"Rusiya silah istehsalını sürətləndirib, Ukrayna isə çatışmazlıq yaşayır"
"Ukrayna qoşunları artilleriya mərmilərinin kəskin çatışmazlığını yaşayır, Rusiya isə Qərbin sanksiyalarına baxmayaraq, silah istehsalını sürətləndirib".
Belə bir qiymətləndirmə "The Washington Post" qəzetində dərc olunmuş məqalədə verilib.
Məqalədə qeyd olunur ki, Ukrayna əsgərləri bu həftə bildiriblər ki, cəbhə xəttində artilleriya mərmilərinin çatışmazlığından əziyyət çəkirlər, buna görə də bəzi bölmələr planlaşdırılan hücumlardan imtina ediblər. Vurğulanır ki, ABŞ və Avropanın köməyinin gecikdiyi bir vaxtda silah-sursat çatışmazlığı Ukrayna paytaxtında onsuz da hiss olunan narahatlığı artırır.
Materialda Ukrayna Silahlı Qüvvələrinin 128-ci dağ-hücum briqadasından olan hərbçinin sözləri sitat gətirilir. Onun sözlərinə görə, Zaporojye istiqamətindəki ukraynalı topçular hər hədəf üçün məhdud sayda mərmi alırlar. O deyib ki, Ukrayna hərbçiləri çox yorulublar, lakin hələ də motivasiyalıdırlar. "Amma müharibəni yalnız motivasiya ilə qazana bilməzsən", - hərbçi bildirib. Onun sözlərinə görə, vəziyyət daha da pisləşir. "Nə qədər davam edə bilərik? Demək çətindir, amma uzun çəkə bilməz. Hamı bunu başa düşür", - deyə o əlavə edib.
Başqa bir ukraynalı hərbçi məlumat verib ki, bölməsi əvvəllər gündə orta hesabla 50, bəzən 90 mərmi atırdısa, indi isə bu say 10-20 arasındadır. O hesab edir ki, bu, hücuma imkan vermir.
Ukrayna hərbçilərinin sözlərinə görə, onlar Rusiyanın artilleriya mərmilərinin çatışmazlığı ilə üzləşdiyinə dair heç bir əlamət görməyiblər.
Materialda verilən qiymətləndirməyə görə, Moskva Qərbin sərt sanksiyalarını və ixrac nəzarəti tədbirlərini dəf edə bilib və silah istehsalını yenidən aktivləşdirib.
Mənbə: qafqazinfo.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 838 Tarix: 23 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib
Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib. "Report" xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyinin məlumatında deyilir. Məhdudiyyətlər 23 fiziki və hüquqi şəxsə, eləcə də 8 gəmiyə qarşı tətbiq edilib. Sanksiyalar 23 fiziki və hüquqi şəxsə, eləcə də 8 gəmiyə şami
1 oktyabrHəbsdə "lüks həyat" yaşayır - Məhbuslar ona yemək bişirir
P. Diddy kimi tanınan amerikalı məşhur reper Şon Kombsa həbsxanada bir neçə məhbus xidmət edir. "Qafqazinfo" xəbər verir ki, bu barədə "NBC News" telekanalı digər məhbusların anonim ifadələrinə istinadən məlumat yayıb. Bildirilir ki, həmin məhbuslar P. Diddy üçün yemək hazırlayır
30 sentyabrSüni intellekt bioloji silah yarada bilərmi?
"Mindgard" təhlükəsizlik şirkətinin apardığı sınaqlar zamanı çinli süni intellekt şirkəti "Moonshot"ın iki modelində mürəkkəb təlimatlarla təhlükəsizlik məhdudiyyətlərinin aşılmasının mümkün olduğu üzə çıxıb. Tədqiqatçılar modellərdən normal şəraitdə cavab verməməli olduqları təhlükəl
1 oktyabrRusiyanın Estoniyadakı müvəqqəti işlər vəkili XİN-ə çağırılacaq
Estoniya Tallində Milrem Robotics şirkətinin binalarının yandırılması ilə əlaqədar Rusiyanın müvəqqəti işlər vəkilini çağıracaq. xəbər verir ki, bu barədə Estoniyanın xarici işlər naziri Marqus Tsahkna "X" sosial şəbəkəsində bildirib. Onun sözlərinə görə, Estoniya Rusiyanı avqustun 14-dən 15-n
29 sentyabrNiderlandda daha dörd nəfər Qərbi Nil virusundan ölüb
Niderlandda son həftələr ərzində dörd nəfər Qərbi Nil virusunun törətdiyi infeksiyadan ölüb, bunun nəticəsində ölkədə bu il xəstəlikdən ölənlərin ümumi sayı doqquza çatıb. "Report" xəbər verir ki, bu barədə Niderlandın İctimai Sağlamlıq və Ətraf Mühit üzrə Milli İnstitutu (RIVM) məlumat verib
1 oktyabrQrinspan BMT Baş katibi seçkilərində liderliyini qoruyub saxlayıb
Kosta Rikanın keçmiş vitse-prezidenti Rebekka Qrinspanın BMT Baş katibi vəzifəsinə keçirilən ilkin səsvermənin dördüncü turunda lider olduğu açıqlanıb. xəbər verir ki, BMT Təhlükəsizlik Şurasının üzvləri Baş katib vəzifəsinə namizəd seçmək və onu BMT Baş Assambleyasına təklif etmək üçün ilkin səsverm
30 sentyabr