Rusiya Ukraynanın işğal olunmuş ərazilərində seçki keçirəcək? - Rəsmi Kiyev BƏYANAT yaydı

Rusiya Ukraynanın işğal olunmuş ərazilərində seçki keçirəcək? - Rəsmi Kiyev BƏYANAT yaydıKiyev Moskvanın Ukraynanın işğal olunmuş ərazilərində prezident seçkisi keçirmək planlarını kəskin şəkildə pisləyib.

Ukrayna Xarici İşlər Nazirliyi bununla bağlı bəyanat yayıb.

Sənəddə Ukraynanın işğal olunmuş ərazilərində səsvermənin keçirilməsinə hər hansı cəhdin qanunsuz olduğunu xatırladılıb.

"Dekabrın 8-də Rusiya Mərkəzi Seçki Komissiyası növbəti prezident seçkisinin 2024-cü il martın 15-17-də keçiriləcəyini elan edib. Rusiya hakimiyyəti Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində - Krım Muxtar Respublikasında və Sevastopol şəhərində, Ukraynanın Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin müəyyən ərazilərində səsverməni təşkil etmək niyyətini açıqlayıb.

Ukrayna ərazilərində Rusiya seçkilərinin keçirilməsi Ukrayna Konstitusiyasını və qanunvericiliyini, beynəlxalq hüququn norma və prinsiplərini, xüsusən də BMT Nizamnaməsini kobud şəkildə pozur. Bu seçki prosesi, keçmişdəki digər oxşar təbliğat cəhdləri kimi, etibarsız sayılacaq.
Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində verilən səslərin daxil edilməsi Rusiya prezidenti seçkisinin ümumi nəticəsinin legitimliyini şübhə altına alacaq.

Biz beynəlxalq ictimaiyyəti Ukraynanın işğal olunmuş ərazilərində Rusiyanın prezident seçkisi keçirmək niyyətini qətiyyətlə pisləməyə, onların təşkilində və keçirilməsində iştirak edənlərə qarşı sanksiyalar tətbiq etməyə çağırırıq.

Biz xarici ölkələri də öz vətəndaşlarını bu psevdoseçkilərə müşahidəçi göndərməməyə çağırırıq. İştirak edənlər Ukrayna qanunvericiliyinə uyğun olaraq cinayət məsuliyyəti daşıyacaqlar", - deyə Ukrayna XİN-in saytında dərc edilən bəyanatda vurğulanıb.

Xatırladaq ki, hökuməti martın 15-dən 17-dək prezident seçkisinin keçiriləcəyi barədə elan edib və Vladimir Putinin yenidən iştirak etmək niyyətini açıqlayıb.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 833   Tarix: 23 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib

Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib. "Report" xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyinin məlumatında deyilir. Məhdudiyyətlər 23 fiziki və hüquqi şəxsə, eləcə də 8 gəmiyə qarşı tətbiq edilib. Sanksiyalar 23 fiziki və hüquqi şəxsə, eləcə də 8 gəmiyə şami

1 oktyabr
.

Həbsdə "lüks həyat" yaşayır - Məhbuslar ona yemək bişirir

P. Diddy kimi tanınan amerikalı məşhur reper Şon Kombsa həbsxanada bir neçə məhbus xidmət edir. "Qafqazinfo" xəbər verir ki, bu barədə "NBC News" telekanalı digər məhbusların anonim ifadələrinə istinadən məlumat yayıb. Bildirilir ki, həmin məhbuslar P. Diddy üçün yemək hazırlayır

30 sentyabr
.

Süni intellekt bioloji silah yarada bilərmi?

"Mindgard" təhlükəsizlik şirkətinin apardığı sınaqlar zamanı çinli süni intellekt şirkəti "Moonshot"ın iki modelində mürəkkəb təlimatlarla təhlükəsizlik məhdudiyyətlərinin aşılmasının mümkün olduğu üzə çıxıb. Tədqiqatçılar modellərdən normal şəraitdə cavab verməməli olduqları təhlükəl

1 oktyabr
.

Rusiyanın Estoniyadakı müvəqqəti işlər vəkili XİN-ə çağırılacaq

Estoniya Tallində Milrem Robotics şirkətinin binalarının yandırılması ilə əlaqədar Rusiyanın müvəqqəti işlər vəkilini çağıracaq. xəbər verir ki, bu barədə Estoniyanın xarici işlər naziri Marqus Tsahkna "X" sosial şəbəkəsində bildirib. Onun sözlərinə görə, Estoniya Rusiyanı avqustun 14-dən 15-n

29 sentyabr
.

İsrail ordusu Qəzzanın şimalındakı HƏMAS briqadasının komandirlərinin girov götürüldüyünü açıqladı

Ordu və İsrail Təhlükəsizlik Agentliyinin (Şin Bet) cümə günü açıqladığı məlumata görə, çərşənbə axşamı İsrail Müdafiə Qüvvələri tərəfindən öldürülən HƏMAS-ın Şimali Qəzza Briqadasının komandiri 7 oktyabr hadisələrindən sonra girov saxlayıb. The Jerusalem Post-a istinadən xəbər verir ki, İsrail Müdafi

2 oktyabr
.

Niderlandda daha dörd nəfər Qərbi Nil virusundan ölüb

Niderlandda son həftələr ərzində dörd nəfər Qərbi Nil virusunun törətdiyi infeksiyadan ölüb, bunun nəticəsində ölkədə bu il xəstəlikdən ölənlərin ümumi sayı doqquza çatıb. "Report" xəbər verir ki, bu barədə Niderlandın İctimai Sağlamlıq və Ətraf Mühit üzrə Milli İnstitutu (RIVM) məlumat verib

1 oktyabr
.

The Washington Post: "Meksikada illərdir açılmayan cinayət işi üzrə yeni sübutlar ortaya çıxıb"

Meksikada uzun illərdir açılmamış qalan səs-küylü cinayət işi ilə bağlı araşdırmada yeni sübutlar ortaya çıxıb. The Washington Post-a istinadən xəbər verir ki, istintaq orqanları əvvəlki illərdə toplanmış materialları yenidən araşdırır və yeni əldə edilən dəlillər əsasında hadisənin iştirakçılarını müəyyənləşdirməy

30 sentyabr
.

Yəmən Hərbi Hava Qüvvələri Taiz əyalətində Husilərin hədəflərinə 20 hava hücumu həyata keçirib

Yəmən Silahlı Qüvvələrinin sözçüsü cümə günü bildirib ki, hava qüvvələrinin döyüş təyyarələri son üç saat ərzində Taiz əyalətindəki husi hərəkatlarına, gücləndirmə qüvvələrinə, toplanışlarına, şəxsi heyətinə, nəqliyyat vasitələrinə və hərbi texnikaya 20 dəqiq zərbə endirib. The Jerusalem Post-a istinadə

2 oktyabr
.

Qrinspan BMT Baş katibi seçkilərində liderliyini qoruyub saxlayıb

Kosta Rikanın keçmiş vitse-prezidenti Rebekka Qrinspanın BMT Baş katibi vəzifəsinə keçirilən ilkin səsvermənin dördüncü turunda lider olduğu açıqlanıb. xəbər verir ki, BMT Təhlükəsizlik Şurasının üzvləri Baş katib vəzifəsinə namizəd seçmək və onu BMT Baş Assambleyasına təklif etmək üçün ilkin səsverm

30 sentyabr