər bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edib. Hətta bu il Beynəlxalq Astronavtika Konqresini böyük müvəffəqiyyətlə keçirmişik. Bu mötəbər beynəlxalq tədbir ikinci dəfə Bakı şəhərində keçirilib. COP29 bu vaxta qədər keçirilmiş tədbirlərlə müqayisəyə gəlmir. Hətta Avropa Oyunları zamanı Azərbaycana 5 min idmançı və onları müşayiət edən təqribən 3 min qonaq gəlmişdir. Ancaq COP29-da 10 minlərlə xarici nümayəndə ölkəmizə gələcək. İki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq. Müəyyən ehtimallara görə, təqribən 70-80 min xarici qonaq tədbirlərdə iştirak etmək üçün ölkəmizə səfər edəcək. COP29 dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biridir. Ölkələrin təmsilçiliyi nöqteyi-nəzərindən BMT Baş Assambleyasından geri qalmır.Bütün hazırlıq işlərinə start verməliyik. Tədbirin keçirilməsinə 11 aydan az vaxt qalıbdır. COP29 beynəlxalq konfransı ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq. Eyni zamanda, Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır.Enerji siyasətinin prioriteti. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Ermənistanda ARA QARIŞDI: Xocalı qatili "SAVAŞ MESAJI" verdi
500 manat olan pensiyalar BU QƏDƏR ARTACAQ - AÇIQLAMA
Dünyada neçə pişik var? Hesablamalar aparılıb
Yarpaq dolmasının parlaq olması üçün nə etmək lazımdır?
Bakıda ət bahalaşdı - YENİ QİYMƏT
Südə limon suyu sıxanda görün nə baş verir - Marketə getməyə ehtiyac qalmadı - VİDEO
Sevil-Sevinc "ana oldu" - FOTO
Nərimandan tənqidlərə "cavab"
TƏCİLİ: Bu, baş versə pensiya yaşı 60-a endiriləcək
Sabah bəzi ərazilərdə leysan olacaq, qar yağacaq - PROQNOZ
Bu tarixdə GÜCLÜ KÜLƏK OLACAQ - SARI XƏBƏRDARLIQ
"Yolka"nızı evin bu 3 yerində qəti qurmayın
Paytaxt restoranlarında Yeni il qiymətləri
Qəzada həlak olan Ramaldanova və yaxınının FOTOSU