Piyada keçidində "Porsche" ilə gənci vuraraq öldürən tələbəyə nə qədər cəza verilib?
Ali Məhkəmədə yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Çingiz Ağazadənin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti və kassasiya şikayətinə əlavə qismən təmin edilib. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin 7 mart 2023-cü il tarixli qərarı ləğv olunub və cinayət işi baxılması üçün apellyasiya instansiya məhkəməsinin baxışına təyin edilib.
İttihama görə, 2022-ci il iyunun 14-ü saat 23:41-də paytaxtın Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi, 117 ünvanının qarşısında – "Ətçilər" adlanan yerdə 2003-cü il təvəllüdlü Çingiz Əkrəm oğlu Ağazadə sürücülük vəsiqəsi əsasında etibarnamə ilə idarə etdiyi "Porsche Cayenne Turbo" markalı avtomobillə piyada keçidindən yolu keçən, 2005-ci il təvəllüdlü Ayxan Mehman oğlu Səlimovu vurub. Ağır xəsarət alan piyada hadisə yerində vəfat edib.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində cinayət işi açılıb, Çingiz Ağazadə cinayət məsuliyyətinə cəlb edilib.
Yasamal Rayon Məhkəməsinin hökmü ilə o, beş il bir ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Hökmdə qeyd edilib ki, Çingiz Ağazadə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişdirmədən saxlayıb.
Qeyd: Çingiz Ağazadə hadisə zamanı Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi olub.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 716 Tarix: 19 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tramp Kim Çen Inla dost münasibətlərindən danışıb
ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla qarşılıqlı anlaşma əldə etdiyini açıqlayıb. xəbər verir ki, Tramp jurnalistlərə bildirib: "Məlum oldu ki, o, mənim dostum Kim Çen Indır. O, mənim dostumdur. O, Trampı sevir. Bir çox başqa insan da onu sevmir. Yəqin ki, mən bütün dünyad
30 sentyabrNiderlandda daha dörd nəfər Qərbi Nil virusundan ölüb
Niderlandda son həftələr ərzində dörd nəfər Qərbi Nil virusunun törətdiyi infeksiyadan ölüb, bunun nəticəsində ölkədə bu il xəstəlikdən ölənlərin ümumi sayı doqquza çatıb. "Report" xəbər verir ki, bu barədə Niderlandın İctimai Sağlamlıq və Ətraf Mühit üzrə Milli İnstitutu (RIVM) məlumat verib
1 oktyabrBritaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib
Böyük Britaniya Rusiyaya qarşı tətbiq olunan sanksiyaları genişləndirib. Ölkənin Xarici İşlər Nazirliyinin yenilənmiş siyahısına 23 fiziki və hüquqi şəxs, həmçinin 8 gəmi əlavə edilib. xəbər verir ki, yenilənmiş sanksiya siyahısı Böyük Britaniyanın Xarici İşlər Nazirliyi tərəfindən açıqlanıb. Yeni sanksiyalar
1 oktyabrYaponiyada 6,0 bal gücündə zəlzələ baş verib
Yaponiyanın cənubundakı Okinava prefekturasında 6,0 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Yonaquni adasının yaxınlığında, 10 kilometr dərinlikdə yerləşib. xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat verib. Tələfat və ya dağıntı barədə məlumat verilməyib, sunami təhlükəs
30 sentyabrTramp bu xəbərləri təkzib etdi
ABŞ Prezidenti Donald Tramp özünün Truth Social media hesabında İrana qarşı sanksiyaların yüngülləşdirilməsi və dondurulmuş vəsaitlərin dondurulmasının ləğvi təklifi ilə bağlı xəbərləri təkzib edib. xəbər verir ki, Tramp yazıb: "Axios bu yaxınlarda İrana sanksiyaların yüngülləşdirilməsini və dondurulmu
29 sentyabrAlmaniya və daha beş ölkə Aİ büdcəsi ilə bağlı ultimatum irəli sürüb
Almaniya və Avropa İttifaqının (Aİ) daha beş ölkəsi Brüsseldən Aİ-nin 2028-2034-cü illər üçün planlaşdırılan büdcə xərclərini yüz milyardlarla avro azaltmağı tələb edib. "Financial Times"a istinadən xəbər verir ki, müvafiq məktubu Almaniya, Avstriya, Danimarka, Niderland, Finlandiya və İsve
29 sentyabrPolşa və Rumıniya Ukraynaya hücum fonunda aviasiyanı havaya qaldırıb
Polşa ilə Rumıniya gecə və səhəri Rusiyanın Ukraynaya hava hücumları zamanı hava məkanının monitorinqini gücləndirib. APA xəbər verir ki, Polşa Silahlı Qüvvələrinin Operativ Komandanlığı sentyabrın 30-da səhər saatlarında Ukrayna bölgələrinə Rusiyanın hücumu ilə əlaqədar ölkənin aviasiyasının havay
30 sentyabrABŞ hakimiyyəti Trampın rəhbərliyi altında 250 mindən çox vizanı ləğv etdi
ABŞ Dövlət Departamentinin sözçüsü Tommi Piqot çərşənbə günü bildirib ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası 250 mindən çox vizanı ləğv edib. xəbər verir ki, Piqott Fox News-da bildirib ki, "Dövlət Departamenti Prezident Tramp və Dövlət Katibi (Marko) Rubionun rəhbərliyi altında 25
1 oktyabr