İntihar edən şəxslər necə dəfn olunmalıdır? - İlahiyyatçı AÇIQLADI
"İslam dinində birmənalı olaraq, intihar qadağandır, intihar etmək haramdır. Axirətdə böyük əzabı, cəzası var. Çünki bədən insana verilmiş əmanətdir. Başqasının canına qəsd etmək, canına qıymaq necə qadağandırsa, insanın öz canına da xəsarət yetirməsi və öz canına qəsd etməsi də qadağandır. Peyğəmbərin (s.ə.s) dediyi hədislərə görə, bir insan öz bədəninə necə xəsarət yetirərək hansı üsulla intihar etmişdirsə, axirətdə cəza olaraq həmin üsulla ona əzab edilər. Bu axirətdəki əzabın böyüklüyünü göstərir".
Bu sözləri Sonxeber.az-a açıqlamasında ilahiyyat üzrə fəlsəfə doktoru Əhməd Niyazov deyib. O, bildirib ki, intiharın nəticəsinə gəldikdə, ümumiyyətlə bütün İslam tarixi boyu alimlər, intihar edənin intihar etdiyi anda sağlam bir düşüncədə olmadığı qənaətinə gəliblər:
"Biz buna ağıl tutulması da deyirik. İnsanın sağlam düşüncəsinin olmadığı bir məqamda intihar etməsi halında onun cənazə namazının qılınması lazımdır. İntihar özü çox böyük faciə olsa da, müsəlmanların cənazə namazının qılınması fərzdir. Peyğəmbərin (s.ə.s) dediyi hər "la iləhe illallah" deyənin cənazə namazını qılın hədisi-şərifinə görə, müsəlman alimləri bildirirlər ki, bir şəxs intihar edərsə onun əzabı və günahı Allaha aiddir. Ancaq onun intihar etdiyi anda hansı düşüncə ilə, hansı məqamda etdiyini biz bilmirik. Buna görə də bizim üzərimizə düşən vəzifə "la iləhe illallah" deyən şəxsin cənazə namazını qılmaqdır".
Əhməd Niyazovun sözlərinə görə, biz cənazə namazını qılıb Allahdan onun bağışlanmasını diləməliyik:
" Amma onun aqibəti və axirət dünyası Allaha aiddir. Alimlər birmənalı olaraq, bəli intihar günahdır, haramdır, axirətdə böyük bir cəzası var, Allahın qadağan etdiyi bir məsələdir deyirlər, ancaq intihar edənin namazını da qılırlar".
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2853 Tarix: 22 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bayram günlərinin üst-üstə düşməsi - Məzuniyyətə necə təsir edəcək?
Əmək məzuniyyəti ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. "Qafqazinfo" xəbər verir ki, bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb. Layihəyə əsasən, əmək məzuniyyəti dövrün
14 dekabrYeni ildə neçə gün İŞ olmayacaq?
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar ölkədə bir həftəlik tətilin elan olunması hələ də ictimaiyyətin gündəmindədir. Müzakirələr əsasən bayram günlərinin ardıcıllığını təmin etmək məqsədilə aparılır. Əvvəlcə mediada məlumat yayıldı ki, 2025-ci ilin 29
13 dekabrDİM: "Bəzi abituriyentlərin cavabları şübhə yaratdığı üçün elan edilməyib"
Dövlət İmtahan Mərkəzi (DİM) köməkçi vasitələrlə qəbul imtahanına daxil olan abituriyentlər məsələsinə münasibət bildirib. xəbər verir ki, bu barədə DİM məlumat yayıb. Bildirilib ki, həmin abituriyentlərin cavabları DİM-in imtahan nəticələrinin emalı ilə bağlı xüsusi yoxlama alqoritmlərinə əsasən şübh
13 dekabrAzərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu 29 %-a yaxın artıb
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda əsas kapitala xarici mənbələrdən 3 milyard 664,958 milyon manat vəsait yönəldilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 28,7 % çoxdur. Hesabat dövründə xarici investisiyaları
13 dekabrKəndinə ilk ali təhsilli qadın kimi qayıtdı... - Video
Lənkəranın Diryan kəndində təxminən 100 nəfər yaşayır. Lakin kəndin yazılmamış qaydaları var. Son illərə kimi burada qızların oxuyub ali məktəbə daxil olması, təhsil almaq üçün şəhərə getməsi xoş qarşılanmayıb. "Qafqazinfo" İTV-yə istinadən xəbər verir ki, bütün bunlara baxmayaraq, Mehman
15 dekabrQış Azərbaycana bu tarixdə daxil olacaq
Qış fəsli Azərbaycana dekabrın 21-i saat 19:03:01-də daxil olacaq, bununla da Şimal yarımkürəsində qış, Cənub yarımkürəsində isə yay fəsli başlayacaq. xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin Fizika fakültəsi məlumat yayıb. Bildirilib ki, bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti il
15 dekabr"Nə? Harada? Nə zaman?" oyunu üzrə VIII Azərbaycan Çempionatı keçirilib
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Gənclər Fondunun dəstəyi, Xəzər İntellektual Gənclər Klubu, Atəşgah İntellektual Oyunlar Klubu və Gənc Könüllülər İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə VII Azərbaycan Çempionat
15 dekabrBəzi yerlərdə yollar buz bağlayacaq - Xəbərdarlıq
Dekabrın 16-dan 17-si gündüzədək Azərbaycanın bəzi rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli olacağı ehtimal
15 dekabr